Kitablar

Bu kiçicik təhlildən  görünür ki, Kommunist firqəsi bir tərəfdən həqiqi rus mənafeini güdən sağlar, digər tərəfdən də beynəlmiləl inqilab ideallarından əl götürməyən sollar  arasındakı çəkişmələrə səhnə olmuşdur. Medvedyev ilə Zinovyev qütbləri arasında müxtəlif şəkil və xüsusiyyətlər daşıyan qruplar çoxdur. Bunlar arasında hakim bir vəziyyəti tutan qrup Stalin zümrəsidir. Bu zümrə mahiyyət həddində zinovyevçilər kimi məmləkətdəki sağlaşma təmayülatından doğan təhlükəni inkar etməməklə bərabər, zinovyevçilərin çarə olaraq göstərdikləri yola girməyi daha çox təhlükəli hesab edirlər. Onlarca, yenidən təhkimliləşdirmə və təkcə fəhləyə istinadla kəndli və xırda burjua mənfəətlərinə göz yumulmasına gedilərsə, Leninin ən böyük vəsiyyətlərindən olan fəhlə-kəndli ittifaqı pozular, Sovet sisteminin bel sümüyü qırılar. Bu siyasət  onlarca yalnız  rus kəndlisindəki fəaliyyəti daha artıq şiddətləndirməklə qalmaz, eyni zamanda milli cümhuriyyətlərdəki “yenilikçilik”, “Alaş orduçuluq”, “petluraçılıq” və “müsavatçılıq” kimi qeyri rus milliyyətçilərini  də qüvvətləndirə bilər*. Bunun üçün Sovetlər seçkilərində fəaliyyət və həyat mövqeləri inkar edilməyən yeni ictimai ünsürlərlə mübarizə etmək üçün cəbhədən hücum siyasəti çox zərərli imiş.

Sağdakı tənqidçilərin də, soldakı müxaliflərin də öz qənaətlərini qüvvədən felə gətirmək üçün təmin etmək istədikləri silah, firqə içərisində zümrə və fraksion hürriyyətini təmin etməkdir. Mərkəz mövqeyindəki hakim zümrənin ən çox qorxduğu da budur. Əslində bu, “leninçiliyin” ən böyük əsaslarından birini, bəlkə də birincisini təşkil edir. Lenincə, firqə içərisində fikir zümrələri təşkil etmək caiz deyildir. Fraksion təşəkkülü qadağandır. Bolşevik firqəsindəki bütün müxalifətlər daima bu prinsip ilə mücadilə etmiş, təşkilat maşınını əlində saxlayan enerji liderlər bu əsasa istinadla müxalifəti əzmiş, döymüşlərdir. Belə olmaqla bərabər, həyat, kommunist firqəsini daima yeni bir müxalifətlə qarşıya qoymuş, məfkürə ilə həyat  arasındakı təzad çoxaldıqca zümrəkər arasındakı ixtilaf da nizamnamə çərçivəsinə sığmayacaq qədər bir şişkinlik göstərmiş, nəhayət bu şişkinlik bir gün Trotskini, o biri gün də Zinovyevi rəyasət məqamından atmaq kimi qatı tədbirlərə əl atmaq şəklində partlayış vermişdir, 14-cü firqə (konqresi) qərarına rəğmən gizli fəaliyyətdə dəvam edərək Zinovyevin uzaqlaşdırılması ilə nəticələnən bu müxalifət artıq məşhur bolşevik vəhdətinin boş bir lafdan ibarət olduğunu meydana qoymuşdur.

MİLLİ MÜBARİZƏ VƏ PARÇALANMA HƏRƏKATI

Fəhlə ilə kəndli ittifaqından bəhs edən Sovet hökuməti düçar olduğu müşkülatda ən çox bu ittifaq yoxsulluğundan ziyan çəkdiyi kimi, bu hökumətin millətlər arasında həmrəylik vücudə gətirdiyindən bəhs edən propaqandaları da göz boyacılığından başqa bir şey deyildir.

