Məqalələr

İRAN MƏKTUBLARI

CULFA

Culfa Arazın kənarında boz və qırmızı dağların arasında düşmüş olan bir məhəlldir, qəsəbəqədir. İləridən gömrükxana olub Həsəbi ilə məlum olan bu vadiy-qeyri-zizər indi üç ildən bəri dəxi vağzal olmaq və dəmir yol çəkmək cəhətdən əhəmiyyətə yetmiş və böyüməyə yüz tutmuşdur.

Burada olanlar istər rus, istər İran tabei olsun yerli əhalidən olmayıb müxtəlif yerlərdən köç etmiş olan ticarət ərbabından ibarətdir.

Əhli-ticarət isə hər yerdə gözüaçıq olduğundan Culfa gözü-açıq, yeni qafalı bir əhaliyə daradır. Bunlar fanatizm azd bilməz, kəmali-qeydsizliklə dolanmaqdadırlar.

Fikirləri açıq, hamısı məşrutə fikrinin, tərəfdarıdırlar. Burada bir çox sahibi-zövq və mühübbi maarif cavanlar tapılıqlar. Böylə tozlu-torpaqlı, ələfsiz-göyrətsiz bir yerdə boz dağların qırmızı topraqları arasında ciddi canların, açıq və sərbəst fikirlilərin bulunması sizə təəccüb gəlməsin. Zira, bunları buraya cəmləyən ticarət və sənaətdir. Ticarət və sənaət isə cəhli və cəhalətə zidd və düşmən olduğu məlum və ərbabinin mütərəqqi olduğuna talibdir.

Culfanın İran inqilabında, Təbriz müdafiəsində göstərdiyi xədəmat xeylidir. Xoy, Səlmas, Mərənd iğtişaşları buradan hazırlanmış. Təbrizə vaxtlı-vaxtında silah, patron, fədai və qeyri-ləvazimat, azuqə və sursat buradan göndərilmişdir.

Culfalıların məşrutəçilikləri dərrakə və fəhmi-üzündən olub, başqalar kimi deyildir. Bunlar İran tüccar və sənət nümayəndələri olduqlarından bittəb məşrutənin iqtisadca verəsəyi mənfəətlərini qanıb, ona yalnız şəriət rəngi vermirlər.

Bunların arasında bir çox təhsil görmüş cavanlar vardır ki, məşrutənin mənasını qanmaqdan bəri deyildirlər.

İngilis çıxışları

Təbrizdən buraya teleqrafla xəbər vermişlər ki, ingilis qoşunu İranın cənubini tərk edib çıxmışdır.

Ruslardan isə hələ bir əsər yoxdur. Amma burada belə güman ediyorlar ki, ingilislərin çıxması doğru isə, ruslar dəzi qala bilməzlər.

Sui təsir etmişdir

Təbrizdə ruslar bir halda gəlmişlər ki, doğrudan da cəmaət cana gəlibmiş, azuqə yox, mücahidlər yavanca çörək yeyib dava edirlərmiş.

Aclığa mübtəla olan bəzi mücahidnümaları qabağın saxlamaq dəxi bir dərəcə müşkülləşib imiş ki, rus qoşunu daxil olub, yolları açmış, Eynüddövləni rədd etmiş, şəhərdə əmniyyət hasil olmuşdur.

Ruslar belə bir üsrətli vaxtda gəldikləri təbiidir ki, bir dərəcə əhalini sevindirmiş, nə tövr olsa da qəlblərdə ruslara qarşı iyi bir hiss oyatmışdır.

Amma soldat yaralanmaq məsələsindən sonra (Sinarskinin) mülahizəsiz və ədalətsizcə tələb etdiyi 10 min tümən fəqərəsi əhaliyə sui-təsir edibdir. İnsaniyyət naminə çalışan rus qoşun böyüklərinin məntiqi dəxi istibdaddır. Və məxsusən xan və hakimlərin məntiqindən bir o qədər də fərqli deyildir.

“Tərəqqi”, № 110, 21 may 1909