Məqalələr

İBRƏT ALMALI

İbrət almalı ki, zaman insanların əfkarını nə tez dəyişdirir. Bir il içində nə böyük təbəddülat görünür. Keçən il Tiflisdə müsəlmanlar rus patriot firqəsinin vəkillərindən olan Hüseyn bəy Yadigarovla müəllim Baxşəli Məhərrəmbəyovu öz tərəflərindən vəkil intixab etdilər. Bu il isə 960 səsdən ancaq bir səs o cənablara çıxıb. Şəkk yox ki, o bircə səsi də salan yenə özləridir. Bir il ərzindəki təbəddülata baxınız ki, keçən ilki xuliqan vəkilləri bu il çüsəlmanlar “baykot” edib, onlar ilə danışmaq belə istəmiyorlar. Təəssüf ki, müsəlmanların bu ittifaqlarına müqabil Hüseynbəy Yadigarovla Baxşəlibəy Məhərrəmbəyov rus patriot dəstəsindən əl çəkməyib özlərini biabır və cümlə müsəlmanları töhmət altına salırlar. Bununla belə ibrət almalı ki, müsəlmanlar həqiqət nə tez oyanıb bir il ərzində bu qədər dəyişiblər.

“Təkamül”, № 8,11 fevral 1907