Məqalələr

RUS MƏTBUATI

“BÜROKRATİYA VƏ MÜSƏLMAN MƏKTƏBLƏRİ”

Bu ünvan təhtində “Tovariş” qəzetəsinin 178-ci nəmrəsində Dövlət dumasının həllinə verilmək üçün hökümət komisyonları tərəfindən tərtib verilən layihələr cümləsində öz misyonerliyi və ruslaşdırmaq politikasının ən namidar qəhrəmanı olduğu ilə məşhur olan məqtul*[1] İqnatyevin bürokratlarıtəsvir edəcək, fəqət müstəbidlərə, şeytan fikirli dövlət kişilərinə layiq bir layihəsi dərc edilmişdir ki, bu layihənin layiqi-etina və intibah yerlərini dərc edib bu xüsusda öz əfkarımızı bəyan ediyoruz.

“Tovariş” qəzetəsi öz məqaləsində bu layihəyə dair bəyani-əfkar edib deyir ki:

“... Layihənin müsəlman məktəblərinə dair yerində verilən “mülahizələr” qayət mübindir ki, burada ap-aşkara belə bir fikrə irad edilir:

“Hökümət heç bir vəchlə borclu deyil ki, müsəlmanların mərifəti yolunda çalışsın, zira müsəlmanlar vodka içməyib və bununla xəzinəyə hər ildə 70 milyon zərər verirlər”. Bu qismdən sonra qəzetə layihənin özündən iqtibas ediyor:

“Müsəlman cəmiyyətlərindən biri – Orenburq müftiliyi, qırğız qaysaqlar və qeyriləri deyirlər ki, müsəlman şkolaları və şəriət müəllimləri gərək müsəlman cəmaətinin ümumi bedehlərinin*[2] hesabına saxlansın. Qeyriləri diyor ki, müsəlmanların məktəblərinin özünə və onların heyətinə gərək hökümət xəzinəsindən və ya Zemski xəzinələrindən xərc edilsin. Bu xahiş, bu mülahizədən naşidir ki, müsəlmanlar da imperiyanın qeyri təbəələri kimi tövcü və bedeh verirlər və ona görə də padşahlıq xəzinəsi gərək lazım gələn miqdarı müsəlman cavanlarının tərbiyəsinə sərfi-vücuhat eləsin. Bu xüsusda müsəlmanlar səhvdədirlər ki, guya onlar da xristianlar qərarında xəzinəyə xərc verirlər.

“Müsəlmanlar öz şəriət qanunlarına mütabiətən piyanedici içkilər işlətmiyorlar ki, bunu da aşkardır ki, heç bir xristian onlara mənəvi bir nəqs hesab etməz. Lakin bununla belə burası var ki, bu təriqilə müsəlmanların sərvəti-ümumiləri hər ildə 70 milyon manat qərarında dövlətləşir, padşahlıq xəzinəsinə isə heç bir təfavüt eləmir ki, hansı vasitə ilə onun bedehciləri məbləği-məlumi xəzinəyə yetirirlər. Xəzinəyə fəqət öz daxilatına nisbətən xaricatını tətbiq etmək lazım gəlir.

“Hərgah öz mədaxilinin gələn yollarına diqqət yetirməyib xristian əhalisindən aldığı on milyonlarca pulları müsəlmanların ehtiyacatına xərcləsə, xəzinə çox böyük bir səhv eləmiş olur”. Bədə mülahizələrdə göstərilir ki, müsəlman məktəblərinə himayə eləmək bir də o babətdən yaramaz ki, müsəlmanlar “xristian dininə əks olan fikirlər nəşr ediyorlar”. Və bundan başqa da öylə fikirlər nəşr ediyorlar ki, “cümlə mərifətli dünyanın qəbul etdikləri əsasa müğayirdir”.

İqnatyevin bu mülahizatında böylə bir köməksizlikdən qurtarmaq üçün müsəlmanlara bir vəsilə təklif edilir ki, o da ruslaşmaqdır. “Bu xüsusə məzkur “mülahizatda” müəyyən imarə*[3] və işarələr vardır: “Xübdə xud*[4] məlumdur ki, məktəbləri rus dili ilə, yainki qarışıq olaraq rus-müsəlman, rus-başqırd, rus-qırğız və qeyriləri ilə ümummaarif proqramı dairəsində ki lazım ola hökümət amirləri tərəfindən tərtib tapmışdır ki, külli ixtiyarı var ki, hökümət tərəfindən saxlanılsın və bu barədə hökümət heç bir vaxt bu üsulda olan “məktəblərə təxsisat buraxmağa xəsasət*[5] etməyəcəkdir”.

Layihənin iqtibas olunan bu yerlərini dərc edəndən sonra qəzetə atidəki vəchilə öz məqaləsinə xatimə çəkiyor:

“Bu vəchlə müsəlmanlar özlərinə “haqq” almaq istiyorlarsa gərək şəriətlərini tapdasınlar və yainki mövcud olan ruslaşdırmaq əsası üzrə binalanan məktəblərə qənaət etsinlər. Və bu yol ilə bəlkə qarışıb içki içməyə adət etsinlər ki, dəxi xəzinəni dağıtmayıb hər il ona 70 milyon zərər vurmasınlar”.

İştə budur bürokratların tutduğu işlər! Budur onların xəzinəni saxlamaq yolunda gördükləri fədakarlıqlar! Budur müsəlmanlar sədaqəti əvəzinə verilən mükafatlar!

Rəsulzadə
“Təkamül”, № 8,11 fevral 1907

*[1] məqtul – qətl edilmiş

*[2] bedeh - vergi

*[3] ima - əlamət, işarə, sözatma

*[4] xud – həqiqətən, doğrudan da

*[5] xəsasət – xəsislik