Məqalələr

YOL TƏƏSSÜRATI

TƏBRİZ-URMİYƏ YOLU

Üç yoldaşdan biri bəşəriyyətin qismi-lətifindən olmaq üzrə Təbrizdən çıxdıq. Üçümüz də mətbuata mənsub olub, müxbir surətilə səyahət ediyoruz.

Yoldaşlarım ər-arvad olduqları halda səyahət-yapıyor. Məsud keçinirlər. Zira, mənsub olduqları qəzetə Rusiyanın ən mühüm və dövlətli qəzetələrindəndir. İranın bugünkü əhvalını kəmalincə öyrənib, eynən qareinlərinə bildirmək üçün şu qədər maxaricə mütəhəmmil oluyor.

Iştə 200.000 müştərisi olan bu qəzetə təbiidir ki, müxbirinə ayda 1500 manatı əsirgəməz.

əvət, “Russkoye slovo” kimi mötəbər bir qəzetədən Tardov kimi məşhur bir yazıçını İrana göndərmək dəxi bəid*[1] deyil. Zatən bu qəzetə istər İranda, istər Osmanlıda həmişə müqtədir yazıçılar bulundurub, daima öz qareini müstəhzər ediyor.

Bu qəzetənin məsləkini bilənlər onun nümayəndəsi ilə rəftarımız tutacağına şəkk edəməzlər. Yoldaşlarımızdan razıyıq.

Iştə səfərin ən mühüm şərtlərindən biri mövcud.

Təbrizdən çıxırıq

Təbrizin o bomboz bozaran qara palçıq divarları – deyəndə İran nəzmiyyəsi mincə yaşında, vərəndil tüfənginə təkyələnib fikrə dalmış, soldatlar, əfsərlər isə bir surəti-nümayişkaranə ilə keçirlərdi. Daşlıq, daşlıq-tozluq və topraqlıq yerlərdən ötmək üzrə üçümüz bir faytona minib, avropaca üç saətə iki manata gediləcək yolu iki günə və 15 manata getməyə məcburuz!...

Böylə bir şərtlərə faytonçumuzun tənbəlliyi ilə bir az da köhnə bekarlıqdan əlavə etsəniz halımız bir dərəcəyədək təsəvvür olunar, zənn ediyoram...

Hər nə isə başqa çarəmiz yoxdur. Buna da təşəkkür etməliyik, yoxsa qatır dalında getməli idik. Bərəkət versin ki, fayton tapılır!..

Artıq şəhəri vida etmək üzrəyik. Təbrizin mənzərəsi də bir şəkildir. Vəsi bir meydan almış Təbrizin cəhəti – sünisi bozarır, topraq rəngi alıyor. Qara palçıq olduğunu bildiriyor. Sənət, fənn, nəfasət asari bilmərrə yox...

İştə bu yoxluq İranın şu varlıqlarını məhv edib gediyor.

Şəhərin surəti-xaricisi öylə bir təsir ediyor, birisi burada nəfis bir ev tapamaz. Amma bu kəsafətin arxasında haman bir istetdadi-təbii ilə azadə baş qalxızan qovaqların dibində, söyüdlərin ağuşunda naxışlı-nigarlı, altlı-üstlü, əndərunlu-birunli, aynalı-kirəcli, əlvan rəngli imarətlər, qəsrlər mövcud olduğu İranın vəzini bəyanlı kimi bizə də məlum.

Bəs şəhəri bu əndazə məlul surətə salan nədir?

Şəxsi həyatdan, xüsusi xanəsindən zövq almaq istəyən bir iranlı ümumişəhərdən, növi vətəndən həzz etmək istəmiyor. Iştə bunu da Şərq istibdadından xəbər alınız, cavabı ondadır.

Zatən İranda hər qism gözəllik ovrəngi*[2] tutulur.

Siyasətçi istibdada, ibadədçi istibdada, məişətcə istibdada və yenə də istibdada məqhur*[3] olan bir məmləkətdə, həyati-ictimaiyyənin azad və nəfis bir surətdə olduğunu arzu etmək, qaranlıq bir otaqda aynabəndlik etməyə bənzər.

Fayton gediyor, Təbriz hələ görünüyor.

Sənətilə yox, təbiəri ilə gözəllənir. Uzaqdan bir parça bağ şəklini alıyor.

Şəhərdən çıxmışdıq. Fəlakətli mənzərəli, bir illik mübarizənin asarından olan xərabələri artıq görmüyoruq. Amma cındırpuş olan dilənçilərsən hənuz qurtarmamışıq. Bir sürü fəlakətzadə uşaqlar kölgə kimi faytonumuzun dalına düşüb zarıldıyorlar. Ürək darıxdıran bir səslə: - xanım bir şahı, ərbab bir şahı 0- deyərək sual ediyorlar.

Ah bu dilənçilər! İran bir parça dilənçidir.

Zavallı uşaqlar nə haldadırlar! Nə fəlakətdədirlər. Bunların o hali-əsəf*[4] iştimallarını qələmlə təsvir etmək mümkün deyil.

