Məqalələr

İQNATYEVİN LAYİHƏSİ

Həmişə bürokratların səyi və çalışdıqları buna olubdur ki, cəmaəti bacardıqca elm və mərifət nemətindən məhrum edib, onu qaranlıq və dəhşətdə saxlasınlar. Həmişə hökümətin ehtimami*[1] bu yolda olubdur ki, cəmaəti ya bilmərrə mərifətdən səlb*[2] eləsin, yainki, ona məcbur olaraq mərifət verməli olsa da, öylə eləsin ki, cəmaət aldığı mərifətdən mənfəətbərdar olamasın. Cəmaəti cəhalətdə saxlamaq, elm qapılarını onun üzünə bağlamaq və bu yol ilə onları haləti-ibtidaidə saxlayıb hər bir hiylə və vəsvəsədənaətkarasına alət etmək – həmişə hökümət kişilərinin qəsdi və fikri olmuşdur.

Cənab bürokratlara öz şeytənətlərini yeritmək üçün ən əvvəl görüləcək hiylə, qurulacaq tədbir budur! Zira elmsiz, biliksiz bir cəmaəti hər bir qism torlara salmaq mümkündür. Dünya və məfiadan xəbəri olmayan bir cəmaəti asan toplayıb biri-birinin üstünə salmaq olur. Cəmaət nə qədər mərifətsiz olursa, bir o qədər onu təzyi etmək asandır. El cəhalət zülmətinə nə qədər aludə isə, bir o qədər də xabi-qəflətə uyub nuri-mədəniyyət və tərəqqini görəməz.

Iştə hökümət özünün əsası olan bu qanuna həmə vaxt əməl edib, həmə vaxt bu fikrin nəşrində olmuşdur.

Rusiyanın kındlərində məktəb və mədrəcə əvəzinə keyfaxanələr açıb xəlqi piyanlıq etməyə təşviq edib qeyri xristian millətlərinin qabaqda gedənlərini aşkara bir qanun ilə, geridə qalanlarını misyonerlik üsulu üzrə açılmış məktəblərin proqramı bərəkətindən təhsili-elm və mərifətdən məhrum etmişdir.

Rusiyada sükna*[3] edib hər bir cəhətcə qeyri xristian əhalisinə nisbətən bir dərəcədə xərc və tövcü verən millətləri, o cümlədən müsəlmanları xristianlar üçün açılan şkollardan məmnu*[4] etmişdir. Yəhudilərin zəkavət və huşyarlıqlarının qarşısına bir sədd olaraq prosent qaydasını məktəblərə daxil edib müsəlmanlara da bəzi “mülahizatdan” naşi rus-müsəlman, rus-qırğız, rus-qaysaq və bu kimi məktəblərdən başqa cəmaətin özü istədiyi üsul üzrə məktəb açmağa izn vermiyor.

Bu “mülahizələr” bir çox zaman örtülü idi. Həmin bu “mülahizələr”in nəticəsi olaraq hər bir mədəni hərəkətlər ki, müsəlmanlar arasında görünüyordu, bir günahi-kəbirə hesab edilib həmişə böylə işlərə dair müsəlmanlar tərəfindən verilən ərizələr göy mahutlar altında yatır idi.

Qafqaz müsəlmanlarının bu axır illərdə cünbuşa gələn mədəniyyətlərinin tarixinə baxılırsa həmin “mülahizələr”dən bir çox qəzetə, məktəb, qiraətxana, məclisi-öeyriyyə və qeyri təsisati-mədəniyyə ərizələrinin 17 oktyabr gürültusuna qədər mahutlar altında gizlənməsi əvvəl nəzərdə, oktyabrdan sonra isə ikinci, üçüncü baxışda görülüb ərzi-vücüd ediyor.

Bu “mülahizələr” Rusiyada sakin olan qeyri millətləri ruslaşdırmaq yolunda çalışan bürokratların ən mücahidi olub, bu yavuq zamanda bir nəfər sosialist tərəfindən öldürülən qraf İqnatyevin  Dövlət Dumasına verilmək üçün hazırladığı layihədən anlaşılıb, bürokratların nə cürə vücüd olmalarında dəxi şəkk və şübhə qoymamışdır.

Bu layihədə müsəlmanları böylə bir hüquqsuz halda saxlamaq üçün onların boynuna iki qism təqsir yüklənmişdir. Bunların əvvəlincisi müsəlmanların vodka içməyib, bununla xəzinəyə hər ildə 70 milyon zərər verməkləri, ikincisi isə “xristianlara əleyhən bir fikrə aludə” olmalarıdır!

Iqnatyev öz layihəsində “xəzinəyə nə yol ilə cəmaətin səadətiləmi və ya nükbətiləmi pul gəlməsi çox da əhəmiyyətli işlərdən biri deyil. Hökümətə fəqət “xəzinəyə nə yol ilə pul gəlir və xəzinədə ona nisbətən, o tövr xərcləyir”i nəzərə almaq lazımdır – deyir.

İqnatyev ürəyində tutduğu fikrini öz dili ilə alaraq belə bəyan edir. Bu bəyan nə qədər bürokratlara layiq bir bəyan və təsəvvür olsa da onu insan dilinə tərcümə elədikdə ondan başqa bir mənada çıxır ki, o da piyanskə-millətə elm versən də bir o qədər qorxulu deyil, lakin içki olmayan bir cəmaətin gözünü açıb onun əqlini öşıqlandırmaq hökümət üçün, özbaşına hökm sürən bürokratlar üçün böyük bir ədu*[5], böyük bir həlakətdir. Ona görə də lazımdır ki, böylə bir millətə rlm verməkdən əvvəl piyanskəliyə təşviq etmək ki, o da hazırdakı misyoner şkolalarının vücudu ilə müyəssərdir.

O ki qaldı müsəlmanların xristianlar əleyhinə nəşri-əfkar etmələri, o da bizim bəzi “rəislərimizin” müsəlman milləti başdan ayağa hökümətpərəstdir – dedikləri kimi bir təsəvvürü səfihanədən başqa bir şey deyildir.

Indi qoy bizim ərizəçilərimiz bilsinlər ki, yalvarmaq, yaxarmaq, kağızları qaralayıb dibanxanələri gəzmək ilə bizim dərdimizə (çarə olmaz), tanha bir çarə varsa o da əleyhidar olmaq inqilaba təvəssül etməkdədir.

Görünür ki, İqnatyevin böylə bir layihə düzəltməsində hökümət firqələrinin fəthinə inanıb, ikinci Dumanın sağ olmasına arxalanıbmış. İndiki intixabları görəcək olurdusa yəqin ki, bu layihəyi də qeyri ərizələr kimi mahud altına qoymuşdu.

Qareini-giram*[6]- xahiş edərlərsə həmin nömrəmizdə “Mətbuat” qismində bu layihənin əslindən iqtibas edilən yerlərini oxuyarlar.

Rəsulzadə
“Təkamül”, № 8, 11 fevral 1907

*[1] ehtimamı - qayğısı

*[2] səlb-zorla - əlindən alma, qarət etmə

*[3] sükna – sakin olma

*[4] məmnu – qadağan olunmuş

*[5] ədu – düşmən

*[6] qareini-giram – hörmətli oxucular