Məqalələr

İRAN MƏKTUBLARI

RƏŞTDƏN

(xüsusi müxbirimizdən)

Rus kazakları

Rus kazaklarının Rəştə gəlmələri münasibətilə höküməti-müvəqqəteyi-məşrutə ilə düvəli-xarici konsulları arasında böyləcə sual və cavablar olundular.

Əncüməni-əyalətiyi-Gilan və Sipəhdari-əzəm tərəfindən ingilis, osmanlı, alman, ötriş*[1] və rus konsullarına verilən sual:

Bütün süfəra həzaratı və düvəli mütəməddinə təbəəsinin xatiri-mübarəklərindədir ki, İran milləti özünün qəsb olunmuş hüququnu alıb da hürriyyət yolunda mücahidə etdiyindən səhhəti-əməli özlərinə əsas etmiş və ediyorlar və İranın bütün nüqatında bu imtahanları vermişlərdir. Və xüsusən Gilanda bu vaxta qədər heç bir xarici təbəəsinin malına, canına, heysiyyət və şərəfinə Gilan milləti tərəfindən bir təcavüz olunmamış və gecə-gündüz səy və ehtimamları həm budur ki, böylə bir şey olmasın və düvəli-xaricənin ticarət işləri məəttəl olmasın. Və Rəştdə olan bütün düvəli-xariciyyə konsullarından, hətta dövləti-bəhiyyeyi-rus konsulundan belə razılıq olduğu halda, rus dövləti tərəfindən 40 nəfər kazak, 2 ədəd pulyemot ilə bərabər biduni-ittila və icazə Gilana daxil olmuşlardır. Halbuki məhərrəmin 16-sından bu vaxtadək bir nəfər rus təbəəsinin hüququna əbədən təcavüz edilməmişdir. Hər bir dövlətin üsul və hüququ xaricində olan bu hərəkət böylə bir mövqedə millətlərin səbəbi-həyəcani olub fövqəladə zəhmətlər törədə bilir.

Lihaza təmanna ediyoruq ki, bu növ zəhəmati-fövqəladə ola bilən iqdamat və hərəkatdan cilovgirlik edib, milləti-İrani səbəb və anat özlərindən rəncidə etməsinlər.

“GİLAN ƏNCÜMƏNİ-ƏYALƏTİSİ”

Osmanlı şəhbəndərinin cavabı

Gilan əncüməni-əyalətisi ümənasının hüzuri-damətbərəkatü-hümlərinə, ümənayi-əncüməni*[2]-müqəddəsi-Gilani, Gilan millətinin öz hüquqi-mənsübəsinin hifzi xüsusunda ibraz etdiyi həyəcani-millisi barəsindəki məhərrəmül-həramın 16-sından bəri vaqe olmuşdur, osmanlı təbəələrinin dediyi budur ki, Rəştdə müqim*[3] olan osmanlı təbəələri ibtidadən ta halə kimi kamali-rahət və əmniyyətdə olub və onlara heç bir zərəri-şəxsi və ticarəti yetməmişdir. Bəlkə hər vaxt öz haqq və hüquqlarını kəmali-ehtiram ilə ümənayi-əncüməni-əyaləti tərəfindən mühafizə olunduğunu görmüşlər və görürlər.

Ümidvaram ki, cameiyyəti-islamiyyəyə məzhər olan və əşxasi möhtərəmlərin iqdamati-kamilanələri sayəsində bu xaxta kimi göründüyü kimi, bundan sonra dəxi heç bircə təərrüz olunamayacaqdır. Ümumi-təbəəyi-osmani naminə həzəratın bu şiyveyi-mərziyyələrinə qarşı bil-imtina səmim qəlb ilə izhari təşəkkür edirəm.

Vəkili-şəhbəndəri-Osmani.

