Məqalələr

İRAN MƏKTUBLARI

Rus nümayişi

Ənzəli bəndərinə iki ədəd rus hərbi gəmisi varid oldu. Biri “Krasnovodsk”, biri geri qayıtdı, digəri “Göy Təpə” Krasnovodskda qaldı.

İran işləri uzandıqca, müdaxilə məsələsi də böyüyür, əhəmiyyət kəsb ediyor. Məhəmmədəli şahın gücü azaldıqca, inqilab hərəkətləri vüsət tapıb, məmləkəti əhatə etdikcə, rus təlaşı da artır. Tehrana yüz kazak, Ənzəliyə iki ədəd cəngi gəmi gəliyor: nümayiş olunur. Bu nümayişlər ilə əhali qorxuya salınmaq istənilir. Lakin bu oyunlar nə üçündür? Kimi aldatmaq üçündür, kimi dəhşətə salmaq üçündür? Hiss edilir, amma qanmıyor. Bunların səhih bir politika, səlim bir tədbir üzərindən olmamağına insani qane etməkdən savai başqa bir nəticə vermiyor. Bir dəfəlik rus dövləti bunu bilməlidir ki, bu qism hərəkati-qeyri məşruə və naqabil ilə məqsədə çatmaq olmaz. İranda nüfuz qazanması mənafe Rusiyanı rayic*[1] etməlidir. Lakin bu politikanı öylə etməməlidir ki, “qaş qayırdıqda göz çıxartsın”. əgər Rusiya bu hərəkətləri ilə “rus mənafeinə zərbə vuran inqilabi” iskatə*[2] çalışır isə səbəbi-inqilab olan Məhəmmədəlinin və onun dövri-bərində olanları islah etməli, Lyaxova nəsihət verməlidir ki, artıq füzulluq etməsin, yoxsa cəmaəti qorxudub, məşrutiyyət fikrindən daşındırmaq mümkün deyil, onu iğfal edib müdaxiləyə səbəb tapmaq isə heç mümkün deyil.

Ənzəli bəndərinə nümayişdən ötrü gəlmiş olan gəmilərə artıq tədhiş*[3] nöqteyi-nəzərindən bir o qədər də əhəmiyyət verilmiyor. Yəni əhali bunu biliyor ki, bunlar hücum edə bilməzlər, zira bundan ötrü əllərində dəstavizləri*[4] yoxdur. Lakin gəmilərin vürudi vaxtın əhəmiyyətinə dəlildir: zira, keçən sənə talışlar ilə olunan dava vaxtında dəxi həmin iki gəmi Ənzəliyə gəlib nümayiş etmişlər. İştə bu nöqteyi-nəzərdən cəmaət arasında bu xüsusda müxtəlif danışıqlar gəziyor: kimi diyor ki, guya bu gəmilər şahı qaçırtmaq üçün gəlmiş, kimisi diyor ki, xeyirƏmir-bahadıri-cəng sürüşəcəkdir. Əsli olduğuna inanmadığımız şu-əfvahi*[5] xəbərləri nəql etməyimizdən məqsud bu nümayişlərin bir naticeyi-əks məmubəxş etdiyini qeyd etməyimizdir. Deməli, rus təlaşı Məhəmmədəli şah hökümətinin zəfini göstərən bir bariqərdir. İnsan rusiyalı olduğunda böylə bir hərəkətdən öz məmləkətinin böylə politika ittixazinə məzhər olmasından doğrusu ki münfəil*[6] oluyor.

İnfial*[7] mövcuddur. Zira o, müəzzəm rus bir ovuc ərbabi-hökümətin dost bir milləti-məzlumə haqqında rəva gördüyü bunca narəvalıqıara qatlaşmağa məhkum olmaq doğrudan da infial gətirir, xəcalət verir.

Bir komitəçinin təsəvvürü

Bütün əyalətdə olan idarələri və inqilab dəvairi xəfiyyətən və sirrən dolandırmaqda olan Səttar komitəsinin əzalarından biri ilə bir çox təlaş və səydən sonra görüşməyə müvəffəq oldum. Nə qədər səy etdimsə ki, bu adamdan Rəşt mücahidlərinin xətti-hərəkətlərinə və nə surətlə Tehranı almaq fikrində olduqlarına dair bir şey öyrənim, mümkün olmadı. Əfv edirsiniz, o bizim özümüzə məxsus bir sirridirdən başqa qeyri-bir cavaba nail ola bilmədim. Fəqət, bu qədərəcən öyrənə bildim ki, aprelin əvvəllərində hərəkət etmək fikrindədirlər. Təxirlərinin səbəbi isə Təbriz, İsfəhan və Mazandaran ilə hərəkətləri bir etmək istəmələridir.

Komitənin sövqülceyşinə*[8] dair öyrənə bildikdən sonra bura qiyafətli olan müsahibimin ingilis və rus politikasına olan nöqteyi-nəzərini anlamaq istədim. Rus və ingilis politikasına necə baxıyorsunuz deyə - sordum.

- İngilis və Rusiya – bunların ikisinin də xahışı budur ki, İranda iğtişaş o dərəcədə uzansın ki, həm hökümət, həm millət hər ikisi yorğun olsun, əldən düşsün. O vaxt bunlar müahidələri üzərinə sahibi-mülk və millət olsunlar. Bu hər iki dövlətin fikridir. Təb və fitrət cəbəlilərinə görə də bu qəsdi icra üçün bunlardan biri guya hökümətə, o biri də millətə pənah çıxır. Birinin generalı, ofseri məşrutətələbləri bombardman edəndə, o birinin səfarət qapıları açıq elani-aman edilir. Biri öldürür, o biri şəfaət ediyor. Biri deyir tut, o biri də deyir qaç.
- Xub, məyər rus və ingilis hökümətləri keyfləriistədiyi vaxt İranı bölməyə qüvvətləri yoxmu zənn ediyorsunuz?...

“Tərəqqi”, № 77, 13 aprel 1909

*[1] rayic – rəğbət qazanan

*[2] iskat – susdurma, sakitləşdirmə

*[3] tədhiş – dəhşətə salma, hürkütmə

*[4] dəstaviz – bəhanə

*[5] əfvahi – aralıq sözləri, boş sözlər

*[6] münfəil – xəcalətli

*[7] infial – xəcalət

*[8] sövqülceyş – qoşunun hərəkəti