Kitablar

AZƏRBAYCAN ELMLƏR AKADEMIYASI
NIZAMI ADINA ƏDƏBIYYAT INSTITUTU

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

BOLŞEVİKLƏRİN ŞƏRQ SİYASƏTİ

Bakı – “Sabah” - 1994

RUSIYADA SIYASI VƏZIYYƏT

Bir müqəddimə

Son zamanlarda Rusiyada vəziyyəti təkrar diqqətləri cəlb etməyə başladı. Avopa və Amerika qəzetlərini həftələrlə işğal edən fövqəladə hadisə və vaqeələrdən bəhs edən qismində bu şayiələr olduqca mübaliğəlidir. Fəqət Rusiyanın bu günkü hakimi olan kommunist firqəsi daxilində xərəyan edən mücadilə və zümrə çəkişmələrinə aid hadisələr, üzərində durmaya layiq dərəcədə ciddi və şayani-diqqətdir. Belə ki, aşağıda rəsmi vəsiqələr üzərində təhlil edəcəyimiz bu mühüm hadisənin Sovet diktatorluğu tarixində çox mühüm bi dönüm nöqtəsi təşkil etdiyində Rusiya əhvalında vaqif tədqiqatçılar əksəriyyətlə yekdildilər.

Kommunist firqəsinin başlıca olaraq iki düşmən fraksiona bölən və əski firqə əməkdaşlarını bir-birinə qarşı qoyan, bir tərəfdən gizli müxalifət tərtibatını, digər tərəfdən də şiddətli nizam-intizam tətbiqatını zərurət etdirən bu hadisə Rusiyanın məruz qaldığı iqtisadi, siyasi və beynəlmiləl müşkilat və böhranlarla şərtlidir.

Əlimizdə mövcud məlumat və sənədlər üzərinə təsəvvür edə bilmədiyimiz bu ağır vəziyyət içərisində məfrurəvi anlaşmadan uzaqlaşan və həyata dəvət etdiyi müzalif ruhlara qarşı mübarizədə zəif və aciz qalan bolşevik hakimiyyətinin artıq sonunu təşkil edən bir dövri-ibtidasında olduğuna hökm edirsək yanılmarıq.

İQTİSADİ BÖHRAN

Kommunist firqəsini qaçılmaz sonuna yaxınlaşdıran bu dağılma və tənəzzül dövrünü haqqı ilə qiymətləndirə bilmək üçün siyasi hər cür hadisələrin zühür və inkişafında çox təsirli bir rol oynayan ünsürlərdən bəzilərini gözdən keçirmək lazımdır. Bu ünsürlər arasından birincisi, şübhəsiz Rusiyanan düşdüyü iqtisadi vəziyyətdir.

“Hərbi kommunizm”1 təxribatına nisbətdə bir yaxşılaşma dövrünü təşkil edən “Yeni iqtisadi siyasət”2 əmdlərini tətbiq etməklə kommunist idarəsi, özünə müxalif olan ictimai zümrələri qismən həqata dəvət etməklə bərabər, əqlincə bu müxalif zümrələri öz hakimiyyətində tutacaq hakim mövqeləri bizzat əlində saxlamışdı ki, bu da başka böyük sənaye ilə zəruri ticarətin dövlət inhisarında olmasından ibarət idi.

Beş ildən bəri qurulan icraat bolşevik hökumətinin “yeni iqtisadi siyasət”dən gözlədiyi nəticəni verməmişdir. Diktatorluq bu qədər qorxduğu iqtisadi böhran ilə mali ilasın önünə keçməmiş, həyatı bir az daha vəz etməyə müvəfəq olmaqla bərabər, Sovet hökuməti məzməi xəstəliyinin təhlükəli arizəsini təşkil edən iqtisadi böhranla təkrar qarşı-qarşıya gəlmişdir.

İndiki Rusiyada ölkə sənayesi üç qismə bölünmüşdür: dövlət sənaye, kooperativ sənayesi və xüsusi əllərdə olan sənaye. Dövlətin bizzat özü tərəfindən idarə olunan böyük sənaye istehsalatı ilə digər iki növ sənaye istehsalatı arasındakı münasibəti göstərən rəqəmlər tədqiq olunacaq olursa, Sovet hökumətinin “hakim-zirvə” – deyə qiymətləndirdiyi böyük sənayenin özünə çox da əmin bir istinadgah olmadığı görülür.

