Məqalələr

İRAN MƏKTUBLARI

TEHRAN KOMPANİYAÇILARI

Tehrandan gələn xəbərlərdən və xüsusi mürasilələrdən*[1] və bəzi müsafirinin rəvayətlərindən anlaşılır ki, hökümətin işi qurtarıb, nəfəsi, “xırxırasında”dır. “Təxti-mərmər” hiyləsindən naümid olan Əmirbahadır, Lyzxov, Şeyx Fəzlullah və şah kompaniyası bimarlığın dərəceyi-intəhasına çıxmışlar. “Hərce badabad” politikasının, daha doğrusu həmaqət*[2] və səfahətini vəsileyi-kar və mədar etmişlər.

Məşhur Fransa Luisinin pamyadoru*[3] demiş olan “bizdən sonra istərsə tufan olsun” kəlami-xunxarənəsini təkrar etmək sədədindədirlər.

Yuxarıda dediyimiz həmaqət və səfahət söz adlarını qaraladığımız bütün dörd nəfərə həsr etdik. Amma, doğrusu, Molla Həmzəyə əlınırsa, bu söz ancaq axırıncısına ətf olunur. O biri üç nəfər isə bir dərəcəyədək bu əlfazın təbəqinə daxil deyildirlər. Zira, bunlar burasını yaxşı anlamışdır ki, bir bu qədər qanların tökülməsinə bais olan bu bivicdanlara əfv və rəhməti-milliyi olmayacaq.

Hökümət iostərsə təslim, istərsə məğlub olsun, bunlar qəzəbi-qəhhari-millidən can qurtaracaq deyildirlər, ona binaən də pamyadorun sözlərini təkrarən məntiqlərincə haqları vardır.

Axmaqlıq dördüncüsünün, yəni şahındır ki, təslim olursa, millət şəfaətini tapacaq bir hal mövcud ikən ondan mənfəət aparmıyor.

Mərqumların şeytanlıqlarına uyur da özünü, xanəvadəsini, səltənətini bada verməyə ürək bağlıyor. Oturduğu budağı öz əli ilə özünə qırdırırlar, bütün təxti-tacı ilə sərnigün olduğunu görmüyor kimi o iblissurət xainləri aldanır və axırıncı zərbələrini vurmağında mütənəbbeh olmuyor. Həyasızlığında israr ediyor.

