Məqalələr

HƏR YANDAN

A kişi dünyanın lap axırına düşdük. Hər ötən, hər yetən bir qəzetə çıxardıb adını mühərrir qoymuş... Heyf sənə keçən günlər, heyf sənə yazıq hökümət, mağıl sənin bərəkətindən meydanı təkliyib, pul qırırdıq. Indi uşaq əlində qalmışıq. əgər durub sən də olar kimi “loğya”, “moğya”lardan yazasan, onda cibinə mənfəətdir, nə də ki “qospodinin” xoşuna gəlməz...

Pəs nə olsun, nə edək – özümüzü göstərək? Yaxşısı budur ki, götürüb bir şeyi yazım ki, biz də “loğya”lardan çox bilirik, amma müsəlmanlar 14-cü əsrdə olduqlarından bu sözləri onlara demək yaramaz, qulaqlarının pərdəsi deşilər. Bir qədər təəmmüldən sonra – yaxşı mən tək özümü desəm ki, bu “loğya”ları bilirəm, bəlkə “etikeçni” olmadı. Ona görə də lazımdır ki, hürriyyətdən qabaq mövcud olan millətpərəst mühərrirlərin adlarını sadalayım: Rəşid, Hadi, Əlimərdanbəy, Əhmədbəy... bular hamısı bu tazə çıxan mühərrirlərin loğyalarından çox bilirlər. Lakin demək istəmiyorlar, çünki “Tərcüman” müsəlmanların təqvimini varaqlayıb, onları 20-ci əsrdən 14-cü əsrə atmışdır.

“Tərcüman” zəmanəni 14-cü əsr etməyə nə qədər çalışsa da onun acığına zəmanəmiz hələ 20-ci olur və onu lap acıqlandırmaqdan ötrü 21-ci qərinəyə sarı sürünür. Budur İran vəkuillərini İsmayılbəy görsəydi, görüb də onlar ilə bir qədər söhbət etsəydi, yəqin ki, 20-ci əsr olmasına şəkk yetirməzdi.

Şəkk yetirməzdi deyirəm, amma heç inanmaq istəmirəm. Çünki məlum olduğu üzrə Mirzə cənabları çox mərd adamdırlar, kişidirlər. Kiçinin də ki, sözü bir olur.. Bu babətdən olaraq gərək bundan məyus olaq...

Məyus dedim yadıma yenə də “Tərcüman” düşdü. “Tərcüman” götürüb “Təkamül”ə bir cavab yazmış. Cavabında özünü bizə tərəqqixah tanıtdırmaq istiyor. Mən buna inanırdım, hərgah “Soxə” (“Ülfət”()nin 49-cu nəmrəsi olmasaydı.

Marzadə
“Təkamül”, № 4, 11 yanvar 1907