Sabiq maliyyə komissarı Sokolnikovun bi raportundan anlaşıldağına görə məcmun 6,7 milyard manat təşkil edən sənaye məmulatından 1,3 milyardı, təqribən yüzdə 14-ü kiçik sənaye hissəsinə aiddir. Bundan dövlət idarəsində olan kiçik sənaye müəssisələrinin payına 132,9 mikyon (yəni yüzdə 8), kooperativ idarəsində olan müəssisələrin payına 240 milyon (yəni yüzdə 8), xüsusi əllərdə olan müəssisələrin payı da 2 635,9 milyon (yəni yüzdə 87) manat vəsait ayrılmışdır.

Göründüyü kimi, əksəriyyətlə əhalinin möhtac olduğu zəruri  tələbat malları istehsal edən kiçik sənaye məmulatı sahəsində hökumət xüsusi təşəbbüskarlarla rəqabətdən acizdir və bu acizlik getdikcə artır. Çünki böyük sənayeyə aid əskidən mövcud alətlər ya köhnəlmiş və yaxud xarab edilmiş, bundan sonrakı inkişafı  üçün yeni maşın və alətlərə olan ehtiqacın təmininə lazım olan sərmayə də bolşevik xəzinəsində yoxdur. Hər hankı bir sənayenin dirçəlişi və inkişafı üçün zəruri olan kapital yığımından bolşevik hökuməti məhrumdur. Məzkur Sokolnikovun ifadəsinə görə kəndlərdə olan kapital 250 milyon altun manat miqdarında ikən bu yığım Sovet hökumətinin istifadə edə biləcəyi bir şəkildə deyildir. Kəndlilər pullarını əmniyyət sandıqlarına3 və banklara qoymurlar. 1913-cü ildə əmniyyət sandıqlarında 500 milyin manatlıq kəndli yatırdı (tövdiatı) vardı. Halbuki indi Sovetlər İttifaqindakı əmniyyat sandıqlarına verilən tövdiat 50 milyon manatdan artıq deyildir. Və bu miqdar daxilində kəndli tövdiatı qətiyyən toxdur.

Bu  şərait daxilində iqtisadi sisteminin bünövrəsini təşkil edən böyük sənayenin dirçəlişi və inkişafı üçün lazım gələn sərmayəni Sovet hökuməti əcnəbi məmləkətlərdə təşkil edəcəyi istiqrazlarla alacağı kredit vasitəsilə təmin edə bilədi. Halbuki ümdələrindən fədakarlıq etmək surətilə olsa da o, bu pulu bu günə qədər ala bilməmiş, bundan sonra alacağına da ümid yoxdur.

Böyük sənaye yalnız sərmayəsizlik üzündən deyil, idarəsizlik üzündən də dərin bir böhran keçirməkdədir. Məlumat hökumətə çox baha başa gəlir. Daxili bazarın ehtiyacını ödəyəcək miqdardan çox az və bahalı olduğundan bu məmulat təbii ki, kənd istehsalatının qiyməti üzərində də əks təsir göstərir. Əcnəbi məmləkətlərə sövq üçün toplanılan ərzaq qiyməti cahan siyasətində rəqabət edə bilməyəcək bir şəkildə yüksəlir. Məmulat ilə məhsulat qiymətləri arasında tərs mütənasib bir müvazinətsizlik hasilə gəlir. Nəticədə “Pravda” qəzetinin aşağıda nəsbir etdiyi bir mənzərə qarşısında qalırıq: “... il yarımdan bəri zaman-zaman şiddət peyda edən əmtəə qıtlığı, məmumat ilə məhsulat qiymətlərinin bariz bir surətdə bir-birindən uzaqlaşması; kiçik satış qiymətləri ilə topdansatış qiymətlinin biri-digəri ilə mütanasib olmaması, maaşın çoxalma meyli göstərdiyi halda, əmək məhsuldarlığının getdikcə aşağı duşməsi, vəsait və sərmayə çox ikən idxal etmək ehtiyacının gündən-günə artması – budur nəzər-diqqəti əhəmiyyətlə cəlb edən məsələlər silsiləsi!..”

Məmulat ilə məhsulatın əmtəə təşkil edən qismi arasındakı tənasubsüzlük “Pravda”ya görə, pul dövriyyəsi üçün dəxi böyük bir təhlükə təşkil etməkdədir. Kəndli məhsulunun satışından hasil etdiyi pul müqabilində möhtac olduğu məmulatı tapmayınca, bazar pul ilə dolur və çervon manatın alıb quvvəti üzərində şiddətli bir təzyiq icra edilir”*.

