Məqalələr

RUS MƏTBUATI

Necə ki, məlumdurr, Bakı seçkilərində üç firqə meydani-mücahidəyə girib, çalışmada idi ki, bu övzada Bakıdan qaragüruhçu keçməsindən qorxlunub bəzi məclislərdə ictimaiyyun-amiyyunlar ilə “Yer və ixtiyar” ittifaqının birləşməsindən müzakirələr edildi və “Bakinski dosuq”un səhifələrində bu barədə ictimaiyyun-amiyyun fəhlə firqəsinin ümumi şəhər ictimainin qətinə rəğmən əfkar sorulub bir nəfər “Vl.Ş.” tərəfindən “firqəsiz müsəlman bloku” qaragüruhçu dərəcəsinə endirilərək, buna qarşı durmadan ötrü bu qətnamə tənqid edilib ictimaiyyun-amiyyunlar “Yer və ixtiyarlar” ilə əlaqə bağlamağa çağrılır idilər. Vaxtında biz də bu barədə öz mülahizatımızı bəyan edib “Vl.Ş.”nın səhvlərini göstərmiş idik. İndi isə yenə haman “Bakinski dosuq”un 6-cı nömrəsində erməni ictimaiyyun-amiyyun “M.Robert” tərəfindən “Vl.Ş.”ya etiraz olaraq dərcolunan bir məqalənin “daşnaksutyun”a dair yerlərini dərc eləmək ilə qareinə göstərmək istiyoruz ki, ictimaiyyun-amiyyun üçün milliyyət flan yoxdur. Fəqət məzlumların haqqını himayə etmək, həqiqəti açıb, aləmə bildirmək vardır.

Biz bu vaxta kimi daşnaksutyuna qəddar bir milliyyətçiyə baxan kimi baxıb, onun irtica (reaksiya) nəfinə işlədiyini dəfaat ilə yazmışıq, dəni millətçilik sayəsində öz insaf və insaniyyətlərini itirən daşnaksakanlara biz heç bir vaxt inqilabçı  deməməyimizlə bərabər onlardan geri qalmayan müsəlman millətçilərini də ermənilər arasında millətçilikdən ari olmaq mənası ilə “sosialist” yoxdur – demələrini rədd və təkzib etmişiz. Işti bu dəfə də artıq olaraq yoldaş “M.Robert”in yazdığı məqalədə görülən daşnaksutyunun vəhşikaranə işlərini ənzari*[1] ümumə qoyuruz:

“M.Robert” deyir:

“... üçüncü çastın seçkilərinin ədədi ki, “Vl.Ş.”nın məqaləsində göstərilibdir, deyir ki, ictimaiyyun-amiyyun tərəfindən rədd edilən ittifaq odur ki, öz məqsədinə çatsın, əgərçi özgə firqələr ilə bərabər bu ittifaqa (bloka) “daşnaksutyun”da girmiş olaydı. Doğrudur “daşnaksutyun” özü-özlüyündə seçkilərdə meydana çıxmıyor. Lakin axırıncı moda ilə özünə tikdirmiş, əyninə lax gələn “Yer ixtiyar” cübbəsi bu xüsusi hərgiz dəyişdirmiyor. Buna görə də Bakı ictimaiyyun-amiyyunları qabağında belə bir məsələ durur ki, “daşnaksutyun” ilə istər aşkar, istər maskada olsun əlaqəyə girmək olar ya olmaz? Bu məsələyə isə, mənim nəzərimcə bircə cavab var: Yox, yox və yox! Bakıda “daşnaksutyun” ilə ittifaq bağlamaq cümlə seçki heyətinə milli bir surət verməyi göstərər idi. Böylə bir hərəkət göstərirdi ki, ictimaiyyun-amiyyunlar ermənilər tərəfinə durub, müsəlmanların aleyhinə işləyir. İctimaiyyun-amiyyun belə bir iş eləyə bilməz və ona görə də eləmədi.