Daxili Rusiyada firqə içərisindəki zümrə çəkişmələri kəndin şəhərə qarşı aldığı vəziyyəti əks etdirdiyi halda, mərkəzi Rusiya ilə hüduddakı vilayət və “cümhuriyyət”lər arasındakı münasibətdə də bu hal, nisbətən sənaye bir şəkildə olan “Velikorusiya” ilə əksəriyyətlə kəndli və əkinçi halında olan qeyri-rus cümhuriyyətlər arasında milli rəqabəti gücləndirir. Çarlıq zamanında da Velikorusiya sənaye etibarilə istehsalçı, xammal etibarilə istehlakçı idi. İndi dəxi vəziyyət eynidir. Bu qədər fərqlə ki, çar Rusiyası vilayətlərin istehlak etdiyi məmulatı təmamilə emal edə bildiyi halda, indiki Rusiya bu ehtiyacı ödəməkdən çox uzaqdır. Moskva özü bu ehtiyacı mahiyyətilə ödəmək iqtidarında olmamaqla bərabər, əcnəbi ticarət inhisarını əlində saxladağandan, bu ehtiyacın vilayət – cümhuriyyətlər üçün xaricdən təmin məsələsi də mübahisə mövzusu ola bilməz. Nəticədə bir Qafqasiya, bir Ukrayna, bir Türkistan petrolunu, kömürünü, pambığınğ və sairəsini tamamilə Moskvaya verdiyi halda, möhtac olduğu maşın, parça, paltar v. sairəni əldə edə bilmir. İş bu hal nəticəsində kəndlər şəhərlərə qarşı müxalifətə ketdikləri kimi, ümumi heyət ilə sənaye Moskva mərkəzinə nisbətlə kəndlər vəziyyətində olan milli cümhuriyyətlərdə. Kommunist firqələrində belə, mərkəzdən qaçan milli təmayqllər qüvvətlənir.

Sovet Rusiya mərkəzi ilə bu mərkəzə tabelik bədbəxtliyinə düşən bir məmləkət arasında cərəyan edən münasibətlərin tarixi başlı-başına bir mövzudur. Bu mövzu dünya müstəmləkə siyasətinin müxtəlif zaman və məkanlarda aşkar etdiyi istismar şəkli və üsulları ilə diqqətəlayiq  müqayisələr üçün çox dəyərli materiallar verir. Fəqət məqsədimiz Rusiyada hazşrda cərəyan edən hadisələri təsbit olduğundan, gündəlik hadisələr arasından bu mövzuya bağlanan ən mühümü üzərində duralım. Qızıl qalpaq altında müşahidə olunan milli hərəkətin ən dəqqətəlayiq hadisəsi şübhəsiz, Ukrayna separatçılığıdır. Bu haqda dünya mətbuatına əks edən şayiələri heç də mübaliğəli hesab etmək olmaz.

Siyasi cəhətdən Velikorus istilasından qurtula bilməyən Ukraynanı mədətiyyətcə olcun Moskvanın təsirindən qurtarmaq üçün Ukrayna vətənpərəst və milliyyətçilərdən bir çoxu idarələrə girmiş, fəal bir surətdə çalışmağa başlamış və az zamanda Ukrayna idarələrini milliləşdirmək xüsusunda çox böyük nəticələr əldə etmişlərdir. 1923-cü ildə dövlət maşını başdan-ayağa qədər, çox cüzi bir istisna ilə rusca olaraq işləyirdi. 1925-cb ildə dövlət işləri yüzdə 20 nisbətində ukraynalaşmış idi. İndi isə yüzdə 65 nisbətində milliləşmişdir. Kəndlərdə isə milliləşmə tamamilə icra edilmişdir.

İki il əvvəl ukraynalı firqə katiblərinin ədədi yüzdə 25 nisbətində idi. İndi isə 40 ilə 49 nisbətindədir. Ümumi mərkəz siyasi bürosunun 9 üzvündən 7-si ukraynalıdır. Ukrayna İcra heyəti üzvləri arasında 11-i ukraynalıdır. Üzvlərin cəmi 18-dir. 22 Xalq İcra Komitəsi sədrlərindən 25-i ukraynalıdır. M.rkəzi müəssisələrdə yqzdə 55 ilə 66 nisbəti təşkil edən ukraynalıların ikinci dərəcəli təşkilatlardakı miqdarı yüzdə 65 nisbətinə çatmaqdadır.