Şah Əbdüləzim də mütəhəssin olan biçarələrə hiylələr, dolablar quruyor, bigünah müctəhidzadəni qətl etdiriyor, xırda və məsum uşaqları zəncirə çəkdirir. Həyasızlıq bir o dərəcəyə çıxır ki, bütün Avropa düvəli-müzəmməsinin süfəraları notalar verib, hökümətin qatili-əkbərinin təcavüzlərinə protest və şahı iğfal, həqqi ibtal*[4] edən vəzirlərin, ələlxüsus Əmirbahadır – cəng və daxiliyyə vəziri Müşirüssəltənənin təhti-mühakiməyə verilmələrini tələb edərlər: şah o qədər qəsavət*[5] göstərir ki, həmişə qabağında zəlilanə titrədiyi bu notaları belə rədd edər, çünki kompaniyaçılar onu başlarlar ki, bunlara qulaq asma boş hərbədir. Madam bunların adamlarına dəymirik, bütün İrani bələkdəki məsum uşağına kimi qırsaq, heç bir işeləməzlər, artıq-artıq eləsələr insaniyyətlərini büruzə vermək üçün bir protest edib, bir də olsa nota verərlər. Onlara nə var, biz ki, onların adamlarına toxunmuyoruq, onlara pənahəndə olan bizim heyvanlara da təcavüz etmiyoruq. Məgər bir çobanın ixtiyarı yoxmu ki, öz qoyunlarını boğazlasın, məgər bir ərbab öz sürüsündən qurban kəsdirəndə başqa bir ərbabın həqqi varmı ki, desin niyə öz malında təsərrüf ediyorsan? Şah bu yollar ilə iğfal olunur. Təbən böylə bir iğfala müstəid və mail olduqlarından ciddi surətdə millət canına çırpırsa da o hələ millətin bir qoyun sürüsü olduğuna inanır, qalır, gönü qalınlaşır, qaniçmə iştahası artır. Mücazza*[6] olduqlarında qoyun sürüsü şəklini almış, olan cəmaət rişteyi-ittihadə qısılır, o qaniçən heykəli-istibdadın canına bir bəlayi-nəgahan kəsilir. Dilsiz-ağızsız, imkan-bacarıqsız hesab edildiyi qara məxluq birsən-birə etiraz dili açıb, intiqam və qisas sədədinə gəliyor. Ərsəni təngləşdirir, amma bu səfeh əl çəkmiyor, qan tökmək üsulunu daha da artırır, millət elə ya ölüm, ya həyat, “ya zülm, ya məmat*[7]” – deyərək, səngərbəndliyə girir, bir Bağışah da olsa qənaət edərəm, istibdadda qalaram. İrana məhdud bir soltan olmaqdan, onu əfsəl hesab edərəm – deyə Bağişahın dövrəsinə xəndəklər atdırır, səngərlər yapdırır, milləti dəfələrlə indiki iğfaldan bir şey çıxmadığından, bir daha naümid olur. Görək millət istədiyindən keçməyəcəkdir. Hər dəfə gözünün qabağında, yuxusunda, keyfində, mətələyində*[8], əgər var isə ayıqlığında daimən Azərbaycanın, İsfəhanın, Gilanın, Mazandaranın mücəssəmələrini görüyor. Səttarxanın rəşadətindən, Samsamın heybətindən, Sipəhdarın başından keçmiş sipahilərindən, panovun və ədunəvid*[9] etdiyi kuhi-atəşfəşandan divanəlik dərəcəsinə gələn bu adam Tehran əhalisinin canına düşüyor, ərsəni*[10] onlara təng ediyor. Onlar da qaçıb Osmanlı səfarətində və Şah Əbdüləzimdə bəstə girirlər. Lakin kabusi-istibdad biçarələri orada da rahat qoymuyor. Şah Əbdüləzim də məşhur Şeyx Mirzə Həsən müctəhid Aştiyaninin vələdi ərşədini öldürür. Xainanə surətdə öldürtdürür. Osmanlı səfarətində gizlənənlərdən ötrü dəxi şahın kompaniyaçıları cümləsindən olan vəziri dərbar Müşrifüssəltənə bir hiylə qurur. Cümlə heyəti vüzəra olsun ki, bu tədbirə əhsəntə, barəkallah deməkdən sərxoş başlarını saxlaya bilməmişlər. Təcviz edib, müvəffəqiyyətlərinə göz tikmişlər.

Bir qədər ilan və qeyri müzi*[11] cəmləndirib səfarətin içinə saldırmışlar ki, qorxub həyətdən qaçsınlar. Tainki, hökümət cəlladlarının dəstigiri olsunlar. Lakin bu hiylələrlə gözlədikləri nəticəni ala bilməmişlər.

Cəmaəti-mütəhəssin o sər-külfətlərin olsun ki, gözləmədikləri bir rəşadət büruzə verib, ilanları uyudurmuş və Müşirüssəltənənin o dərəcə bir dahiyanə qurduğu tədbirin zail etmişlərdir.

Axmaqlar bunu qanmıyorlar ki, insan özünü ilandan qurtarmaq üçün cəhənnəmə qaçmaz. Səfehlər bunu düşünmüyorlar ki, adam əqrəbdən qaçaraq, timsahlara, kaftarlara təslim olmaz. əvət, bu düşüncələr, bu təəmmül və təfəkkürlər olsaydı, belə bir sadə məntiqlərə diqqət verilsəydi, bu qədər fəlakətə, rəzalətə, pulsuzluğa, başsızlığa, əskərsizliyə və dənaət və səfalətə razı olub, bir milləti-məzlumun hüquqi-şəriyyəsini məhv etməyə, ayaqlar altına salıb tapdalamağa qalxışmazdı!