Qız, uşaq, böyük, kiçik, qoca, qarı, şikəst, kor, küll keçəl, cüzamlı bir silli*[5] hədsiz-hesabsızdır. Bir sailə bir şahı verdikcə artıq gün qaraldı: hər tərəfə getsək, hər nə tövr eləsək bir sürü fəlakət əhatə edib, ürəyini parçalayacaqdır, qanını qaraldacaqdır. Heç kəsin xəyalına belə gəlməz daha pulun yoxdur: olmaz, dalına düçəcək, canlı bir kölgə olub, səni izləyəcəkdir. 12 imamı sayacaqlar, həzrət Abbasa aid verəcəklər, Allahi əzimüşşşənin özünü, peyğəmbəri – zişənini vəsilə edəcəklər. “Xırda pul yoxdur, daha qalmayıb”, “gedin”, “qaçın”, “rədd olun” kimi sözlərinə, etirazlarına baxan olmayacaq. Səni mənzilinə kimi vida edəcək. Lap darıxdıracaqlar. Əgər kəmhövsələ olub dürüşlük edərsən, o vaxt təkdir olacaqsan!..

Bunlar rəsmi olan dilənçilərdir. Qeyri-dilənçiləri allah göstərməsin. Budur faytonumuz: müəyyən şərtimiz var, danışmışıq, mənzil başında pulunu alacaq, xəyal edirsən ki, başqa bir şey yoxdur. Amma, xeyir! Hələ bir ənam məsələsi də durur!

Faytonçu ənam istəyincə, nökəri də əlavə olaraq boynun burub, ərbab deyəcək. Hələ az versən küsəcək. Bir ərbab səni mehman çağıracaq, qapısında olan hədsiz-hesabsız nökərlər hamısı əlinə baxacaq, ənam gözləyəcək.

Qiyafən əcnəbi qiyafəsi olur isə halın daha betərdir... Xəyal edəcəklər ki, sənin dərin qızıldandır... Əllərindən gəldiyi qədər soyacaqlar. Heç xəyallarından belə keçməyəcəkdir ki, bəlkə sənin artıq pulun yoxdur. Bunlarda iskilələrdə, çayxanalarda, hər yerdə gözlər cibində, diqqətlər kisəndə, fikirlər əlində olacaqdır.

Çayxanada düşəcəksən, bir-iki oymaq çay içəcəksən (oymaq deyirəm, zira stəkanları oymaqdan böyük deyildir) qiymətini xəbər aldıqda eşidəcəksən ki,

- Ərbab hər nə versən qəbuldur.

Xəyal edərsən ki, Rusiyada ən bahalı bir qəhvə də olsaydı bu çayın qiyməti İran pulu ilə iki abbasıdan artıq ola bilməzdi. Səni ərbablıq qələmə verir, dörd abbası verirsən, özün də bu təsəvvürdəsən ki, indi böyük bir razılıq görəcəksən. Fəqət nə qədər təəccüb, qabağına uzadılan əl çəkilmiyor. Qəribə bir halət, elə çayçının gözü bir əlinə, bir də cibinə baxıyor. Bir abbası da əlavə ediyorsan. Halət dəyişmiyor. Bir qran daha veriyorsan, şəkli haman əvvəlki. Övzayə nabələd olsan isə özün xəcalət çəkirsən. Yox əgər bir-iki dəfə qulağın kəsilib, adət etmişənsə artıq diqqət verməyib gediyorsan. Fəqət razılıq gözlədiyin bir halda, həmi pulun gediyor, həmi də təkdir oluyorsan. İştə bu da bir qism dilənçilik. Dilənçilik surəti ilə qarətçilik.

Şəhər kənarında bağları, yaxın kəndləri keçdik. Gün daha yağlanmışdı. Şüai xeyli ötkün idi. Günün yandırmağına baxmayaraq, faytonumuz çox da tələsmiyordu. Bu tələsməmənin səbəbi isə yolun xarablığından çox, faytonçumuzun qarovuldan çıxmamağı idi.

Zatən İran sürət bilməz. Burada hər işi kəmali aram və təənni ilə görürkər.

Hətta dava etdikləri zaman belə qəlyandan ayrılmazlar. Əcələ*[6] şeytan işidir - əsası ilə rəftar edən iranlı işində o dərəcə yubanar ki, şeytan özü şad olar.

Faytonumuzun hərəkəti kimi səsi də ağır çıxır, dərin gəlir, xırıldayır. O, özü diyor ki, Tehran yolunda Miyanədə “mələ”*[7 deyilən gənəyə oxşar bir cücü var ki, insanı sancanda bərk naxoşladır. Guya bizim bu tənbəli də sancmış, azartlamış, nəticədə nə isə səsi batmışdır.

Miyanə mələsi xüsusunda biz çox eşitmişik. Tehrana gedəcəyimizdə oradan keçməliyik. Ehtiyat edək. Amma ki, səsin batmasını o heyvandan bilmiyoruq, böhtandır.

Bunun səsini batıran haman əndazəsiz içdiyi kişmiş arağıdır.

Heç təəccüb etməyiniz ki, iranlı bir müsəlman araq içiyor. Azərbaycan yenə də yaxşıdır.

Farslarda içməyən yoxdur. Tağızadə cənabları demiş ki, “iranlılar içkidə firəngiləri ötmüşlər”. Zatən bizim faytonumuz da farslara mənsubdur. Atası tehranlıdır, özü də Tehrana tez-tez səfər edir.

M.Əmin
“Tərəqqi”, № 7, 15 iyun 1909

*[1] bəid - uzaq

*[2] ovrəng - taxt

*[3] məqhur – qəhr olmuş

*[4] əsəf – təəssüf etmə

*[5] silli – vərəmli

*[6] əcələ - tələsmək

*[7] mələ - taxtabiti