Kitablar
Hərbi-ümumi ilə başlayan hadisati-aləm daha nəticəyə varmamışdır. Bu nəticə millətlərin həqqi-hakimiyyətlərini təmin etmək surətilə hasil olacaqdır. Bayrağındakı rənglərin mədlulu vəchilə*[85] müasir bir Türk və İslam mövcudiyyəti-siyasiyyəsinə təkrar qovuşmaq ümidilə, bu mövud nəticəyə çarçeşmlə intizar edən milliyyətpərvər Azərbaycan hal-hazırda bittəb pək fəci bir dövr keçiriyor. Böyük hirmanlar və çəkilməz təzyiqlər içərisində güzəran edən bu dövrdə Türkiyənin istilakar Rusiya ilə mütəlif bulunmaq zərurətində qaldığı müddətcə Azərbaycan pək acı bir nəsibə təhəmmül edəcəyini hiss və təqdir eylər. Fəqət işbu zərurət tarixiyyəyə mütəvvəkkilanə qaltanırkən pək çox arzu edir ki, “misaqi-milli”si ilə yalnız kəndinin deyil, bütün şərqlilərin “hüquqi-bəşəriyyə”sini elan edən yeni Türkiyə müasir Rusiya imperializmini qızıl sözləri ilə deyil, qara işləri ilə təqdir eyləsin!
SON
Kitabımızın mətnində isimləri zikr olunan şühədayi-istiqlaldan maəda, bolşeviklər tərəfindən qurşuna dizilən Azərbaycan qurbanlarının listəsini tamamilə elan edəcək olursaq, bu xüsusda müstəqil bir risalə nəşr etmək zərurətində bulunuruz. Məmafih, bu edamların nə kibi bir məqsəd və hədəfə tövcih edildiyinə bir nümunə olmaq üzrə müdafieyi-istiqlal yolunda fədai-can edənlərin əsamisini qismən ehtiva edən bir listəyi buraya dərc ediyoruz.
Ordu üməra və zabitanından
1. Mirliva Yusifov İbrahim ağa.
2. “---” Qaytabaşı Həmid bəy.
3. “---” Səlimov Həbib bəy.
4. “---” Dəlxas Murad Gəray.
5. Şahzadə Kazım Mirzə Qacar.
6. “---” Sulkeviç Süleyman bəy.
7. Miralay Qalacov.
8. “---” Saymanov.
9. “---” Xazin.
10. “---” Cəlayev.
11. “---” Koden (rus).
12. “---” Makayev (gürcü).
13. Qədimli yüzbaşı Xudaverdiyev Xuduş.
14. Yüzbaşı Konstantinoviç L.
15. “---” Əhmədzadə Yaqub bəy.
16. Qaimməqam Əlizadə Nağı bəy.
17. Mülazimi-sani Talışxanlı İlyas bəy.
18. Mülazimi-əvvəl Fəttahov İbrahim bəy.
19. “---” Axundzadə Cəfər bəy.
20. “---” Ağalarov Fərhad bəy.
21. “---” Mirizadə Hüseyn bəy.
22. “---” Mehdizadə ...
23. “---” Şahzadə Sədrəddin Mirzə.
Məclisi-məbusan əzasından
24. Rzayev Abuzər bəy (mühəndis).
25. Şeyx Zamanlı Məhəmməd Bağır bəy.
26. Axundzadə Murtuza bəy.
27. Əxicanov Müseyib bəy (hüquqdan məzun).
28. Ziyadxanlı İsmayıl xan (sabiq Duma məbuslarından).
Mühərririn, üləma və müəllimindən
29. Köçərli Firidun bəy. Mərhum Köçərli Azərbaycan ədəbiyyatı tarixini tədqiqilə yeganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və alim idi.
30. Professor Zimin. Bakı darülfünunun tarix və ədəbiyyat şöbəsi müdiri bulunan bu zat məşhur müstəşriqlərdən idi. Azərbaycan Darülfünunda Şərq tarixini və ərəb lisan və ədəbiyyatı kürsüsünü işğal ediyordu. Eyni zamanda, dəxi Şərqi tədqiq cəmiyyətinin rəisi idi.
31. Mürsəlzadə Piri bəy. “Azərbaycan” qəzetəsi mühərrirlərindən.
32. Qəbulzadə İslam bəy. Zaqatalada xidməti-milliyyətpərvəranəsi ilə mütəmayiz dəyərli müəllimlərdən.
33. Mirzə Abbas. Pedaqoji sahəsində qiymətdar əməkləri ilə məruf müəllimlərdən.
34. Müəllimlərdən Musabəyov.
35. Müəllimələrdən Musabəyova Məsumə xanım.
36. Ticarət məktəbi-alisi tələbələrindən Qasımzadə Qasım bəy.
Məmurini-mülkiyyə və sair sünufi-əhalidən
37. Gəncə valisi Rəfibəyov Xudadad bəy (doktor-cərrah).
38. Bakı valisi Hadıyev.
39. Bakı polis müdiri Mirzəzadə Rüstəm bəy.
40. Gəncə üsyanı mübarizlərindən Qaçaq Qənbər.
41. Nuxa bələdiyyəsi rəisi Azaq bəy.
42. Ağdaşlı Məhərrəm Əfəndi.
43. Camal Çavuş. Bolşevik aləmində Camal Paşa namilə məruf bulunan bu zat ixtilalın əqəbində həbs edilmişdi. Həbsdən azad edildikdən sonra Lənkəran qəzasına qaçmış və orada əhalinin başına keçərək bolşeviklərə qarşı aylarla müqavimət eyləmişdir. Yusif Camal bəy mərhum ən-əsl Şərqi Anadolu əhalisindən olub, bütün mövcudiyyəti ilə Azərbaycan istiqlal və hakimiyyətinə rəbti-qəlb və bəzli-mövcud etmiş bir fədai idi. Xatirəyi-ehtiramı azərilərin qəlbində mədfundur.
44. Müzəffərov Hüseyn – Volqaboyu türklərdən. Bakı türk əmələ birliyinin katibi.
45. Zərif Əfəndi. Volqaboyu türklərindən.
46. Rüstəmbəyli Mustafa bəy. Ağdaş əyanından.