Məqalələr

İRAN MƏKTUBLARI

(xüsusi müxabirimizdən)

(keçən nömrədən mabədi)

SİLAHXURİLƏR

İraq fövclərindən olan silahxurilər Məhəmmədəli Mirzənin ən tərəfdarı olan silahdarlar idi ki, hər kəs təslim olub qurtarandan sonra bunlar dəxi özlərindən bir 40 nəfər öldürtdürmək dərəcədə istiqamət*[1] göstərdiklərini xəbər vermişdik.

Vəqəəyi-Tehran surəti-məlumeyi aldıqdan sonra bunlar çəkilib Səltənətabad tərəfdə ordu vurmuşlar idi.

Höküməti-haliyyə bunları tərksilah edib vətənlərinə getmələrinə qərar verdiyindən qərari-müəyyəni bunlara ixtar*[2] edincə əvvəla bunlar bu qərara təslim olmaq istəməzlərsə də, bədə çarəsiz qalıb təklifi qəbul edərlər.

Haliyyə bunlar silahlarını zəxireyi-dövlətiyyə təslim edərək yol xərci alıb gəldiyi yollar ilə geri gediyorlar.

Qəzetələr

Fəthdən sonra yenə qəzetələr nəşrə başlamışdır. Haliyyə beş qəzetə çıxmaqdadır. Yəni bunların adı qəzetə olub özləri qəzetəlikdən xeyli-xeyli uzaqdırlar. Buradakı tanışlarımdan biri məzəkarlıq edib İran qəzetələrinin cəsamətini*[3] tənqid edib diyor ki, İran qəzetələri kəbinnaməyə oxşuyor.

Iştə bu kəbinnamələrdən indi Tehranda 5 ədəd nəşr olunur ki, bunların hamısı irəliki döri-məşrutiyyədə nəşr olunur idi.

Böyük Avropa qiyafətli qəzetə, məramnaməli bir qəzetə nəşr etmək fikri bura ərbabi-qələmi arasında xeyliirəliləməkdədir.

Hal-hazırda bir dəstə əhli-maarif kompani təşkil etmək istiyorlar ki, Avropa qəzetələrinin şəklində və məalında bir qəzetə nəşr edib bütün həyati-ictimaiyyəni şiddətli tənqidə çəkməklə bərabər nafe məqalələr və bütün təbaqati-əhalini maraqlandıran əxbarati-müxtəlifə və teleqraflar dərc etsinlər ki, işin bu cəhətinə İran qəzetələrinin heç birində əhəmiyyət verilmiyor.

“Novoye vremya”

“Novoye vremya”nın Yançevetski namində bir müxbiri vardır ki, Suvorin babanın Tehran casusudur.

Bu casususn idarəsinə verdiyi yalan teleqramlar iranlıları olduqca mütənəffir*[4] edib rus mətbuatına qarşı acıdır. Bu açımaq bir əksül-hərəkət surətini alardı əgər burada “Russkoye slovo”nun mütəəddid*[5] müxbirləri olmaya idi. Haman müxbirləri olmaya idi. Haman müxbirlər həmişə “Novoye vremya”nın xilafi-məqsəd və rəyi olaraq əxbaratı surəti-mavəqəi*[6] ilə rusiyalılara bildirirlər.

Bu adamcığın axırıncı müxabirəsində götürüb heç əslü-əsası olmadığı halda mənsub olduğu fitnəmaməsinə teleqraf etmişdir ki, “Şəhərdə əmniyyət yoxdur. Reaksiya baş qalxızmış, bu gün-sabah böyük şuluqluq çıxacaqdır, höküməti-haliyyə tamamilə ingilispərəstdir. Ruslara qarşı bir nifrəti-ümumi hasil olmuşdur.

Rus qoşunlarının nədən ötrü Qəzvində bihərəkət durduqlarını anlamiyoram.

Böylə bir hökümətə rus pulunu borc vermək böyük bir günahdır”.

Bu provakatorun teleqramının surəti teleqrafxanədən hökümət əlinə keçincə qərar verilir ki, yazıb rus səfarətindən xahiş olunsun ki, bu adamın vücudi rus-İran münasibati-dostanəsinə xələl verdiyindən naşi onu İrandan təbid etsinlər.

Bu adamcıq nə tövr acı qanlı isə səfarətdə dəxi bundan narazılıq ediyorlar.

Tehran, 18 iyul
M.Əmin
“Tərəqqi”, № 169, 29 iyul 1909

*[1] istiqamət – doğruluq, düzgünlük

*[2] ixtar - xatırlatmaq

*[3] cəsamət – böyüklük, irilik

*[4] mütənəffir – nifrətlənən

*[5] mütəəddid – çoxlu, saysız

*[6] mavəqə - vaqe olan, hadisə