Özlərini bu müşkül vəzfiədən qurtarmaq üçün bolşevik iqtisadçıları bir tərəfdən müsadirə siyasətinə keçir, “artıq” xərcləri azaldır, fəhlə miqdarını məhdudlaşdırır, rüşvətxorluq və sui-istemallar ilə ciddi surətdə, öz təbirləri ilə, “vəhşicəsinə” mübarizəyə girişirlər. Digər tərəfdən də xaricdən əmtəə gətirilməsinin idxalını qadağan edir və məhdudlaşdırırlar. Buna o dərəcəyə qədər lüzum hiss edirlər ki, siyasətən məmaşat etmək zərurətində olduqları Şərq ölkələrinə qarşı belə qatı tədbirlər almaqdan və İran ilə Türkiyə bazarlarını “vəhşicə” zərərə salmaqdan da çəkinməyirlər. Belə ki, bolşevik təmayülatı ilə tanınan bir Tehran qəzetəsi “Özünə Şərq millətlərinin hamisi və xilaskarı deyə süs verən” Sovet hökumətinin, bu siyasətindən dolayı “İngilis dövlətindən daha bətər bir müstəmləkəçi” şəklində görür və yənə bu üzdən Türkiyə - Sovetlər İttifaqı dostluğuna çox qiymət verən “Cümhuriyyət” qəzeti “Türkiyə tüccarına qarşı göstərilən iqtisadi sovet zülmündən” şiddətli bir lisanla bəhs etmək zərurətində qalır. (“Cümhuriyyət” № 816).

Axirən “Sovetlər İttifaqı Ali İqtisadi Şurası”nın rəisi Dzerjinski “Məsləklər birliyi konqresi”ndə “Sənaye inşaatı ilə iqtisadi çətinliklər” mövzusunda bir nitq irad eyləmişdi. Moskvada nəşr olunan “Raboçaya qazeta”nın rəvayətinə görə Dzerjinski bu nitqində sənayenin düçar olduğu maliyyəsizlik fəlakətindən bəhs eyləmiş, hökumətin “müvəqqəti olaraq” bəzi fabrikaları qapamaq və bir çox fəhləni vəzifədən xaric etmək zərurrətində qaldığını söyləmişdir. Eyni nitqin “Pravda” qəzetində dərc edilmiş təfsilatından anlaşıldığına görə, sovet sənayesi “inkişafının ən yüksək imkanına gəlmiş olduğu halda” məmləkətdəki ehtiyacı aradan qaldıra bilmir, əmtəə böhranının qarşısını almır. Çünki kəndlini son illərdə artan alım qüvvətinə müqabil, əksər ilə köhnəlmiş maşınlarda işləmək məcburiyyətində qalan sənaye, xüsusilə geniş əhali ehtiyacını rəf edən yüngul sənaye fabrikaları arzu olunan miqdarda məmulat yetişdirə bilmirlər. Maşınlar yalnız maddən deyil, mənən də köhnəlmişdir. Yəni yalnız material etibarilə deyil, sistem etibarilə də yaramaz bir hala gəlmişdir. Bütün bunları aradan qaldırmaq üçün xaricdən alətlər də yeni maşınlar gətirmək vacib ikən, hökumət inşaat proqamını qısaltmaq məcburiyyətində qalmışdır. Bu qənaət sənaye məsarifində 450 milyon manata çatmışdır. Bu məbləğin yarıdan çoxu xammal fəslinə aid olduğundan, xüsusilə parça fabrikaları ilə kağız və sairə emal edən müəssisələrin qapanması lazım gəlmiş, yəni xalqın fəaliyyətinə ən çox möhtac olduğu yüngül sənaye qismi tətilə uğramışdır.

İrəli > | Sonu >>

* 202 nömrəli “Ekonomiçeskaya jizn” qəzetində dərc edilmiş rəqəmlərə nəzərən B. Kruman imzalı məqalədə 1926-cı ildəki hökumət tərəfindən təyin olunan ərzaq qiyməti ilə sənaye əmtəənin bazardakı qiymətləri müqayisə edilərsə ukraynalı bir kəndlinin 1 pud çovdar müqabilində - 23,1 pud buğda müqabilində - 31, bir pud arpa müqabilində 16 qəpik aldığı aşkar olur.Bu rəqəmlərin müxtəlif vilayətlərə görə alacağı şəkli isə aşağıdakı kimi təsbit edə bilərik: Şimali Qafqaziyada çovdarın pudu 31 qəpik, Volqaboyunda buğdanın pudu – 40, çovdarın pudu – 24 qəpikdir. Ümumiyyətlə söyləmək lazımdır ki, kəndlilərin hal-hazırda məhsullarına müqabil aldıqları qiymətin alım qüvvəti müharibədən əvvəlki qüvvətin 1/3-ni təşkil edir.