Dövlət idarəsində bu şəkildə olan mililləşmə digər xüsusatda da çox mühüm müvəffəqiyyətlərə nail olmuşdur. İlk məktəblər yüzdə 80 nisbətində milliləşmişdir. Artıq qalan 20 nisbəti isə ukraynalı olmayan azlıqda qalanlar təşkil edirlər. İkinci dərəcəli məktəblər yüzdə 60 nisbətində milliləşmişdir. Xarkov universitetindəki Ukrayna tələbəsinin nisbəti 23-lən 46-ya çatmışdır. İki il əvvəl Ukrayna dilində çşxan qəzetlərin miqdarı ümum mətbuata nisbətlə yüzdə 37 ikən, indi yüzdə 61-i təşkil edir. İl yarım əvvələ qədər ukrayna dilində dərslik kitablar yox kimi idi. İndi bunların miqdarı yüz mini keçmişdir. Ukraynada nəşr olunan kitabların yüzdə 80-i ukraynacadır. Ukraynada rusların bəzi yerlərdə öz övladlarını oxutduracaq rus məktəbləri tapa bilmirlərmiş.

14 avqust tarixli nüsxəsində “İzvestisiya” qəzetəsi Ukrayna ayırıcılığından aşkar surətdə bəhs etməkdədir. Qəzrtə Ukrayna Sovet Cümhuriyyətinin paytaxtını təşkil edən Xarkovun çox zamandan bəri Moskva ilə yaxşı münasibətdə olmadığını etiraf edir. Ukraynalılar öz məmləkətlərində rusca danışanlarla bir növ  barışmarlar və ukraynaca bilməyən məmurları işdən qovurlar. “İzvestiya”nın yazdığına görə bu işdən qovulanların əksəri Moskvadan göndərikmiş  məmurlardan ibarətdir. Qəzetənin yazdığına görə, yaxında Moskvadan Xarkova ukrayna separatçılığına son qoymaq səlahiyyətilə hazırlanmış bir komissar ğöndəriləcəkmiş.

15 avqust tarixi ilə “Havas” agentliyinin nəşr elədiyi məlumata görə, Kommunist firqəsi daxilindəki çəkişmələrin üzə çıxması ilə Ukrayna Kommunist firqəsi daxilindəki çəkişmələrin üzə çıxması ilə Ukrayna Kommunist firqəsindəki separatçılıq daha da şiddətlənmişdir. Üzvlərinin əksəriyyəti şəxsi əlaqələrlə Moskvaya bağlı olan Ukrayna Kommunist Firqəsi Mərkəzi heyəti gündən-günə qüvvətlənən separatçı cərəyanlarla mübarizə etməkdən aciz bir hala gəlmişdir. Separatçılar Ukraynanın istiqlalını, Moskvaya faktik olaraq bağlanmağa və bunlardan ən ifratları isə Sovetlər İttifaqından çıxmağı tələb edirlər.

Səlahiyyətli bolşevik xadimləri bu hərəkata əcnəbi dövlətlər tərəfindən rəvac verildiyi qənaətini izhar etməklə şiddətli tədbirlərə əl atmaq lüzumunu irəli sürürlər.

Ukraynadakı vəziyyəti hekayə edən bu hal az-çox qeyri-rus cümhuriyyətlərin hamısında özünü göstərir. Türk elləri ilə Qafqasiya cümhuriyyətlərində dəxi bu hərəkətin bariz misallarını tapmaq olar.

1923-cü ildəki Azərbaycan şərab spirtini Rusiya buğda spirti ilə rəqabətdən salmaq məqsədi ilə Qafqasiya daxilində köməksiz bir şərait altına salan Moskva qərarnaməsini tənqid edən “Azərbaycan ticarət və sənaye müdiriyyəti” Zaqafqaziya komisserlar şurasına göndərdiyi şikayətnaməsində “bu kimi siyasətlərin oxşarları ancaq kapitalist dövlətlərin yenicə istila etdikləri müstəmləkələrində arana balər. Fəqət bu siyasət kapitalist məmləkətlərə yaraşsa da, müttəfiq sosialist cümhuriyyit federasionu arasında qəbul edilməlidir...” deyirdi.