Bu qətnamədə hamıdan artıq həqdar olan və hamıdan yaxşı işinnə yerinə olduğunu bilən erməni ictimaiyyun-amiyyun firqəsi çalışdı ki, bu məsələ düz həll edilsin.

Odur ki, “Vl.Ş.” bizdən xəbər alsın: bizim boylə bir dərəcədə ciddi surətdə daşnaksutyunlar ilə ittifaqa girməmək barəsində məğlub olmağı da qəbul edərək çalışmamıza nə bir dəlilimiz, nə bir əsasımız vardır.

“Daşnaksutyun” firqəsinin cümlə o “ittihadi-əraminə”, panermənizm dairəsində gördüyü işlərinə aşna olaq ki, onlardan bu firqə həmişə təbərra ediyor idi. Lakin bu axır zamanda bilkülliyyə*[2] işarə olunub daşnaksakan mətbuatı ilə də qəbul edilmişdir. Fəqət bir-iki nömrə bu “firqə”nin rəsmi qəzetəsi olan “Droşak”i ki Cenevrədə çıxır, oxuyun görün bir müsəlman kəndlərinə edilən hücumlar necə sevincək tərzdə yazılır. Yazıq müsəlman kəndçilərinin evlərini yandırmaq droşakistlər tərəfindən necə qəhrəmanlıq hesab edilir. Öz əfkarımı təsvir etməkdən ötrü bü qəzetədən bir neçə sətr iqtibas ediyoram. Baxınız “Droşak”ın 9-cu nömrəsində 2-ci Şuşa müqatiləsi barəsində nə oxuyuruz:

“Avqustun 16-da gecə qoşun və kazakların tərəfindən iki nəfər vəkil gedir Goloşşapovun yanına və ona təklif ediyorlar ki, müsəlmanlara hücum etməyə izn versin. General bir təhər ilə onları sakit edir. Lakin qoşun yenə də gümanlanır ki, gecə saat dörddə müsəlmanlar üçün hazırlanan hücuma kömək eləsin. Saat 4 olur. Hər yerdə bizim qoşunun (daşnaksutyunun) top və ya bomba işarəsini gözləyirlər ki, hücumu başlasınlar. Amma məlum olur ki, qoşunlar öz qərarlarına müxalifət ediblər. Yenidən öz gücümüzə ümid bağlamağı qət ediyorduq”.

Həmin bu xəbərin qeyri yerində deyilir: (“Droşak” nömrə 9 səhifədə 135) bu qism dəstələrimiz (mətləb həriqçilər*[3] - yandıranlar barəsindədir) hər bir məhəllələrdə var idi. O dəstələr qeyri təmənnüd və cəri*[4] - cavanlardan mütəşəkkil idilər ki, dolu kimi yağan güllələrin altında “düşmənin” səngərlərini odlayırdılar”. Bədə deyilir: “müsəlman hissəsində bir çox evlər yanmışdır (200-ə kimi ən fəqir və kasıb evlər yandırılmışdır ki, bu evlərin sahibləri başların götürüb qaçmış idilər. M.Robert). Yanğının meydan almasına neftin suya qarığıq olması mane oldu. Yanğı qabağında heç bir külək əsəri yox idi ki, bu da bir evi neçə dəfə yandırmağa məcbur ediyordu. Bu gecədə yanğınçılar dəstəsi çox böyük işlər görmüşdülər”.

Bunu da demək lazımdır ki, bu məqalənin ünvanı altında “firqəmiz mənbələrindən” sözü yazılmışdır ki, bu da mətləbin iğraq*[5] olmamasına aşkarca bir bürhandır.

Şuşada “düşmənlər”in üstünə qoşun ilə bərabər şəbxünə*[6] hazırlamaq “haman firqə yanğıcı dəstələrinin” işləri – budur bir az bundan irəli görülən işlərin surəti. Mənə derlər bəzi mülahizata görə ki, bu barədə artıq olaraq bir də danışmaq lazım deyil idi. Lakin mənim nəzərimcə şeyləri onların öz adları ilə çağırmaqdan heç vaxt qorxmamalıdır. Mərəzin əsil illətini tapıb, onu göstərmək azarı sağaltmaq üçün ümdə vəsilədir.

