Məqalələr

CAVABA-CAVAB

“Tərcüman” qəzetəsi, “Təkamül”ə cavab olaraq Baxçasarayda xuliqan müsəlmanların olması əsilsizdir – diyor və buna binaən “Təkamül”ün xətirini incitmək istəməyib, özünün nə iştirakiyyun tərəfdarı, nə də millətçilik dairəsindən xaric fəhlə tərəfdarı olmadığını bildirərək ümumi hürriyyətpərəst olduğunu mühəfizəyə qalxışıyor. Hürriyyətpərəstləri biz qəlbən seviriz – diyuor. Lakin biz bir dəqiqəliyə tutalım ki, “Tərcüman” hürriyyətpərəstidir. Qoy belə olsun. Onda bəs “Tərcüman”ın müdiri İsmayıl bəy cənablarının müsəlmanlar ittifaqı-mərkəziyyəsindəsöylədiyi “Ülfət”in qırx doqquzuncu nömrəsində dərc olunan bu nitqinə nə ad qoyalım?

“İsmayıl Mirzə Qaspirinski: proqramda avtonomiya var isə, bəzi məhkəmələrdə müsəlman lisanında hökm olsun demək var isə, mən ittifaqdan çıxaram. Lisana o qədər hüququ mən etibar etməzəm, səksən milyon qorxmaq lazım”.

Budur, hürriyyətpərəst cənabın nitqi-əhararanə və təsəvvüri-tərəqqipərvəranəsi, budur qoca ədibin, 14-cü əsr mühərririnin məişəti tanıyıb bilməsi, budur “Tərcüman”ın siyasi əqidəsi. Nəhayət, budur onun həmişə qışqırdığı və bu kərə də işarə etdiyi millətçiliyi.

“Tərcüman” Baxçasarayda xuliqanların olmasını, “Təkamül”də oxuyub rədd ediyor. Lakin bu raddiyəni indi, dəri məsələsi araya gələndən sonra deyil rus qəzetləri yazanda çap eləməli idi. “Millətçilik” iddiasına düşüb də, millətin hüququnu vaxtında müdafiə, ona vurulan ləkələri mövqeində rəf etməli idi.

“Təkamül”, № 5, 20 yanvar 1907