İstiqlal məfkurəsi

AKÇURAOĞLU YUSUF

TÜRKÇÜLÜYÜN TARİXİ

BAKI-2006

Türkiyə türkcəsindən uyğunlaşdıranı və
ön sözün müəllifi: AYBƏNİZ KƏNGƏRLİ
 Filologiya elmləri doktoru

Elmi redaktoru: Dr. Fethi Gedikli
Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyi Mədəniyyət və Tanıtma müşaviri

 Akçuraoğlu Yusuf, “Türkçülüyün tarixi”-Bakı, 2006.

Bu kitab türk dünyasının tanınmış mütəfəkkiri Akçuraoğlu Yusufun Azərbaycanda nəşr olunan ilk kitabıdır. Kitabda böyük mütəfəkkirin özünün xüsusi önəm verdiyi “Türkçülüyün tarixi” əsəri ilk dəfə olaraq Azərbaycan oxucusuna təqdim edilir. Kitab filosoflar, sosioloqlar, tarixçilər, türkoloqlar, ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Ön söz

Dr. Aybeniz Kengerli “Turanın bir eli var ve yalnız bir dili var” başlığı ile, geçen asrın ilk çeyreğinde ortak Türk dili hakkında Azerbaycan ziyalılarınca yazılmış makaleleri derlediği kitabından sonra, şimdi de aslen Kazanlı olan büyük tarihçi Akçuraoğlu Yusuf’un ilk kez 1928 yılında İstanbul’da “Türk yılı”nda (s. 289-455) Arap elifbasında neşrettiği “Türkçülüğün tarihi” adlı değerli eserini neşre hazırlamıştır. Türk derneği, Türk yurdu, Türk ocağı gibi cemiyetlerin kurucusu olmuş, ayrıca Türk derneği, Türk yurdu gibi çok tesirli dergiler çıkarmış Akçuraoğlu’nun elinizdeki kitabı ise Türkiye’de daha sonra iki kere de Latin alfabesiyle yayımlanmıştır. Kendisinin de inkişaf etmesinde büyük emeği olan Türkçülük hareketi hakkında kaleme alınan bu eserin kimlik tanımlamasında bazı tereddütleri olan Azerbaycan aydınları için de ilgi çekici olacağını düşündük.

Müellif hakikaten meseleye geniş bir açıdan bakabilen ve ciddi tahliller aparabilen mütefekkir bir tarihçidir. Ne yazık ki, onun Türkiye’de de kadrinin gereği gibi bilindiğini söylemek çetindir. Hakkında yazılan en güzel kitabın müellifi bir Fransızdır [bk. François Georgeon, Aux origines du nationalisme turc, Yusuf Akçura (1876-1935),1980)].

Eserlerinin birçoğu köhne elifba iledir ve yeniden neşredilmemiştir. Oysa o, daha 1904’te önce Kahire’de çıkan “Üç tarz-ı siyaset” başlığını koyduğu küçük ama çok müessir eseriyle evvela Osmanlı İmparatorluğundaki gelişmelerde ve sonra Türkiye Cumhuriyetinin kurulmasında belirleyici adamlardan biri olmuştu.

Şimdi neşrettiğimiz kitabın hem bütünün, hem de içindeki “Azerbaycan’daki Türkçülük” bölmesinin ciddi bir ilgiyle okunacağına eminim. Akçuraoğlu’nun Ağaoğlu Ahmed Beyin doğduğu Şuşa şehri münasebetiyle söylediği sözleri bugünkü şeraitte okumak, insanın içini kanatmaktadır. “Karabağ, Şirvan ile beraber Azerbaycan Türk kültürünün, Türk musikisinin, Türk edebiyatı ile Türk milliyetçiliğinin de beşiğidir.”  Bu sayfalarda Azerbaycan tarihi için çok değerli malumat ve değerlendirmeler de vardır. Bu sayfalarda Azerbaycan tarihi için çok değerli malumat ve değerlendirmeler vardır. Misal için 1907’de Petrograd’da (St. Petersburg) toplanan bir heyetin, Bakü’de petrol olduğu için buranın Türk ahalisinin yerinden göçürülmesini istediğini ondan öğreniyoruz.

Bu kitabın neşrinin Azerbaycan’da Akçuraoğlu’na ve onun ömrünü verdiği Türklük hareketine alakayı canlandıracağını umuyoruz.

Akçuraoğlu sadece tarihçi ve bir düşünce adamı değil aynı zamanda faal bir teşkilatçı idi de. Onun Atatürk’ün kurduğu Türk Tarih Kurumunda da çok değerli çalışmalar yapıp bu kurumun istikametinin çizilmesinde önemli rolü olduğunu biliyoruz.