Bu qədər bigünah qanların tökülməsinə, səbəbiyyət verilməzdi.

Misli-təvarixi-dünyada görülməmiş höküməti-tehraniyyənin (demirəm iraniyyənin, çünki Məhəmmədəli şahın səyyiatına məqhur olub, bu gün ancaq bir Tehrandan ki, o da xaricdən gələcək cüzi təşciə*[12] müntəzirdir ki, qiyam baydağını qalxızsın) qüvveyi-nəqdiyyəsi bilmərrə yoxdur. Nə qədər Lyaxov Məhəmmədəli şahın xərcindən götürsə, nə qədər ümərayi-dərbar öz böğazlarından kəsirlərsə, nə qədər ki, millət və səltənətə müxtəspürbəha yadigarlar “dəryanurlar” ədna*[13] qiymətlərə Avropa dəllalarına satılırsa, yenə də sərbazın hüquqi*[14] yetirmiyor.

Məvacibsiz qalmış olan sərbaz öz tüfəngini və fişəngini satmağa məcbur oluyor. Bu surətlə Tehran məşrutəçilərinin bir çoxu haman sərbazlardan alınmış tüfənglər ilə müsəlləhdirlər.

Qəzvində olan ordu dəxi gərmagərm ilə patronfiruşluq ediyor. Madam ki, məvacib verilmiyor, o halda bu qədər bir həşarati o müzürrlərin başında cəmləyən nədir? Oğurluqlarına, quldurluqlarına verilən icazeyi-sirri-şahanədir.

Bu qədər bir səfalət və rəzalət ilə belə bu zalimlər yenə də naümid olmuyorlar, bir dünya inqilabı yatırtmaq üçün hiylə edib, əfkari-amməni iğfalə çalışırlar. Müxbirüddövlə-teleqraf naziri sabiqdə olan teleqraf xidmətçilərini əzl edib, onların özü istədiyi adamları təyin etmiş və onlara fövrən buyurmuş ki, ətrafa teleqraflar vursunlar.

Tətilçilər yorulmuşdur, dükanlar açılır. Əhali təslim olunur, hökümətin qüvvəsi artıqdır, rəşiddir. Böylədir, öylədir və hakəza bu münval iğfalat.

Xülasə şah, çahçıların bu günlər axırıncı günləridir. Milləti-məzlumənin bigünah qanı zavallı İranı bir qan dəryası şəklinə salmış və o dəryayi-məhib budur təlatümə gəlmiş və zalimləri bir an əvvəl qərq edəcəyində söz yoxdur.

Çün ərbabi-həmiyyət qərq edər zalimləri
Məşəli-əfkari-əhraranə sönməz xunilə*[15].

Rəştdən

Rəşt inqilabçıları hücuma başlamışlar. Qəzvinin alınması bir-iki günlük məsələsidir. Qəzvinin ordusunun röbi*[16], qorxusu nə dərəcə isə, Rəşt mücahidlərinin cürəti və dəvatələbliyi bir o dərəcə, bəlkə daha artıqdır. Qəzvinə Tehrandan, şahdan, Əmirbahadırdan vurulan telefon, teleqraflar nə qədər təhris edib “Rəştə get” deyilərsə, bir o dərəcə olmasa da mücahidinin hücumu bu vaxta kimi saxlanılmışdır. Hücumdan gilogirlik edilmişdir. Bain həmə Tehranın cavabı “yox, olmaz” olub, Rəştin cavabı isə “buraxın gedək”dən ibarət olmuşdur. Daha hücum növbəti gəldiyi müşahidə olunur, mücahidlər hücum ediyorlar, düçari bir röb və iztirab olan bu ordu onda da məcburiyyətlə gələn bir ordu, məlumdur ki, canidildən dəvatələb olub, gedən cannisarların həmlələri qabağında dura bilməz. Burasını isbata yetirmək üzrə bir-birini təqib edən xəbərlər Qəzvin səmtindən və qeyri tərəflərdən alınmaqdadırlar ki, vəchi ixtisari-teleqrafla bildirmiş idim.

