Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

RUS SƏFARƏTİNDƏ

Bu gün rus səfarətində idik. Səfir yerini dolandıran cənab Sablin ilə mülaqat etdik, hüsni-qəbul buyurdular.

“Tərəqqi” qəzetəsi Sablin cənablarını maraqlandırdığı kimi səfarətin başqa əzalarının dəxi calibi-diqqəti oldu.

- Sizin qəzetənin yəqin İran məsələsinə nüfuzu vardır.
- Bəli, İranda oxucularımız yox deyildir. Azərbaycanda rəvac olunur. əlavə əlan Rusiyada əvvəlinci yövmiyyə*[1] qəzetədir ki, Avropa üsulunda nəşr olunur.
- Nə lisanda nəşr olunur?!
- Türkcə, Azərbəycan şivəsilədir.
- Bizim türkcə oxuyan əzamız vardır. Lazım gəliyor ki, səfarət üçün yazdıraq.
- Təvəccöhünüzdən dolayı təşəkkür edirəm. Söhbətimiz siyasiyatə intiqal*[2] ediyor. Sablin cənablarının bəyanatından anlaşılır ki, bizim diplomatiya bu vaxta kimi apardığı politikasının gurultuya getdiyindən dolayı xeyli təəssüfdədir.

Səhvlərini iqrardan çəkinmiyor. Məhəmmədəli şah sabiqi tamam himayə edib axırda bu günə gətirməkdə rus politikası, Tehran səfarəti az iş görməmişdir. Lakin bu himayətlə bərabər təxti-tacından, nami-şanından istefa verib canını götürüb qaçan şah məxlui-bəstə almaqda məcbur olmuşdur.

Övzai təsəvvür edilsin!

- Doğrumudur ki, iranlılar ruslardan narazıdırlar?
-Əvət, barəmizdə bir qədər bədgümandırlar! Lakin bu axır politikamızdan dolayı razı olmalıdırlar.

Zira Təbrizi xilas edən bizim qonşumuz oldu. Hərgəh bizim qonşumuz bir az da gec Təbrizə gəlsəydi, Eynüddövlə şəhəri alacaq idi. Biz şahın evini yıxdıq.

- Doğrudur, amma bədbəxtanə orada da politikamız gec getdi.Tamam İranın sevgilisi olan Səttarxan ilə tərəf olduq. Sərdari-millini bir halə gətirdik ki, bizim qorxumuzdan qaçıb Osmanlı səfarətində bəstnişin oldu.

Ümidvaram ki, bundan böylə əfkari-ammənin hüsni-təvəccöhünü qazanaq.

Bundan ötrü nəzərimizcə höküməti-haliyyə pul verməklə kömək etməlidir ki, bütün idarat tərtibi-kamilə tapıb məmləkıt asayiş bulsun.

- Bəli, biz qərz*[3] verməyə amadəyik. Fəqət indi dərbar kəmali-pərişanlıqda və tərtibsizlikdə ikən pulumuz təmin olunmadığından məcburuq ki, parlaman iftitahını*[4] gözləyək.

Hökümət müqtədir və tərtibati-mükəmməl olmaq üçün pul lazım gəldiyini zənni-acızanimcə inkar etməzsiniz.

- Biz Məhəmmədəli şah zamanında hökümətə züzi bir borc vermək istədiyimiz zaman ətrafdan protest teleqramları gəlib hökümətə parlaman açılmayana kimi pul verilməməsini tələb ediyordular. Hala haman teleqraf göndərənlər özləri əsasən təzadda düşməməkləri üçün parlaman açılınca gözləməmizi tövsiyə ediyorlar.

Lakin onlar elə bilirlər ki, xüsusi surətdə rus və ingilis bankindən ticarəti-borc eləsinlər.

- Zillüssultanın vürudi xüsusunda cənab alinin mülahizatı nə dairədədir. Bunun vürudi ingilislərin politikası deyilmidir.
- Bu xüsusda ingilislərlə olan müqaviləmiz müəyyəndir. O cəhətdən əmniyyətimiz vardır. İngilis səfarətinin Zillüssultana göndərdiyi teleqraf bizim teleqraf ilə bir misaldadır ki, onun İrana gəlməkdən xəyalini münsərif etməyi tövsiyə ediyor.

Zillüssultan İrana gəldiyində bir fikri-siyasi təqib etdiyini bəyan ilə izhar ediyor ki, qocalmış, xəstələnmiş, axır ömrünü vətənində qalmaq istəyir, gəlib bir neçə gün qoca əmizadəsi Əzədülmülkün yanında qalandan sonra öz mülkünə gedəcəkdir (Əzədülmülk Naibüssətənədir).

Lakin mənim nəzərimcə Zillüssultan İranda qalarsa mütləq bir intiriqa çevirəcəkdir. Hətta özü belə hərəkət etməsə də onun ətrafında bir çox intiriqalar mərkəzləşəcəkdir. Bunda söz yoxdur. Şahiməxlu dəxi Zillüssultanın İrana gəlməsindən mütəvəhhişdir.

O qorxur ki, məzkur dərbarə yaxınlaşsın da Əhməd şahı zəhərlətsin. Hal-hazırda belə müşar ileyhin ğəza və tərbiyəsində xeyli diqqət və ehtiyat ediyorlar. Hətta xörəyini möhürlənmiş halda veriyorlar.

Guya məclisi-fövqəladə tərəfindən Zillüssultana bir ixtar teleqrafi edilmişdir ki, İrana gəlməsin. Amma bainhəmə Zillüssultan yolundan qalmıyor. əgər hökümət onu tutub geri göndərər və İrandan təbid edərsə səfarətlərin heç biri himayə etməyəcəklərdir.

- Şah nə vaxt getməlidir?
- 75 min tümən məvacib qərar verildiyini eşitmişsiniz, hala hesab ediyor, mülahizə ediyor ki, kimi özü ilə götürsün, haraya getsin. Fikri budur ki, dolanacağını öylə etsin ki, bir qədər ucuz və münasib olsun. Gedəcək yeri təyin olunmamışsa da bu iki həftə içində məlum olub və hərəkət edəcəklərdir.

Tehran, 23 iyul
M.Əmin
“Tərəqqi”, № 175, 6 avqust 1909

*[1] yövmiyyə - gündəlik

*[2] intiqal – keçmə

*[3] qərz - borc

*[4] iftitah - açılma