Dr. Aybeniz Kengerli’yi hem bu kitabı, hem de “Yom” dergisinin 4. sayısında yayımlanacak Akçuraoğlu’nun en meşhur ve neşrinden sonraki siyasi fikirleri ve hareketleri derinden etkileyen “Üç tarz-ı siyaset” makalesini Azerbaycan’da neşre hazırladığına göre samimi kalple tebrik ediyoruz.

Doç. Dr. Fethi GEDİKLİ
T.C. Bakü Büyükelçiliği Kültür ve Tanıtma Müşaviri

Akçuraoğlu Yusuf kimdir?!

“Bütün türklərin milliyyətçiliyin qüvvətini anlamalarında, milli məfkurəni, türkçülüyü bulmalarında, kültürlərində və siyasi həyatlarında bunun tətbiqinə keçmələrində heç kimsə Yusuf bəy qədər müəssir olmamışdır. O, Kazanda çalışarkən Krımı, Qafqazı, Türküstanı,Türkiyəni unutmamışdı”.

S. Ə. Krımər

Akçuraoğlu Yusufun (1876-1935) adı Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Ziya Göyalp, Məmməd Əmin Rəsulzadə, Məmməd Əmin Yurdaqul, Ənvər Paşa, Mustafa Kamal Atatürk... kimi türk millətinin mülli şüurunun oyanmasında, yüksəlməsində böyük rol oynamış nəhəng şəxsiyyətlərlə bir cərgədə dayanır.

Akçuraoğlu Yusuf-Yusuf Akçura adları ilə bütün dünyada məşhur olan böyük tatar türkçüsü haqqında, Azərbaycanda demək olar ki, heç bir məlumat yoxdur. Baxmayaraq ki, XIX yüzilin sonu, XX yüzilin əvvəllərində türk milli təfəkkürünün inkişaf yolunu, türkçülük hərəkatının təşəkkül və təkamül yolunu izləyən tədqiqatçılar bu adın üzərində dönə-dönə dayanmaq məcburiyyətindədirlər. Akçuraoğlu Yusuf təkcə “Türkçülüyün tarixi”ni yazan şəxsiyyət deyil, həm də bu tarixi yaradan, öz xidmətləri, çalışmaları ilə türkçülük hərəkatının tarixində mühüm yer tutan türk böyüklərindəndir. Milliyyətcə Kazan tatarı olsa da, onun xidmətləri bütün türk xalqları, türk dünyası ilə bağlıdır və bu səbəbdən Akçuranın irsi bütün türk dünyasında öyrənilməlidir.

Türk xalqlarının azı dörddə bir əsrlik, yəni 1900-dən başlayan tarixi Yusuf Akçura adı olmadan, onun xidmətləri nəzərə alınmadan olduğu kimi təqdim edilə bilməz. Yusuf Akçura olduqca zəngin bir elmi-nəzəri, publisistik irs qoyub getmişdir. Və bu əsərlər, küll halında Akçuranın yaradıcılığı dünyanın müxtəlif dillərində və müxtəlif ölkələrində bir əsrdən artıqdır ki, diqqət mərkəzindədir. Təəssüf ki, nə 70 illik sovet dönəmində, nə də müstəqillik qazandığımız son onilliklərdə Yusuf Akçura Azərbaycan tədqiqatçılarının maraq dairəsinə daxil ola bilməyib. Amma Yusuf Akçuranın xidmətləri Azərbaycanla da birbaşa, yaxud dolayı yolla mütləq bağlıdır...

Biz 2002-ci ildə, “Azərbaycan romantikləri və türkçülük hərəkatı” adlı doktorluq dissertasiyamızda türkçülük hərəkatının tarixindən bəhs edərkən Yusuf Akçuranın həyatı və yaradıcılığı haqqında da Azərbaycanda ilk dəfə olaraq elmi məlumat vermişdik. Bir neçə il keçdikdən sonra Akçura irsini Azərbaycanda tanıtmaq zərurətini hiss edib onun sizə təqdim etdiyimiz bu iki əsərini Türkiyə türkcəsindən uyğunlaşdırdıq. (Bizdən fərqli olaraq Akçura irsi Türkiyədə həmişə diqqət mərkəzində olub.) Bu kitab Akçuraoğlu Yusufun Azərbaycanda nəşr olunan ilk kitabıdır. Kitabda böyük mütəfəkkirin özünün xüsusi önəm verdiyi “Üç tərzi-siyasət” (1904) məqaləsi və “Türkçülüyün tarixi” (1928) əsəri ilk dəfə olaraq Azərbaycan oxucusuna təqdim edilir. Yazılış tarixləri arasında böyük bir zaman məsafəsi olan bu əsərlər Akçura irsi, onun dünyagörüşü haqqında təsəvvür yaratmaq üçün səciyyəvi örnəklərdir.