Rəbiələvvəlin 14-də Poli-ənbuh səngərində səngəri müdafiə etmək üzrə Əmidüssultan sərkərdəliyi təhtində cüzi bir mücahid heyəti olduğu halda 400-z yaxın düşmən hücum edir. Şiddətli müqabilədə hücumavər olanlardan bir nəfəri öləcəyin, davadan əl götürüb geri qaçırlar.

Daha sabaha kimi mücahidin tərəfindən məhəlli-məzkurə lüzumunca adam fişəng və bomba göndərilib, işi surətlə görən hücumavərlər bir daha irəliləmək fikrindən dönürlər.

Ətraf və cavanibdə böylə bir müvəffəqiyyət öz təsirini verir. Bir gün sonra 500 nəfərdən ziyadə dəvatələblər müxtəlif tüfənglərə müsəlləh olduqları halda, Polu-ənbuhə gəlir və mücahidlərə kömək üzrə səngərin müdafiəsinə mülhəq olarlar.

Belə bir təsirbəxş olan vaqeədən sonra digər bir vəqəə daha baş verir ki, o da istibdad xadimlərinin bir çox olduqları daha gözəl olaraq andırır. 20 nəfər mücahid nümayiş etmək üzrə Qəzvinin bir ağaclığına kimi gedirlər.

Şəhərdən çıxıb gəlmədə olan 300 nəfər atlı dövlət qoşununa rast gəlirlər. Həmlə edirlər, bir nəfəri öldürüb, atını və tüfəngini zəbt edirlər, işi belə qoşun əfradi filhal qaçmağa üz qoyurlar. Guya ki, şəhərdən çıxdıqlarında, yainki dəvaya getmək üzrə əllərinə tüfəng aldıqlarında, heç ağıllarına belə qoymamışlar ki, “dəva demək ölümə getməkdir”.

Məsələni vazeh edib, tərəfeynin qüvayi-mənəviyyə və ruhiyyəsinə, yeni vəqəsəsi daha gözəl bir şahiddir. Yengidə dövlət tərəfi səndən bəndəlik etmişdir. Orada 400 nəfər adam müsəlləh var imiş ki, silahlarının hamısı da 3 tirli Almaniya mauzeridir. Bunları iğfal edərək, 8 nəfər mücahid tərəfin mülahizə etmədikləri bir surətlə qoşunun qəlbinə həmlə edirlər. Bir iki bomba partlaması ilə bütününü çaşdırır. Və bədən qırmağa başlarlar. Bu tərtib ilə 40-nı öldürüb, bir çoxunu yaralayıb, qalanı da qaçmağa məcbur edirlər.

Əsləhələri, zəxirələri qənimət edib səngərləri dəxi zəbt edirlər.

Bəqiyyətül-Seyfdən isə nümunə belə qalmaz. 8 nəfər mücahidin belə bir rəşidanə hərəkati-inqilab dəvairini qüvvətləndirdiyi dərəcədən daha artıq Qəzvin ordusunun canına lərzə salmışdır. Bütün Qəzvin bir haləti-ehtizardadır. Artıq dövlətlilərdə bir zərrə qüveyi-qəlb deyilən şey qalmamışdır.