Rus general konsulunun cavabı

Sipəhdar hüzuruna

Fədayət şəvəm, ikii tuğra mərqumeyi-şərif ki, əncümən paketləri möhtəvisi idi, vasil oldu. Və kəmali-ehtiram ilə mülahizə olundu. Kazaklar və iki ərradə*[4] topun vürudu barədəsində tövzihat istəmişdiniz, zəhmət veriyoram ki, kazakların vürudi düstdarın dövləti-mətbuəsinin övliyayi-dövləti əmri ilə uraya varid olub. Gərək müvafiq dəstürüləməl Əlahəzrət imperatori-konsulxanasında mütəvəffiq olsunlar. Vəli dustdar öz tərəfindən təsdiq ediyoram ki, bu müddətdə həzarati-məşrutətələblər rus dövləti-bəhiyyəsinin  hifzi-hüdud və hüququ dərunda sai və cahid olmuşlar. Və bəlkə onların barəsində həmə növ müraati-laziməni mənzur etmişlərdir. Amma əfsus ki, şose yolunda etidal yolu ilə hərəkət etməyib və etməməkdədirlər. Necə ki, Bəsiri-Xaqani özü ilə hər qism sifarişati-məxsusə əncümənin təminnaməsi olduğu halda, Tehrana hrəəkət etməyi əsnadə onu yolda tutub, təərrüzatda bulunmuşlar. Və hərgah konsul fərraşı onunla olmasaymış onun barəsində sui-qəsd icra olunacaqmış. Əlavə rus postu və konsulgəri-abirini qanunə xilafən təfəhhüz və təcəssüz ediyorlar. Halon ki, şosse yolunun imtiyazları dövləti-bəhiyyeyi rus kargüzarlarının vəzifəsidir. Heç bir vəch ilə bu günə iqdamat etməyə haqları yoxdur. Və hərgah bu məsələni moquf və mətruk etməsələr, ehtimal var ki, kazak və qeyrənin iddəsi daha da artırılsın. Hər surətdə kazakların vürudi ümurati-daxiliyyəyə müdaxilə etməyə mərbut deyildir. Və əbədən baisi-iztirab və təzəlzül olmamalıdır.

Məhəlli-möhr general konsul

Alman vis konsulunun cavabı

Əncüməni-Gilan, xatiri-möhtərəmləriniz müsəxxər olsun! Cavab nömrə 529. Məhərrəmin 16-sından ta bu günə kimi dövləti-fəximeyi-alman rəiyyətlərinə heç bir zərər və ğəramət olmayıbdır.

Alman və ötriş dövlətlərinin vəkili konsulgərisi

İngilis konsulunun cavabı

Gilan əncüməni-əyaləti-müqəddəsənin ümənası, xidmətizi kəriməti-damətbərəkatühüm, əncüməni-möhtərəmin barəsində sübut olan o mətalibdən müstəhzər oldum. Dövləti-fəximeyi konsul-gərisi, dövləti-mətbuəsi əttibbainin hifzi-hüquq barəsində əncüməni-müqəddəsin ibraz etdiyi məsaidən kəmali-imtinan və rizaiyyəti olmuş dəvairdir. Məgər iki məsələdə ki, biri məhərrəmin 17-sində sübh konsulgəri fərraşı olan birinin öldürülməsi və digəri cənabi-vəkilüddövlədən ianə rəsmi ilə 125 tümənin mütalibəsi.

Məhəlli-imza

Bu sual-cavabdan anlaşıldığına görə bütün dövlətlərin nümayəndələri tazə inqilab üsuli-idarəsindən izhari-rizayətdən başqa bir şey ibraz etməmişlər və edə də bilməzlər əbədi. Fəqət bu cavablarda mövcibi-qeyd və təzəkkür bir şey varsa, o da əvvəla, rus general konsulunun yazdığı cavabı qeyri-rəsmi surətdə dustanə yazmış və fədayətşəvan ünvanı ilə başlamışdır. Yəni hənuz bu höküməti-müvəqqətəni konsul cənabları rəsmən tanımamışdır.

