Məqalələr

SAİLLƏRƏ*[1]

Bu hal nədir, nədir bu şivən?!
Əflaka*[2] ucalmış ahu nalən.
Bəsdir bu fəğan, bul bir aram,
Dinlə şu həqiqəti ol eymən*[3].
Heyhat!.. İnanma, kəs ümidin,
Çün səbrinə hədd yox vəhidin*[4]!
Məzlumi-xuda*[5] nə dinliyorsan?
Göydən yenəcək nə bəkliyorsan*[6]?
Əczilə*[7] baxıb müdami-məbhut*[8],
Ol səbrə nəhayəmi gəziyorsan?
Heyhat!.. İnanma, kəs ümidin,
Çün səbrinə hədd yox vəhidin!
Dünyaya girib də qəhrəman ol!
Əczi tələf et də, pəhləvan ol!
Səy et də, çalış da, olma möhtac!
Sailliyyə sən əduvvi*[9] can ol!
Bilmərrə nanma, kəs ümidin,
Çün səbrinə hədd yox vəhidin!

M.Ə.Rəsulzadə
“İrşad”, № 21, 19 fevral 1908

*[1] sail – dilənçi, soruşan, sual edən

*[2] Əflaka – fələklər

*[3] eymən – xatircəm, arxayın

*[4] vəhid – tək, misilsiz (burada Allah mənasında)

*[5] Bu tərkib “ey ellahın məzlumu” mənasında oxunmalıdır – idarə (qeyd qəzetindir – Ş.H.)

*[6] bəkləmək – gözləmək

*[7] əcz - acizlik

*[8] məbhut – mat, heyran

*[9] ədu – düşmən