O böyük dastan və mətalibdən biz ancaq bir balaca hissəsini dedik. Gələcək üçün mütərrix*[7] bu dairədə çox şeylər yazacaqdır. Biz göstərdiyimiz həqiqətlər bəsdir ki, olardan bizim yoldaşlarımız bilsinlər ki, onlar daşnaksutyun ilə müttəfiq olduqda kim ilə yoldaş olasıdırlar. Mən burada müsəlmanlar tərəfindən görülən işləri demədim. Zira bu barədə də çox yazılıbdır. Burada mən bunu fəqət göstərirəm ki, erməni-müsəlman müqatileyi-qəbihanəsi də yalxu müsəlman millətçiləri deyil, erməni millətçiləri də dərəceyi-əlada qəbahətlidir.

“Daşnaksutyun” sözü müsəlman külliyyəti üçün dava rükni*[8] olmuşdur. Və onlarda öz məişətlərinə bir müsəlman “daşnaksutyunu” çağırmışlar.

Bizlərə bu, yainki o biri daşnaksutyun ilə, daha artıq birinə qoşulub o birinin əksinə getmək yaramaz. Biz gərək onlar ilə kəmali-ciddiyyət ilə müqabilə edək. Hər iki millətin aqilanə təsəvvür ilə gözlənən mənafei bunu təqdir ediyor ki, cümlə cəmaətdə biz ilə bərabər bu və ya o biri “daşnaksutyun” rəfinə çalışaq. Istər erməni daşnaksutyunu ola, istər müsəlman.

Iştə bu nöqteyi-nəzərdən ictimaiyyun-amiyyun daşnaksutyun ilə, istər öz baydağı altında olsun, istər ariyə edilmiş bir baydaq götürmüş olsun, əlaqəyə girə bilmədi. Bu əlaqə və ittifaq müsəlmanlara ziddiyyət göstərən bir surətə düşüb, müsəlman cəmaətinin cümlə ünsürlərini milliyyət baydağı təhtinə yığardı. Bu yol ilə biz bilaixtiyar hənuz bir azca sakit olmuş dar millətçiliyə tərəqqi verdirib müsəlmanlar arasında yeni zahir olan beynəlmiləllik afkarına mümaniət edərdiz”.

İştə bir ləhzə mülahizə edilsin: budur ictimaiyyun-amiyyunların ittifaqi-beynəlmiləli saxlamaq üçün gördükləri ehtiyatkarlıq, göstərdikləri fədakarlıqlar. Nə qədər ki, cümlə millətçilərin külliyyəti, füqəra qismi bu müqəddəs olan əfkar və hissiyyat ilə tərbiyələnməmişlər, keçmiş illərdəki kimi ürək dağlayan vəqəələrə şahid olmamağımız təmin edilməz.

Indi hər iki millətin mücahidlərinə lazım gələn odur ki, cəngiku olan millətçiliyi bacardıqca məğlub edib ümuminsaniyyət və bəşəriyyət amalı və əfkarını cəmaət arasında ovsaf və sadə, hər bir hiylə və fitnədən mübərra olan cəmaət arasında məhkəmləşdirsinlər. Boylə bir mədəni zəhmət müsəlman və erməni cəmaətinin cümlə yaxşı hissəsinin, ümumən ictimaiyyun-amiyyunlarının isə xüsusən öhdələrinə vabəstədir. Haydı qardaşlar, bu yolda bir dəqiqə, bir anı təəmmül etməyib milliyyət ədavətini qalxızan daşnaksutyunların kökünü qazımaqda sabit qədəm olunuz!

“Təkamül”, № 7, 3 fevral 1907

*[1] ənzar – nəzər

*[2] bilkülliyyə - bütövlükdə

*[3] həriq - yanğın

*[4] cəri – cürətli

*[5] iğraq – mübaliğə

*[6] şəbxünə - gecə basqını

*[7] mütərrix - tarixçi

*[8] rüknü – rəmzi