Məqalələr

XÜSUSİ MÜXBİRİMİZDƏN TELEQRAF

“Tərəqqi”yə nisbət əltafi hümayuni

Tehran - əlahəzrət şahənşahi-cavanbəxt Əhməd şahın fərmanlarına müvafiq mürəbbiləri Smirnov müxbirinizə yazdığı məktubunda zati-hümayunun şahişini bəyan ediyor ki, “Tehran əlahəzrət şahənşahi” ünvanına 1 nömrə “Tərəqqi” qəzetəsi göndərilməsini idarəyə ixtar eyləsin.

“Tərəqqi” qəzetəsinin İranda iltifati-şahənşahayə məzhər olduğunu Tehran müxbirimiz bizə xəbər verir.

Bu xəbər bizim üçün mövcibi-məsərrət və şadmani bir əhvalatdır. Zira, “Tərəqqi” qəzetəsi bidayəti-intişarından bu günə qədər öz səhvlərini İran üçün açıb, məmləkətin vəqai və həvadisatından bitərəfanə bir surətdə müvafiqi-həqiqət olaraq müfəssəl xəbərlər yazmaqla bərabər, iranilər üçün tərəqqi və təməddün yolunda rəhbər və dəlil olmaq üzrə xüsusi məqalələr dəxi dərc edib İranın tərəqqi, abad, imran və istiqlalını əzcanu-dil arzu edən bir qəzetədir. Ona binaən böylə bir qəzetənin İran başında duran bir zatın nəzər diqqət və etibarına məzhər olması idarəmizcə sin dərəcə arzu edilən əhvaldandır.

Şəhanşahi-cavanbəxtin bu iltifati-şahanəsinə qarşı təşəkkürati-səmimanəmizi izhar ilə qəzetəmizin bundan sonra da İranın abadlığı yolunda əlindən gələn xidmətləri mümkün dərəcə müzayiqə etməyəcəyini də əlavə ərz ediyoruz.

Qəzetəmizin İran haqqında tutduğu məslək, İranın eyha və təcəddüdü yolunda canlar fəda edəcək dərəcədə çalışan İran ğıyur şücahidləri tərəfindən məzhəri-təqdir və rəğbət olduğunu kəmali-iftixar ilə elan ediyoruz.

İdarə
“Tərəqqi”, № 176, 7 avqust 1909