Məqalələr

BAKI, 20 YANVAR

Hər yanda seçkilərə şüuru edilib intixabçılar seçilmədədir. Hökümətin son hiylə və dosyesinə əhalinin seçki haqqını senat bəyannaməsinin qayçısı ilə kəsib ümumən tərəqqipərvərləri, xüsusən sol firqələri müşkül bir halda qoymasına baxmayıb cəmaət yenə də öz əfkarını, öz amalını, amali-hürriyyətpərvəranə və inqilabcuyanəsini əldən vermiyor. Və bu məqsədinə çatmaq üçün canı-dildən əlləşib Dumaya öz vəkillərini göndərməklə hökümətə bildirmək istiyor ki, hələ inqilab odu sinələrdə atəşəfruz olub sönməyə üz tutmamışdır. Bəlkə bir az da artıq olaraq irtica (reaksiya)nın şiddətlənməsi inqilabın tiliyin oduna bir külək misalı olub, odu daha da yanmağa, şölələnməyə səbəb olmuşdur.

Iştə hər tərəfdə icra edilən seçkilərin bir çox hürriyyətpərəst və zidd hökümətlərdən verdiyi seçkiçilər bu mətləbə bir aşkar dəlildir. Hətta qonşumuz olan Krasnovodska heç kəs gözləmədiyi bir halda, dörd nəfər hürriyyətpərvər həqiqi ictimaiyyun-amiyyunların və iki nəfər də sürfəcu daşnaksutyun hürriyyətçilərin seçkiçi keçmələri oradan gedən vəkilin ictimaiyyun-amiyyun olmasını təmin ediyor.

Bakıda da bir neçə gündən sonra seçkilər olacaq. Bu seçkidə Bakı əhli göstərməlidirlər ki, onların da hayəti-inqilabcuyanə və tərəqqipərvəranələri sönməyib, höküməti-istibdadiyyə qarşı cihad etməyə müstəiddirlər. Bakı seçkilərində keçəndə işarə etdiyimiz kimi üç firqə meydanıir olacaqdır: “Yer və ixtiyar” bloku, ictimaiyyun-amiyyunlar və firqəsiz müsəlman bloku...

“Yer və ixtiyar” bloku ancaq seçkilər qabağınca meydana çıxan bir heyət olub, keçmişi məchul olan bir üzviyyətdir. Bəzi özlərini ictimaiyyun-amiyyun adlandıranlar şəhərimizdə nəşr olunan “Bakinski dosuq” ruzinaməsində bunu sübut etməyə çalışırlar ki, “Yer və ixtiyar” heyəti hər halda amiyyun bir firqə olub zidd hökümət və istibdaddır. Müsəlman bloku isə firqəsiz adlansa da sağlardan olmasına şübhə yoxdur. Çünki bəzi müsəlman sərkarlarının təhti-idarəsində olub bətalətə giriftar olan bir cəmaətə nə hökm etsələr də olacaqdır. Bu da məlumdur ki, məzkur sərkarlar hökümətə zidd olmayıb, onun yoldaşı və müttəfiqidirlər. Və bu əsasən istinadən Bakıda “sağ” qorxusu var deyə “Yer və ixtiyar” kimi “sollarla” mərvadəyə girməyi təklif edib özünü öldürür ki, bu qövl feliyyətə keçsin. Lakin zahir-pərəst olan bu mühərrir “Yer və ixtiyar” maskası altında “daşnaksutyun” sinyorlarının gizləndiyini görmüyor. O biri tərəfdən də deyə biləriz ki, müsəlman blokunu “sağ”lardan hesab edib onu 17 oktyabr və “çenrus” firqələri bərabərində qoymaq da böyük bir səhvdir. Çünki həmin blokun bildir göndərdiyi vəkili Vıborq bəyannaməsinə imza qoymaqdan çəkinmədi. Halonki, bildir Bakıda əvvəla indiki kimi müsəlmanlar arasında hissiyyat oyanmamışdı və saniyən “Yakor”çülar da çalışıb vuruşurdular ki, öz adamlarını yollasınlar. Lakin mümkün olmadı, Bakı vəkili də “inqilabçı” çıxdı.

Bu mülahizələrdən “Bakinski dosuq”un heç bir ixtiyar və sənədi yoxdur ki, müsəlman blokunu “sağ” adlandırıb cürətini artıraraq tamam müsəlmanlara “xuliqan demək dərəcəsinə də gəlsin.

Bu mülahizələrdən vahimə edilməməlidir və buna görə də ictimaiyyun-amiyyunların mərkəzi nöqtələri qət edən kimi ayrı dolanıb məchul-əlhal firqələrlə müqaviləyə girməklə özlərini ləkədar etməməlidir.

Mövsuq mənbələrdən bildiyimizə görə Bakıdan qaragüruhcu keçməyəcək və bu cəhətdən də ictimaiyyun-amiyyun fəhlə firqəsinə müstəqil iş görüb heç bir tərəf ilə müqavilə bağlamaması əfsəl və əlzəmdir, zənn ediyoruz. Müstəqilən çalışmalıdır ki, ictimaiyyun-amiyyun keçsin. Yox, bu mümkün olmaz isə “Yer və ixtiyar” ilə müsəlman blokunun arasında heç bir təfafüt yoxdur!

Təfavüt yoxdur, deyiriz. Zira, həqiqətən millətçi olub üzünü dürlü-dürlü maskalar ilə örtən bir millətçinin, aşkara millətçilik edən ilə heç bir təfavüqü olmasın gərək.

Məhəmməd Əmin
“Təkamül”, № 5, 20 yanvar 1907