Məqalələr
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq*[2] və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-“Füyuzat” edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demiçlər: nəql etdikcə dərd azalar.
Qaranlıqdır bana dünya,
Bütün dünyavü mafiha*[3].
Diyorlar cümləsi güya:
Çəkil bir yanə sakitləş!
Daralı qəlb vasekən*[4],
Qaraldı şəms lamekən*[5],
Eşitmir güş samekən*[6]:
Çəkil bir yanə sakitləş!
Təhəmmül, səbr mümkünmü?!
Həyatə cəbr mümkünmü?!
əvali-qəhr mümkünmü?!
Çəkil bir yanə sakitləş!
Çıxıb əldən cilov gəlməz,
Mənə yaru ədu*[7] gəlməz.
Bu dərdə çarəcu gəlməz.
Çəkil bir yanə sakitləş!
Dolu heyrətlə hət yanım,
Toxunmuş daşa peykanım.
Ədu insarə ixvanım*[8].
Çəkil bir yanə sakitləş!
Nə vəhşidir bəni adəm!
Mücəssəm zülmdür aləm!
Diyorlar cümləsi yekdəm:
Çəkil bir yanə sakitləş!
Çəkildim, ey hərifan, bən
Bu meydani şücaətdən!
Bütün dünya bənə derkən:
Çəkil bir yanə sakitləş!
Məhəmməd Əmin
“Füyüzat”, № 30, 12 oktyabr 1907
*[1] həsbi-hal – söhbət, ürəyini boşaltma
*[2] müğləq - bağlı
*[3] dünyavü-mafiha – dünya və onun içindəkilər
*[4] vase - geniş
*[5] lame – işıqlı, parlaq
*[6] same – eşidən, dinləyən
*[7] ədu – düşmən
*[8] ixvan - qardaşlar