Sipəhdar həzrətləri bu gün, ya sabah hərəkət edəcəklər. İşin tezliklə fəsl olmasına səbəb olacaqdır. Qəzvin alınarsa, o vaxt Tehranın nəfəsi kəsilər. Artıq ləcacət edərsə, qisas və intiqamdan başqa bie şeyə nail ola bilməz zənnindədirlər. Astara sərhədləri, hiylə və tədbirlərdən ötüb, indi daha Rəşidülmülk təhdidatı altındadır. Şahsevən ordusu Heyran gədiyini bir ağaclığında düşərgə etmişdir. Lakin bu təhdidat astaralıları qorxutmadığı kimi məşhur Ərdəbil mücahidi Mirzə Ələkbərin kağızı da onları iğfal etmiyor. Mirzə Ələkbər ki, bir vaxt Heydər və Ləğti davasının pişrovlarından olub, bir çox nüfusi-müslimini qətlə verdirmişdir. İndi götürüb astaralılara yazıb ki, nahəqq yerə allahın bəndələrini, peyğəmbərlərin ümmətlərini, Əlinin şiələrini ölümə verməyiniz. Xilfi-şəri cinayətlərdə bulmayınız.

Qabaqda Astaraya 2 top, bir dəstə mücahid göndərilmişdi. İndi dəxi bir dəstə bombaçı göndərildi ki, ora səngərlərini müdafiədə bulunsunlar. Xəbər verildiyi üzrə Heyranda olan körpü mücahidlər tərəfindən uçurulmuşdur.

Zəncan xüsusunda verilən xəbər bilişibah bir dərəcə mübaliğəlidir. Oranın rüəsasından olan Şahanşah xan özünü millətləri ilə yoldaş olduğunu izhar edərək, Quran vərəqini möhürləyib mucahidlərin səngərinə göndərmişdir. Müvafiqətdə olduğunu bəyan qılmışdır. Ənzəli sərhəddində külli qədərdə posta posılkaları zəbt olunmuşdur ki, bunlar patron qutularından ibarətdir. Qabaqkı müxabirəmizdə dəxi posılka gəldiyini xəbər vermişdik. Bu təkrardəxi onu andırır ki, sifarişlər qədimdən hökümət tərəfindən edilmişdir ki, hala buraya gəlib çıxmaqda və millətin xərcinə keçməkdədir.

Rus konsulu

Srağagün rus konsulu 30 nəfər kazak ilə bərabər Tehrana azim oldu. Əz qərari-məlum konsul cənabları Tehran səfarəti tərəfindən rəsmən izhar edilmişdir ki, burası da bir politikayi-mühümmədən xaric deyildir. Konsulun tərzi-səfəri dəxi əhəmiyyətdən xali olmayıb, calibi-diqqətdir. Konsul Qəzvinə kəmali-təəmmül ilə gedib mənzilbəmənzil yol kəsməyə qərar vermiş və özü ilə bərabər bir nəfər mühəndis də götürmüşdür. Anlaşılır ki, konsul cənabları Tehrana əliboş getmək istəmiyor. O, töhfə olmaq üzrə mücahidlərin səngər və qüvvələrinin nəqşisinin tədimini istəyir? Bilmirəm, fəqət əfkari-ümumi buna müqərrərdir.

“Tərəqqi”, № 75, 16 aprel 1909

*[1] mürasilə - yazışma, məktub

*[2] həmaqət - axmaqlıq

*[3] söhbət Fransa kralı XV Lüdovikin məşuqəsi Pompadurdan gedir. – Ş.H.

*[4] ibtal – ləğv etmə

*[5] qəsavət – rəhmsizlik

*[6] mücaz - qanuni

*[7] məmat - ölüm

*[8] mətələk - lağlağı

*[9] ədu – düşmən

*[10] ərsə - meydan

*[11] müzi – zərər verən

*[12] təşci – ürək vermə

*[13] ədna – alçaq, əksik

*[14] hüquq – burada maaş mənasındadır

*[15] Birlik göstərən adamlar zalimləri qərq edər, parlaq fikirlər məşəli-qan ilə sönməz.

*[16] röb – qorxu, xof