Məqalələr

BAKI, 10 DEKABR*

Seçkilər yaxındadır! Budur neçə gündən sonra hər bir ixtiyar sahibi olan vətəndaş seşki qutusuna yavuqlaşıb vətənin səadətini təmin edəcəkdir. Yəni bu qutuya bir taqım vəkillərin adı yazılmış olaraq kağız salacaqdır ki, o vəkillər ya köhnə idarə tərəfdarı olub, voyenni polevoy sud, cəza və cəfa üsuluna qədəm etməyə çalışacaqdır. Yainki hürriyyətpərəst bir kimsəni qərarlayıb elpərəstliyini göstərərək, məmləkəti həqiqi bir vəsilə ilə anarxiya halından qurtarmağı və bürokratların cəngəli-qəddarənələrini sındırıb amali-müfsədətkaranələrini puç edəcəkdir...

Keçən nğmrələrimizdə və fövqdəki ibarəmizdə ümumi olaraq cəmi Rusiyaya dair izahat verib, təkcə iki firqə, iki ümdə firqədən bəhs edirdik. İndi isə Bakıya dair öndə meydana çıxacaq firqə və heyətlərə məxsus bir neçə söz deməyi lazım gördük.

Bakıda seçki səhnəsinə çıxan bir neçə firqə vardır. Onlardan əvvəlincisi ki, onun qüvvəsi burada çox az və nəhayət dərəcədə binüfuzdur – köhnə idarənin tamam mənası ilə belə qalması tərəfdarı olan “həqiqi rus” firqəsidir. Bu firqənin amal və əfkarını bir-iki söz ilə etmək olar: “Rusiya ruslarındır, Qafqaz da ruslarındır”, “sağ olsun pravoslaviya, paymal olsun özgələr”. İkincisi – daşnaksutyun, ictimaiyyun-inqilabiyyun və kadetlərin blokudur. Bunları da tanımaq üçün gümanımızca tək daşnaksutyun adı kafidir. O daşnaksutyun ki, zəmanənin istəyi və mənafeini göstərdiyi yol ilə gündə bir rəngə düşüb, saatda yol ittixaz ediyor. Üçüncüsü çüsəlman blokudur ki, bildirki seçkilərdə kəmali-fəaliyyət ilə iş görüb, bir çox cəmaət etirazlarına rəğmən öz sevdiyi vəkilini üç-dörd adam xatirəsinə olsa da göndərməyə çalışdı. Bu blokun qəsdi və amalı fəqət bir-iki nəfərin istək və xahişindən ibarət olduğundan, onun nə yolda iş görəcəyini hər kəs bilsə gərəkdir. Dördüncüsü, ictimaiyyun-amiyyun firqəsidir ki, bu firqə həmişə cəmaət və onun səadəti yolunda əlləşib, həmişə onun mənafeyinin mühafizəsi və onun qaravolçusu olub, müdam səy və təlaş edir və edəcəkdir ki, inqilab öz məqasid və amali-insaniyyətkaranəsini ələ gətirməkdə müvəffəq olub zülm və cəbri bilmərrə yer üzündən götürüb füqəra və məzlumu hökümətin və qeyri ərbabi-təəddi və istibdadın dəsti-cəbranəsindən qurtarsın. Bu firqəyi-ammə cəmaətindir. Bu firqə-hüquqsuzların, məzlum və məfluqların firqəsidir. Bu firqənin amal və əfkarı fəqət füqərayi-kasibənin əmniyyətini təmin edib, ümum insanları nəzərində bir tutub, bilafərq millət, məzhəb, arvad və kişilərin hər bir hüquq və ixtiyarda müsavi olmalarıdır. Bu firqə beynəlmiləldir. Bunun üçün milliyyət flan yoxdur. Bunun nəzərində əhəmiyyət qazanan fəqət sinifdir. Biri-biri ilə zidd olan iki sinfin ki, oları heç rabitə müttəhid edə bilməz. Birinə ki, həmi siyasi, həmi iqtisadi əhvalca o birisinin təhti-təzyiq və əsarətindədir, bu firqə havadar olub, onun xadimi, onun hamisidir. Xülasə, bu firqə cümlə məzlumların, hüquqsuzların, yəni əvam cəmaətin köməkçisi, onun rahdarıdır.

Biz müsəlmanların hüquqsuz və ixtiyarsız olub, çoxumuzun fəqir-füqəra sinfinə mənsub olmamızı heç kəs dana bilməz. Bizim il-müdam qışqırdığımız, haman deyilmi ki, bizə zülm edirlər, hüququmuzu qəsb edirlər... məgər bizlər onlar degilsiz ki, bu vaxta kimi zülm və təəddi altında, hüquq və ixtiyarsız bir halda qaldığımızdan bugünkü əsfəl dərəcədə qalıb mədəniyyət işığına həsrətik. əsl həqiqətinə baxsaq, biz müsəlmanlar ümumən bir məzlumlarıq. İctimaiyyun-amiyyunda məzlumlar firqəsidir. Pəs kəmali-cürətilə demək olar ki, ictimaiyyun-amiyyun müsəlman firqəsidir. Bəli, müsəlmanlara, müsəlman füqəra və məzlumlarına, o ixtiyarsız və hüquqsuz füqəralara bir firqəyə mülhəq olmaq, bir heyətə mənsub olmaq münasib və məramə yavuq isə də o da ictimaiyyun-amiyyun firqəsidir.

Bu izahat və bəyanatdan sonra, Dövlət dümasının nə dərəcədə əhəmiyyətli olduğunu və ölkənin gələcəyini ona edilən seçkilərin nəticəsinə bağlı olduğunu mülahizə edərək, ümum seçkilərə, xüsusən müsəlman seçkilərinə xitabən deyiriz:

Vətəndaşlar! Budur Bakıda öz vəkillərini keçirməyə çalışan firqələr! İxtiyar sizindir. Seçin oları ki, oların məramnaməsini xoşlayıb, öz xeyrinizi, yəni ümumin xeyrini, onu da bilirsiniz! Çıxarın yadınızdan həmişə adət etdiyimiz qərəzi-şəxsiyyəti, vəkil seçək, fəqət millət naminə, cəmaət xatirəsinə olaraq seçək! Haydı vətəndaşlar, bu yolda himmət edin!!

Millət yolunda baş və canından keçən, hüquq və həqqaniyyətə özünü qurban verməyə müstəid olanları seçin! Seçin böylələrini və bunun ilə göstərin ki, siz müsəlmanlar da Stolıpin idarəsinin “sakit” edici politikasından bezarsınız! Göstərin ki, hürriyyət şəminə aşiq olan pərvanəni heç bir zülm və istibdad şöləsi vəsli-didara yetişmədən saxlayamaz!

Rəsulzadə
“Təkamül”, № 4, 11 yanvar 1907

* qəzetdə 1- yanvar əvəzinə səhvən 10 dekabr getmişdir. – Ş.H.