Məqalələr
Dünya nədir, ey qare?
- Bir zülm mücəssəməsidir!
Varlıq nədir ey fani?
- Bir dərd ki, mübərrəmdir*[2]!
Diyorlar ki ədalət var!
Guya ki, mürüvvət var!
Bəs harda bu varlıqlar?
Ətraf ki, müzlümdür*[3]!
Diyorlar ki, onun zilli
Fərmandehi dövrandır.
Bu doğruya filvaqe*[4]
Doğru özü mücrümdür*[5]!
Dünyada olan asar
Əmr ilə olurmuş yad
Asara səbəb lazım
- Bu fikir müsəlləmdir*[6].
Asar deyil yek rəng
ənvai firavandır.
Oldur ki, üluhiyyət*[7],
Mahiyyəti mübhəmdir*[8].
Rəsulzadə
“İrşad”, № 124, 6 dekabr 1907
*[1] Zülm içində anlaşilmamazliq
*[2] mübərra – aydın, aşkar
*[3] müzlüm – zülm edən
*[4] filvaqe – həqiqətən
*[5] mücrüm - günahkar
*[6] müsəlləm - aydın
*[7] Üluhiyyət – ilahiyyət
*[8] mübhəm - anlaşılmaz