Təkcə bu əsərlərdən biri Yusuf Akçuraoğlu haqqında uzun-uzun bəhslər açmaq üçün yetərlidir. “Türkçülüyün tarixi” kitabında Yusuf Akçuraoğlu bir türkçü olaraq özü haqqında da geniş məlumat vermişdir. Bunu nəzərə alaraq böyük mütəfəkkirin həyatı və yaradıcılığı haqqında yığcam məlumat verməklə kifayətlənirik.

*****

İsmayıl Qaspıralıdan sonra təkcə Azərbaycanda, Rusiya türkləri arasında deyil, Türkiyə türkləri arasında, bütün türk dünyasında siyasi türkçülüyün yayılmasında tatar mütəfəkkiri Yusuf Akçuraoğlunun çalışmaları böyük rol oynamışdır.

Yusuf Akçuraoğlu Krımdan Kazana köçmüş kübar tatar ailəsinə mənsub idi. Ulu babalarından knyaz Adaş rus çarı İvan Qroznının yaxın dostu olmuşdu. Akçuralar Simbirsk şəhərində və onun ətrafında olan bütün qumaş fabriklərinin sahibləri idilər. Bu ailənin rus hakim dairələri ilə münasibətləri var idi. Rus çarı I Nikolay Kazanı ziyarət edərkən Yusufun atası Həsən bəyin evində qonaq olmuşdu. Yusuf Akçuraoğlu 1876-cı ildə Simbirsk şəhərində doğulmuş, 2 yaşında ikən atasını itirmiş, anasının himayəsində qalmışdı. 1883-cü ildə anasının xəstəliyi üzündən Yusuf anası ilə birlikdə İstanbula köçür. 1883-1886-cı illərdə orada ibtidai məktəbi, 1886-1892-ci illərdə isə orta məktəbi bitirir. Orta təhsilini bitirib anası ilə birlikdə Kazana dönür. Bu səyahəti zamanı tatar ziyalılarından Qəyyum Nasiri (1825-1902), din islahatçısı Alimcan Barudi (1857-1921) Şeyx Şamilin oğlu general Şamil və Rusiya müftisi Şeyx Əbdüləzizlə görüşür. Şeyx Şamilin nəvəsi Zahid Şamil bəydən fransız dili, osmanlı tarixi və xəttatlıq dərsləri öyrənir.

Akçuranın əmisi qızı Zöhrə xanım İ.Qaspıralının həyat yoldaşı idi. O, tez-tez bu ailədə qonaq olar, İsmayıl bəylə söhbətlər edərdi.

1892-1896-cı illərdə Yusuf İstanbul Hərbiyyə məktəbində oxuyur. Burada tələbə ikən türk alimlərinin türkologiya sahəsində ilk araşdırmaları ilə -Vələd Çələbi, Nəcib Asim bəy, Bursalı Məhəmməd Tahir kimi türkçülərin əsərləri ilə tanış olur.

Türk tarixi və mədəniyyəti sahəsində zəngin məlumat sahibi olan Yusuf Akçuraoğlu heç bir siyasi partiya ilə bağlı olmadığına baxmayaraq hökumət tərəfindən “Gənc türklər” cəmiyyəti ilə əlaqədə bilinərək həbs edilir. 1897-ci ildə isə Sultan Əbdülhəmidin əmri ilə türkçülük görüşlərinə görə Trablisqərbə ömürlük sürgünə göndərilir. Avropadakı Gənc türklərin sultanla apardığı danışıqlardan sonra azad edilir, dostu Əhməd Fərid bəylə birlikdə Trablüsqərbdən qaçaraq Parisə gedir. 1899-1903-cü illərdə Fransanın Siyasi Elmlər Akademiyasında, eyni zamanda Sorbon Uyğulamalı İncələmələr Yüksək Məktəbində təhsil alır. Akçuranın siyasi görüşlərinin formalaşmasında bu dövr müstəsna rol oynayır. Məlumdur ki, o dövrdə Paris jontürklərin əsas iqamətgahı idi. Akçura onlarla sıx əlaqə saxlayır, Gənc türklərlə təmas və görüşlər onun dünyagörüşünə ciddi təsir göstərir.

İrəli > | Sonu >>