Fəqət qeyri-rəsmiliyi rəsmiyyətə döndərməyə müşar ileyh konsul cənabları əncümən və Sipəhdarın izharatından sonra məcbur olmuşdur. Saniyən, rus və ingilis konsulları izhari-mənəviyyətləri ilə bərabər hərə bir-iki qeydi-etiraz dəxi etmişlər. Lakin “əz bərayi-xali nəbudəni ərizə” qeyd etdikləri bu etirazlar səthi bir mülahizə ilə görünür ki, etiraz maddəsi əsla olmadığı üçün surətən bir nümayiş etmək istəmişlər. Etirazın biri Bəsiri-Xaqan barəsindədir. Halbuki, Bəsiri-Xaqanın rus dövlətinə əslən dəxli yoxdur. Zira İran təbəəsidir. Onun rus konsuluna mədxəliyyəti ancaq konsulxana fərraşına həmrah olduğu dərəcəsindədir, artıq bir şey deyildir. Şosse yolu məsələsi yalqız bir iştibahkarlıqdan ibarətdir. Zira heç bir vaxt rus postası təfəhhüs və təcəssüs edilməmişdir. Təcəssüs olunsa rus qırması altında rus işi görülməsin nöqteyi-nəzərindən olmuşdur. Yəni rus fərraşı axtarılmışdır ki, İran kağızları həml edilməsin. Məlumdur ki, belə bir diqqətdən rus malüt-ticərasinə şosse yolunun əmniyyət və asayişinə heç bir rəxnə toxunmaz və hüdud hüququ mühafizə etmək üzrə 40 kazak və 2 pulyemotun vürudu icab edəməz!... Yox, əgər bu iqdamat (keçi suyu bulandırma) qəbildən isə o bir başqa məsələdir. Gələk ingilis konsulunun etirazlarına. İngilis konsulu dəxi bu etirazlarında haqsızdır. Çünki, nişan verdiyi hər iki nəfər İran təbbəsidir, ingilislərə dəxli yoxdur. Dəxilləri varsa, ancaq o dərəcəyədəkdir ki, bu adamlar ingilis konsulxanasının müstəxdimləridir. Əcəba, başqa bir dövlətə müstəxdim olmaq əsas dövləti-mətbuəsinin daireyi-nüfuz və təhkimindən xaric edərmi?... Zatən düvəli-müəzzəmə nümayəndələri istibdad dövründə öylə bəslənmişlər. Onlar ümuri-daxiliyyənin hər bir cüziyyatına varıncaya qədər müdaxilə etməyə alışmışlar.

İştə bu etirazlar da o ruhun tətimməsidir. Xub, varsın öylə olsun.

Aya bundan ötrü lazım gəlirmi ki, dəstürüləməl üzrə konsulxanada saxlanıb dayanmalı olan kazaklar şəhərin küçələrində nümayişkarana surətdə gərdiş edib xalqın həyəcana və fəsad fövqüzzəhmə törətməsinə səbəb olsunlar?!...

Haman bu cəhətlərdən illətsiz və səbəbsiz nümayişlərdən bizar olan əhali, bugünkü martın 130üdür, axşamüstü Sizə meydana cəm olub kazakların vürudunu mətrəhi-müzakirə elədi.

Natiqlər atəşin və kəskin nitqlər ilə milləti-İraniyyənin istiqlali-milli uğrunda fədayi-can etdiklərinin bütün düvəli-xariciyyə tərəfindən qəbul olunmasını qeyd edərək, hürriyyəti-milliyyə istehsalı qəsdilə mücahidə etməkdə olan İran inqilabçılarının bilümum təbəəyi-xaricə hüququna və hüduduna məvazib olduqlarını və xüsusən Rəştdə müqim bütün konsulat təqrirati-fövqüzzikrlərinə sənahən təbəəyi-xaricənin hər bir təcavüz və təərrüzdən mosun qaldıqlarını müşahidə edərək, rus kazaklarının mühafizeyi-hüquq ünvanı ilə Gilana varid olmalarında iki qonşu millətin münasibəti dustanasinə bir təkdir surəti görüb, bu qism hərakətə cüzi bir əsas və illət olmadığından yekcəhət Rusiya dövlətinin bu hərəkətindən ədəmi-rizayət izhar edib, qərar verdilər ki, bir heyəti-təsnihiyə gedib, bu xüsusda əncüməni-əyaləti ilə iradi-sual və cavabda bulunub, nəticeyi-iqdimati sabah Sizə meydanda cəmaətə elan etsinlər.

Meydana yığılmış olan cəmaət xeyli dilgir və mütəhəyyic idi. Hər kəsin simasında nəhayət dərəcədə bir etiraz və həyəcan müşahidə olunduğu, hər kəsin göftar və rəftarında müşahidə olunan etidal və hədşünaslıq dəxi mövcibi-təhsin və təqdir idi.

Bir çoxları ehtiyat ediyorlardı ki, bu mitinqdə bəzi əşxas cəmaətin həyəcani-təbindən istifadə fikrinə düşər də, bir fəsad çıxarar. Amma mitinqin kəmali-sükut və nizam üzərə qurtarması bildirdi ki, həqqini-mütalibə etməyə istihqaq ibraz etmiş olan milləti-iraniyyə bu qəbil fəsadlara məzhər olmağa artıq müstəid deyildir.

