Məqalələr

XÜSUSİ MÜXBİRİMİZDƏN GƏLƏN TELEQRAFLAR:

Məhəmmədəlinin heyəti-vükəlayi qəbul etməsi

Tehran – Məclisi-millinin Məhəmmədəli şahın xəli*[1] xüsusunda qərar verdiyi qətnaməni heyəti-vükəla yekşənbə günü rus səfarətxanasında Məhəmmədəli Mirzəyə vüsul etdi. Məhəmmədəli Mirzə artıq soyuqluq ilə qətnaməni oxuyub təmam etdi.

Heyəti-vükəla Əhməd Mirzənin hüzurunda

Tehran – Heyəti-vükəla Məclisi-millinin qətnaməsini vüsul etdikdən sonra Əhməd Mirzənin nərədə olmasını sual edirlər. Məhəmmədəli Mirzə diyor ki, “oğlum Əhməd Mirzə o biri yan otaqdadır”. Heyəti-vükəla o biri otağa gedib cərgə ilə diz üstə durub qabaqca Əhməd Mirzənin ayağından öpüb sonra İranın padşahı intixab olduğunu bəyan etdilər.

Tazə padşah

Tehran – Heyəti-vükəla-millinin qətnaməsini oxuyandan sonra Əzədülmülk atlı karet ilə Əhməd Mirzənin Səltənətabadda saraya apardılar.

Sarayın qarət olunması

Tehran – İranın sabiq padşahı Səltənətabaddan çıxandan sonra sərbazlar fövri*[2] sarayı qarət etmişlər. Buna görə də tazə şah bu gecəni öz nənəsinin evində qaldı.

Icrayi-qəsəm

Tehran – Tazə şahın millətə və məşrutəyə xeyirxah olduğuna qəsəm*[3] etmək üçün 3 gündür ki, hazırlaşırlar. Düşənbə günü Tehranın bütün qüvveyi-əsgəriyyəsi Qurana qəsəm etdilər.

Heyəti-vüzəra

Tehran – Heyəti-vüzəra təşkili tamam oldu. Vəziri-xaricə Nəsirülmülk, vəziri-ədliyyə Fərman Fərma, vəziri-nəqdiyyə Şəfiüddövlə, vəzirlər poçt və teleqraf – Mənsur, intixab və təyin olunmuşlar.

Vəzirin qaçması

Qara dəstələr təşkilində müttəhim olan sabiq poçt və teleqraf vəziri Müxbirüddövlə ingilis səfarətxanasına qaçıb gizlənmişdir.

İstibdad tərəfdarlarının fərari*[4] və millət məhkəməsinə verilmələri

Millət qələbəsindən sonra rus və ingilis səfarətxanalarında qaçıb gizlənən istibdadpərəstlər təmamən millət məhkəməsinə verilib Məclisi-millidə cəzalanacaqlar.

Bahadıri-cəng

Tehran – Bahadıri-cəng, müfəxxəm və qeyri rus müəllimləri heyətdə gizləndilər.

Tehran – Tazə hökümət bu fikirdədir ki, İngilisdən və Fransadan siyasi adamlar gətirsinlər.

Tehran – Sabiq şahın əmisi Zillüssultan rus və ingilis nümayəndələri ilə müşavirə edir ki, həmişəlik surətdə niyabəti-səltənətə təyin olunsun. Bu günlərdə Zillüssultan Tehrana gələcəkdir.

Sabiq şah Bakıdan gedəcəkdir

Tehran – Peterburq məhafilində bu fikirdədirlər ki, görək sabiq şahı nərədə yerləşdirsinlər. Istiyorlar ki, onu Kaluqa şəhərinə göndərib orada Krım xanlarından qalma sarayda iqamət etdirsinlər. Şeyx Şamil dəxi öz ailəsi ilə burada olurdu. Sabiq şah özü istiyor ki, Krımda sakin olsun. Məhəmmədəli Mirzə Ənzəlidən keçib Bakıya gələcəkdir və buradan o yana ötəcəkdir.

Peterburq – İran səfarətinə yaxın olan məhafildə danışılır ki, məclisin açılması bir aydan sonra olacaqdır.

Astara – Böyük bir vuruşmadan sonra məşrutəçilər Ərdəbili fəth etdilər. Hakimi-şəhər Rəşidülmülk rus konsulxanasında gizləndi. Məşrutəçilər şəhəri alan kimi hər yerdə nizam və qaidə bərpa etdilər. Əlan*[5] şəhər sakitdir.

“Tərəqqi”, № 151, 8 iyul 1909

*[1] xəl – vəzifədənçıxma

*[2] fövri – dərhal

*[3] qəsəm – and içmək

*[4] fərar – qaçma, sovuşma

*[5] əlan – indi, bu saat