Türküstanlı kommunistlərdən Rıskolovun “Müstəmkəkəçi yoldaşlara” qarşı mübarizəsi məşhurdur. Onun 1920-ci ildə Bakıda açılan Şərq millətləri qurultayındakı tənqidləri bolşevik rəislərini az əsəbiləşdirməmişdir.

1924-cü ildəki Sultan Əliyev hadisəsi şimallı türk kommunistləri arasındakı çox mühüm bir separatçılıq hərəkatını isbat edirdi. O zaman Türkistan basmaçılarıyla. Azərbaycan millətçiləri ilə, hətta Türkiyə və İran zümrələri ilə təmasa girən və bütün bu billətlərdəki siyasi qüvvətlərlə gizli münasibət təsis edən Sultan Əliyev yalnız əski xidmətlərinə hörmətən edam edilmədi. Ancaq özünün firqədən ixracı ilə kifayətlənildi.

Gürcüstandakı “Mötəzilə”nin Mosrva ilə mücadilələri də məşhurdur. Çakayanın Moskvaya göndərdiyi protesto raportu faxtilə ifşa edilmişdi. Azərbaycanda dəxi “Budaqovçuluq” adı ilə məşhur bir cərəyan zühür eyləmişdi ki, buna birləşən partizanlar kommunist olduqları halda, firqənin milli proqrama aid ymdə və qərarlarının səmimiyyətlə tətbiqini istəyir və bu xüsusda israr edirdilər.

Mərkəziyyətçi kommunistlər öz aralarında zühür edən bu kimi “mötəzilə”yə qarşı amansız davranır, “miliyyət xəstəliyinə” tutulan by “arxadaşları” dərhal ya Moskvaya cəlb edir və yaxud Sibiriyanın uzaq bir güşəsinə göndərərək onlara eskimoslar arasında təbliğatçı vəzifəsi tapşırırlar.

Fəqət bütün bu tədbirlərə rəğmən milliyyət davası hər cür maniə və müşkilata baxmayaraq, özünə sadiq mücahidlər toplayır və çox böyüməməklə r sərf etmək surətilə olsa da, tərəqqi və inkişaf edir.

Ümumi məktəblərlə dövlət idarələrinin milliləşməsi xüsusunda mütamadi curətdə baş verən mücadiləni təsbit etməklə bərabər milli ədəbiyyat və milli tarix əsərlərini nəşr xüsusunda gəstərilən təşəbbüslərin çox tərifəlayiq bir səy olduğunu da burada qeyd edə bikərik. Bu təşəbbüslərin nə kimi bir məqsədlə icra edildiyinə bir misal olmaq üzrə Azərbaycan ələbiyyat cəmiyyətinin böyük şairimiz Füzulinin 400 illiyini bayram etmək məqsədilə nəşr eylədiyi risaləyə yazdığı müqəlliməni buraya nəql edirik. Risalənin müqəddiməsində deyilir ki: “Azərbaycan ədəbiyyat cəmiyyətinin ən başlıca işlərindən biri də türk ədəbiyyatının qiymətli abidələrini tapıb yaşatmaq, onları meydana gətirən dahiləri unutqanlıq pərdələri içindən çıxararaq xalqa və xüsusilə türklərdə kültür və mədəniyyət olmadığı iddiasını gizli-gizli məqsədlərlə ortaya ataraq öz riyakar tarixlərinə şərəf qeyd etmək istəyən Qərb sənət simsarlarına göstərərək bu kirli böhtanı üzərimizdən atmağa çalışmaqdır. Azərbaycan ədəbiyyat cəmiyyəti qiymətli şairi Füzukinin 400-cü ili şərəfinə tarixi bir vəzifə də yapmış və eyni zamanda o geniş türk xalqları kütləsinə də tarixdəki qiymətləri, dühaları tapıb çıxarmaq, hörmət və təqdir etmək xüsuslarında da ilk doğru yol göstərmə borcunu ifadə etmiş olur”.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

* Türkistan, Qırğızıstan, Ukrayna və Azərbaycan milliyyətçiliyinə verilən adlardır.