Məqalələr

YENİ İNQİLAB XADİMİ

İnqilab ilə əksinqilab həmişə vuruşub çəkişməkdədir. Bu vuruşmanın, bu çəkişmənin asari aləmi-mətbuatda pək yaxşı müşahidə olunur. Bu gün bir qəzetə nəşr olunur, inqilab tərəfdən isə, həqiqətsevər, ədalət tələb edər isə, sabah başlanar. əvəzində sər-surətini dəyişib, özgə bir surətdə nəşr edər. O da bağlanar təbid*[1] edilər. Nəhayət olduğu şəhərdə çap olunmağa qoyulmaz, özgə şəhərdə çap olunar. Çap olunar da dediyini deyər, yazdığını yazar, nəhayət, şiddətli də yazar. Xülası heş bir mümaniət və işğaldan çəkinməyib, kəmali-hümmət və qeyrət ilə inqilab əksingilab ilə boğuşar, savaşar. Tiflisdə çıxan “Vozrojdeniye” əksinqilabçı Timofeyev ilə indiyə kimi çəkişir. Heç biri o birinin arxasını yerə vura bilmiyor. “Vozrojdeniye” qələmi, Timofeyev isə kazağı, əsgəri, həbsi və tüfəngi ilə mücadilə ediyorlar. Nəticədə isə yenə də zəif qələm bu qədər cəsamətli zülm və təəddilər qarşısında müqavimət edib, fəth və qələmə ümidi ilə meydanı buraxmayıb müqabilə etməkdədir.

Iş zahiri cüssədə, cəsamətdə deyil, ruhani və mənəvi qüvvət və istiqamətdədir*[2]. Yapon da cüssəsi, cəsaməti tərəfindən zəif idi, kiçik idi. Lakin cəsamətli və əzəmətli olan Rusiyanı nə günlərə qoydu, başına nə gətirdi?..

Iştə bizim Bakı mətbuatı da yenidən böylə bir mücahid orqan (vasiteyi-nəşriyyə) ilə sərvətləndi. Əksinqilab ilə boğuşanların qüvvəsi artdı. Yeni hürriyyət tərəfdarı, füqərayi-kasibə hürriyyəti tərəfdarı, inqilabın pişrovu, ictimaiyyun-amiyyun məsləkli bir qəzetə nəşrə başladı.

Bu qəzetə rus dilində “Prızıv” (Dəvət) ünvanı ilə naşırımız İsabəy Aşurbəyov cənablarının rəsmi olaraq təhti-müdiriyyətində nəşr olunur.

Həmin müqəddəməmizdə yazdığımız inqilab və əksinqilab mücahidlərinə dair “Cərəyan edən dövr və görəcəyimiz məsələ” ünvanlı bəndində qəzetə böylə yazıyor ki:

“...məişət bizə diyor ki, yeni aləmin diriliyi bu iki aləmin müsadiməsindədir. İnqilabın gücü gündən-günə artır. ərsingilabın gücü isə gündən-günə zəifləşib puç olur və altından müsaid*[3]-zəmini itiriyor. Deməli ki, məişətin özü inqilabın qələbəsini aşkar ediyor və bu zəfər, qələbə də məhz o vaxt ola bilər ki, həmin  inqilab başında pişrov fəhlələr durub, cidal və qidal edən izdihamın müqəddəmətül-ceyşi*[4] ictimaiyyun-ammiyyunlar ola.

Ənasir böylə deyib, asl məişət də bunu diyor. Bu deyilənləri nəzərdə tutub da bizim işimiz nə olmalıdır?

Engels diyor ki, füqərayi-kasibə firqəsi gərək “bilgisiz keçəcəyin bilgili tərcümani olsun”. Yəni o gərək tərəqqi edən məişətin bilgisiz bir yol ilə bizə dediklərini tənqidə çəkib, məqul*[5], bilikli bir tərh və tərzdə qandırsın.

Məişət diyor ki, biz yeni bir millət qiyami əvailində*[6] duruyoruz ki, inqilab gündən-günə böyüyüb biməhabə*[7] olaraq millət istiqlalı tərəfinə yürüyor – bəs biz gərək bu qiyamə müsaidət verib, inqilabı onun müzəffər olmasına yetirək. Budur, bizim əvvəlinci öhdəmizə götürdüyümüz məsələ...”.

Iştə “Dəvət”in inqilab hamisi olub, əksinqilab ilə çarpışacağı bu sərtlərdən bilinir.

Yeni rəfiqimizin bu niyyəti-alisinə də qəlbən şərakət edib, onun müvəffəq olmasını cümlə füqərayi-kasibə naminə dargahi-həqqaniyyətdən*[8] istirha*[9] edəriz.

M.Ə.R-zadə
“İrşad”, № 139, 14 iyul 1906

*[1] təbid - uzaqlaşdırma

*[2] istiqamət – mətinlik, səbatlıq

*[3] müsaid – köməkçi

*[4] müqəddəmətül-ceyş – qoşunun ön dəstəsi

*[5] məqul – ağlabatan, ağıllı

*[6] əvail - əvvəllər, önlər

*[7] biməhabə - qürurla

*[8] dargahi-həqqaniyyət – Allah dərgahı

*[9] istirham etmək – mərhəmət istəmək