Məqalələr

HƏFTƏ MƏKTƏBİ

Yekşənbə məktəbinin  (telefonnu küçədə Mixayliyevski şkolanın məkanında) məşğulati bu yekşənbə günü sentyabrın 2-sində başlanacaq, pəncşənbə avqustun 30-da axşam saət 5-də şkolanın mənzilində iclas olacaqdır. Bu iclasa keçən illərdə dərs verən kişilər və arvadlar dəvət olunmaq ilə bərabər tazə dərs vermək istəyənlər də çağırılır.

Bu ildən əvvəlinci dörd kursun dərslərinin ana dilində olunması ehtimalından yerli əhli-maarifin iclasda olmaları artıq rica olunur.

İdarədən: müsəlman cavan əhli-maariflərinə tövsiyə ediriz ki, bu xəbəri və dəvəti bidiqqət buraxmasınlar, keçən il yadımızdadır ki, həmin həftə məktəbində müsəlman ürəfalarının bətalətinə adamın utanmağı gəlir, xəcalət çəkir idi. Dərs oxumaq istəyən müsəlman cavanlar lazım qədərində məktəbə gəlir, dərs oxumaq istiyorlar idi. Amma dərs verənlərə böyük ehtiyac görünüb demək olar ki, bir kəs belə gəlmiyor idi. Burasından ibrət almalı, kiçik qardaşımıza öz yaxınlarımıza kömək etməliyiz.

“Yoldaş”, № 3, 1 sentyabr 1907