Məqalələr

ŞAHIN VƏFATINA DAİR

İran mücahidlərini bu axır zamanda məşğul edən bir fikir.

Var idisə, o da Müzəffərəddin şahın azarlı olmağı, həm də ölümə müncər olan azarlığı idi. Bu düşünmək, bu xəyal içrə qərq olmağın nəzərimizcə cəhəti Müzəffərəddindən sonra İran məşrutəsinin başına nə gələcək vəliəhdə olan etimadsızlıq və onun Təbrizdə - hənuz vəliəhd olduğu zamanda millət məclisinə göstərdiyi ihanət və təcavüzdən bir fikr rəşti-binanəyə düşüb, onun Müzəffərəddin imzaladığı qanuni-əsasiyyəyə müxalif etməsindən qorxulaması idi. İştə haman cümlə iranlıları və qeyri iranlıları siyasiyyunları müntəzir qoyan bir qəbil ilə asılı olan həyati-şahanə qırıldı.

Bu günlərdə İrandan mühüm bir xəbər gəldi. Bu xəbər hər şəxsi təfəkkür və əndişəyə giriftar edən bir xəbər olub. İran şahənşahı Müzəffərəddin həzrətlərinin vəfat xəbəridir. Bu xəbər hər bir firqə və məslək sahibini müxtəlif nöqteyi-nəzərdən fikir əndişə etməyə vadar ediyor. Köhnəpərəst bir şahçı, həmişə özündən “böyügə” qul olmağı adət etdiyindən, bay evimiz yıxıldı, zilüllah fi-l-ərz məhv olub, günəş altında qaldıq. “Ədalət yer üzündən götürüldü” – deyə düşünüyor, heyf və təəssüf ediyor. Məşrutəpərvər bir iranlı, bir müsəlman, yaxud bir nəfər qeyrisi “ey vah, məşrutə tərəfdarı olan bir vücudi-zil-iqtar əlimizdən çıxdı, cümlə İran və iranlılara hürriyyət bəxş etməklə onları qeyri millətlər arasında sərəfraz edən bir vücudi-zil-iqtidar dünyadan getdi. ədalət və rəfəti ilə millətə ata mənziləsində olub, onu övladi-əzizim kimi bəsləəyən bir pədəri-mehriban dahi həqqə ləbbeyk deyib – iranlıları yetim qoydu – diyə “şivən və fəqan” ediyor. Qeyri bir hürriyyətpərəst şahdan sonra onun yerini şeytan vəliəhdin vicdanından müşəbih olduğundan, onu keçmişdə tutduğu işlərin nəticəsi olaraq bir müstəbid tanıdığından İran “millət məclisi”nin bəlaya giriftar olmasından, cavan müştəbihin qəhrinə düçar olmasından qorxuyor.

Xülasə bu xəbər, bu vəfat xəbəri hər kəsi düşündürüyor. Hər kəs də öz arşını ilə bu vəqəni ölçüyor...

Biz isə bu xəbər barəsində öz əfkarımızı demədən əvvəl şahı-mərhumun dövr səltənətinə dair bir neçə söz demək istəyiriz. Mərhumun dövründə bir neçə dəfə Avropaya səyahət edilib bir çox millət sərvəti Avropa səyahət edilib bir çox millət sərvəti Avropa nazəninlərinə sərf edilmişdir. İran ümuri- daxiliyyəsi, bir neçə müddət Nəsrəddin şah və qeyri padşahani-sələf əsrində olduğu kimi qeyri müntəzəm, dağınıq, büşıpozuq bir halda qalmışdır. Rusiya hökümətindən borc alınıb millətin və dövlətin rifah və səadətinə deyil, onun xəsarəti-ziyaninə sərf edilmişdir... Sədri-əzəm Əliəsgərxan kimi xain vüzəra da bu əsrdə gəlib milləti tarmar etmişlər... bu biri tərəfdən baxanda da millətin həyəcan və diriliyi bu mərhumun vaxtında hüsulə gəlib, İran qanuni-əsasiyyəsi ilə nəticələndi. Mərhum şah bir o qədər yaşadı ki, idareyi-məşrutəni imzalamağa müvəffəq oldu və daha doğrusu məcbur edildi. Nəhayət şah məşrutəyətə müxalıf olmayaraq iranlılar arasında bir namilik qoyub dünyadan getdi. Indi isə hər bir şəxsi təfəkkir və təəmmümə salan kimi bu vəfat bizi də təfəkkürə salır. Bu təfəkkür İran məşrutiyəsinin bundsan sonra başına nə gələcək məsələsidir:

Bizim əqidəmizcə “millət məclisi”nin qəzavü-qədəri iki böyük qüvvənin müsadiməsindən hasil olacaq nəticəyə bağlıdır. Bu qüvvələrin biri cəmaət olub, hər bir qüvvədən güclü olan elpərəstlikdir ki, İranda bu firqənin başında Seyid Təbatəbailər və qeyri Tehran şəhidləri kimi canfədalar durmuşlar. Bu qüvvə haman o qüvvədir ki, cəmi İran xan və xainlərini, mülkədar və zəmindarlarını öz qanlı zəhmətləri ilə doydurub geyindirir. O biri qüvvə isə istibdad və üsuli-keyfəmayəşahudur ki, hal-hazırda İran vüzəraları və Əmiri-üməra Bahadıri cəng dəbəngiləri başında gələcək taxt-tac sahibi olacaq vəliəhdi-səltənət Məhəmmədəli Mirzədir. Məhəmmədəli Mirzə özünün keşmişi ilə məlum olduğu üzrə hürriyyət əfkarına ziddiyyət göstərən bir vücud olub Təbrizdə olduğu zaman “millət məclisi”ni bağlamaq fikrinə düşüb, özünün hökmdari-mütləq olduğunu göstərdi.

Tehrana keçdikdən sonra da həmin bu sui-niyyətin səmərəsi olub da “millət məclisi”nin üstə bir də bir “senat” məclisini qərarlaşdırdı...

Bu izahati-cüziyyə bədində bunu deyə biləriz ki, əgər İran milləti, İran mücahidləri yatmayacaq olurlarsa, əllərində olduğu dar məşrutəni qayib etmək deyil, daha vüsətli, dairəli bir idareyi-məşrutəyə müvəffəq olaraq. O müstəbdid olan Məhəmmədəli Mirzəni də Müzəffərəddin şah kimi tərəqqipərvər və hürriyyəti-dust olmağa icbar edə bilərlər...

Indi baxalım, İran milləti, buna müstəiddirmi, bunu eləməyə qabildirmi?

Bu məsələni kəşf etmək istəyənlər, Təbrizdə vəliəhdin əhatə olunmuş evini də Təbrizdən cəmaət qorxusundan gecə ilə qaçmasını nəzərə alsalar, İranın bu dairədə göstərdiyi biləcəyi istedada şəkk yetirməzlər...

Bizcə İran məşrutəsinin necə olması fəqət İran cəmaətindən asılı olub nə Müzəffərəddinin vəfatına və nə də Məhəmmədəli Mirzənin cülusuna bağlı deyildir...

Rəsulzadə
“Təkamül”, № 3, 30 dekabr 1906