Məqalələr

İSLAM MƏTBUATI

Elə bir gün yoxdur ki, zülm və istibdad altında qalmış vətənimizdə bir qəzetə və ya bir jurnal bağlanmasın. Bunlara ümdə səbəb ya idareyi-ürfiyyeyi-əsgəriyyə (voyennoye polojeniye)lərdir ki, həqqaniyyəti izhar edici mətbuata nəfəs vermiyorlar. Və yaxud həqqaniyyəti icra etmək niyyətində olan mücahidlərin bacardıqları dərəcə özlərinin tavanası olmayıb müştərilər tərəfindən kömək və ianə görmədikləridir.

Mətbuatımızın belə bir böhrani-əzimdə qalmasını və ələlxüsus islam mətbuatında himmətsizlikdən yeni mücahidlər qəzetələrinin bağlanmasını görüb Uralsk şəhərində “Əl əsrül-cədid” və “Fikir” qəzetələrinin naşiri və ilk qədəm qoyan aylıq “Əl əsrül-cədid” jurnalında möhtərəm rəfiqlərimizdən bu niyyəti-xalisən naşirlərinə xitabən böylə yazıyor: “Gələcəkdə ixtiyarsız qəzetələri toxtayan mühərriri K.M.Töhfətülleyn cənabları ikinciyəni rica ediriz: toxtamağa qərar veriləndən sonra vaxtı qurtarmayan müştərilərin adreslərini “Fikir” idarəsinə göndərsinlər. Biz bunun bədəlinə*[1] heç bir şey almayaraq möhtərəm müştərilərəvaxtları qurtarana qədər “Fikir” qəzetəsini göndəririk. Çünki “Əl əsrül-cədid” və “Fikir” idarələri üçün heyəti-idarə tərəfindən yüz min manat nəqd təxsis və təyin edildi. Millət yoluna sədəqə hesab olunan bu yüz min manat ilə çox işlər görə biləcəyimizə etiqad qoymaqdayız. Binaən ileyh bu gündən etibarən biçarə millətimizə ikinci təriq ilə xidmət etməyə şüru edəcəyimizi ümud ediriz!

Bizim “Əl əsrül-cədid” jurnalını nəşr etməkdən məqsədimiz mal cəhətincə faidə qazanmaq deyildir. Yox, bizim başlıca məqsədimiz millətimizin inqirazdan*[2] qurtarmaq yolunda behəqq sosialist-demokrat (ictimaiyyun-amiyyun) məslkində olaraq tam hürriyyət qazanmağa xidmət etməkdir. Daloy (rədd olsun) bürokrat pravakatorları! Daloy insanlara zərərli adamlar! Hüruyyət hamı üçün olsun! Millət, nəsil və nəsib ayrılmayınca – müsəlmanlara, ruslara, yəhudilərə və başqa millətlərə; kişilərə, övrətlərə və hamısına haqlar verilsin, hamısı üçün bir qanun olsun, iştə bizim məsləkimiz budur”.

Jurnalın axırında möhtərəm mühərrir “Ərbabi-qələmə müraciət” sərlövhəsi ilə ümum mühərrirlərə xitabən böylə fəryad ediyor. “Ey mühərririni-giram, yədullahi ələl-cəmaəti kəlami-şərifi məlumunuzdur, bir yerə cəm olalım, bir can, bir tən olub iş görməyə başlayalım. Gəliniz cümləmiz bir olub, bir məslək ilə xidmət edəlim”.

Möhtərəm rəfiqimizin ikinci illik davamını təbrik edərək cənabi rəbül aləmindən beləcə bir müqəddəs məsləkdə ilələbəd davamını istirham edəriz.

Yaşa mühərrir Əfəndi, Yaşa!

“Ari şotori-məst kəşəd bari gerənra!”*[3]. Bizlərə isə ar olsun ki, həqqaniyyət yolunda pul vermədiyimiz, kömək etmədiyimiz bəs deyil isə, bir neçə manat verib qəzetlərə abunə dəxi olmayırız!.. Vay olsun bizim hümmət və qeyrətimizə... Fətəbiru ya ulul-əbsari”*[4].

“Təkamül”, № 3, 30 dekabr 1906

*[1] bədəl - əvəz

*[2] inqiraz – məhvolma

*[3] Bəli məst olan dəvə ağır yükü çəkər

*[4] Ey gözü olanlar ibrət götürün