Məqalələr

YOL TƏƏSSÜRATI

URMİYƏDƏN

(keçən nömrədən mabədi)

Bazarın xaricə malı satan qismi bütün rus əmtəəsi ilə ticarət ediyor.

Haman rus ticarətinin daireyi-tövsiyyəsini bir dərəcə göstərmək üçün 1908-ci sənə martın 9-dan 1909 sənəsi martın 9-na kimi Urmiyyəyə gələn Rusiya mətaının ümdələrinin statistikasını mülahizə etmək ərbabınca mənfəətindən xali olmaz.

cins miqdarı qiyməti
çit - 532,896 mən*[1] 1 725 060 qran*[2]
neft (cövhər) 901 72 metr 733,3232 “  ”
qənd - 331 659 litr 175,543 “  ”
şəm 960 5700 “  ”

Çay, dəmir alat, papiros kağızı, ənfiyə*[3], içki və bir çox qeyri şeylər dəxi Urmiyə bazarında boldur.

Bu ədədlər Urmiyə gömrükxanasında keçən malların miqdarını göstərir. Həqiqətdə isə bundan daha artıqdır.

Zira, Urmiyəyə gələn malların çoxusuna Xoy gömrükxanasında baxılır. Urmiyədə baxılan isə Rusiya yük şirkətçisi vasitəsilə gələn mallardır.

Azərbaycanda işlənən fabrika hasılatı şeylərinin əksəri rus malıdır.

Azərbaycan rusların ticarətinə qarşı bir dərəcəyədək rəqabətsiz bir bazardır. Fəqət rus diplomatiyasının sayeyi-təvəccöhündə bu rəqabətsizlik davam edə biləcəkmi?..

Bazarın səyahətindən qayıtdıqda yolumuzu başqa bir küçədən salırıq. Qəsdimiz şəhəri səyahətdir.

Müsəlman məhəlləsidir. Evlər pəncərəsiz, rovzənəsiz*[4], qara palçıq divarlardan ibarətdir. Məlumdur ki, belə bir sadə və yekrəng olub, tərəddüd sarıdan daha məhrum olan küçələrin içinə qabili-təvəccöh artıq bir şey tapmaq olmaz.

Urmiyə evləri tamam səngərli olub hərəsi bir qələ imiş.

Damlarda, evlərin güşələrində bir arşın hündürlükdə hasar çəkib bir neçə arşın daha qayrılmışdır. Bunlar düşməndən müdafiə etmək üzrə qayrılmış səngərlərdir. Inqilab vaxtının asarıdır.

Şəhər kənarında bağ-bostan üstündə tikilən evlər isə bir qalaya müşabehdir.

Bu qalalar qara palçıqdan yapılıb girdə olur, üst tərəfindən isə köhnə şəhər qalalarında olan kimi tüfəng atmaq üçün dəliklər qoyublar.

Bu yerlərin bəlası olan kürdlərdən müdafiə üçündür.

Məhəllələrin birindən keçərkəntopxanaya rast gəlirəm. Daxil olub tamaşasını ediyoram. Bu topxanalardan birini mən Ənzəlidə və Təbrizdə dəxi görmüşəm. Topxana dediyini keçmiş əzəmətdən qalmış məxrubə*[5] bir yadigardır.

Sümbə ilə dolub atılan bir çox bürünc toplar iştə tökülüb uçmaqda olan topxanadadır. əllərinin altında durub yan-yana söykənmişlər. Bugünkü dava karastiləri*[6] barəsində olsun ki, eşidiblər ki, böylə bir heyrətlə ağızlarını açmış dağ qalmışlardır.

Bu bir o qədər köhnə asar deyildir. İran isə bir çox asari-ətiqə*[7] yeridir. Burada nə qədər asari-əzəmət olan xərabələr vardır.

İran 6 min illik bir mədəniyyətin qəbristanıdır. Topxanadan çıxıb xiyabanə tərəf gəlirik. Müsəlman məhəllələrində bir çox gördüyümüz nisvani-islamiyyə kimi bir o gədər də bərk çəkinməzlər. Çoxsu rubəndsiz olar. Qarapuş olmaq dəzi ümumi deyildir. Bir çox arvadlar rast gəlir ki, əlvan və qırmızı çərqəd örtərək gəziyorlar. Su başında oturub, küçədə paltar yuyarlar, qab suya çəkərlər.

Urminin mənzəreyi-ümumisi qayətdə nəcibdir.

Məşhər*[8] uzaqdan böyük bir dağa, qalın bir meşəyə bənzəyir. Hər tərəfdən haman oxumaq avazlarıdır, qonağa çatıyor. əhalisi laübali və laqeydliklə məşhur və mərufdur.

Urmiyə 15 iyun
M.Əmin
“Tərəqqi”, № 141, 26 iyun 1909

*[1] mən – batman (bir batman 4,75 kq)

*[2] qran – 1826-1932-ci illərdə kəsilmiş və 20 şahıya bərabər gümüş sikkə. Çəkisi 7 qr. nominal dəyəri 1000 dinara bərabər idi. – Ş.H.

*[3] ənfiyə - burunotu

*[4] rovzənə - baca

*[5] məxrubə - xarab olmuş

*[6] karasti – ləvazimat

*[7] asari-ətiqə - köhnə abidələr

*[8] məşhər – göstərilən yer