Müdaxilə məsələsi

Burada rus, ingilis Türkiyə dövlətlərinin İran işlərinin üzanmasından naşi artıq ticarətə yetməkdə olan zərərlərə qatlaşmayıb, işə müdaxilə etmələri barəsində nəşr olunmuş olan xəbərlər, nəhayət dərəcədə təsir etməkdədir. Lakin bu şayiələr mücahidini-rahi-hürriyyəti ruhdan salmıyor, onlar buna etiqad etmişlərdir ki, ihqaqi-həqq etmək üzrə qiyam etmiş olan bir milləti artıq məhkəmeyi-zənciri-əsarətə çəkəməz. Onlar ya bilmərrə ölüb qurtararlar, yainki məqsədi-müqəddəslərinə nail olarlar. Bu iki mətləbin arasında üçüncü bir məqsəd daha yoxdur.

Müsye Baranovski

Tehran səfarətinin tərcümani-əvvəli olan müsye Baranovski neçə vaxt bundan əvvəl Peterburqa çağrılmış idi. Bu günlər Peterburqdan Tehrana qayıtmaq üzrə Rəştə daxil olmuş Sipəhdar ilə mülaqatda bulunmuşlardır. Məzkur əsnayi-mülaqatda Sipəhdara demişdir ki, o Tehrana rus səfarətindən ötrü tazə bir dəstürüləməl aparıyor ki, o dəstürüləməl üzrə rus səfarəti-iki-üç həftə ərzində şahı sıxışdıracaqdır ki, qanuni-əsasini olduğu kimi elan etsin. Hər ayinə şah istadəlik göstərərsə, o halda ruslar məcbur olacaqlar ki, işə müdaxilə edib, məmləkəti sakit etmək üçün qoşun daxil etsinlər.

Sipəhdarın sualına ki, “ingilislər buna necə razı ola bilərlər”. Müsye Baranovski cavab vermiş ki, ingilislər bu vaxta kimi müştəbeh idilər. Biz onları iştibahdan çıxarıb, bizə yetişən ticarəti zərərlərin mafövqündən keçdiyini onlara sübut etdik. Onlar daha artıq müdaxilə məsələsinə müqabilə etməyəcəklərdir.

Tehran səfəri

Burada kəmali sürət ilə səfərinə hazırlaşıyorlar. Təbriz ilə bu xüsusda müxabiratdadırlar. Ətrafdan fövc-fövc köməkdir ki, gəliyor. Qəzvin müstəiddir ki, cüzi bir hərəkət olcağın məşrutəçilərə təslim olsun. Onun təslihi iki-üç günün məsələsidir. Sipəhdar özü hazırlanır ki, Qəzvinə tərəf hrəəkət etsin. Karganəruddan iki yüz atlı çıxıb Rəştə gəlməkdədirlər. Bu gün onların pişvazına adamlar göndərildi. Keçən il dəxi qabaqda xəbər verdiyimiz üzrə boş-boşüna mücahidlərə qoşuldular. Millət qüvvəti günü-gündən artmaqdadır. Dövlət hazırlığından isə hələ bir xəbər yoxdur. Məgər inki bu axır günlərdə bir xəbər var idi ki, 500 nəfərdən artıq piyada və süvari Qəzvinə varid oldular.

Tehranın halı

Buraya gələn xəbərlərə görə Tehranın halı xeyli məğşuşdur. Qafqazlı adı bura hökümət dairələrindən ötrü Əzrail adından daha müdhiş bir sürət almışdır. Hökmi-əkid verilmişdir ki, şəhərə varid olanlar artıq dərəcədə təcəssüs olsunlar. əgər bir nəfər qafqazlı şəhərə gələrsə, onun əhval və rəftarından nəhayət dərəcədə müvazib olsunlar.

Tehrandan gələn rəmzi nəviştələrdən göründüyünə görə Baği-şahi mühafizə etməkdə olan qoşun və kazaklar 250 nəfərdən artıq deyildir.

Məşrutə xəbərləri

Tehrandan elani xüsusunda verilən xəbərlərə burada artıq bir ziştbinlik ilə baxmaqdadırlar. “Şah məşrutə elan ediyor” sözünün altında İran milləti böyük bir fəlakət hiss ediyor. Çünki şahın məşrutə verməyə müstəid olmağına daha kimsə inanmıyor. “Görəsən yenə nə hiyləsi var” – diyor.

“Tərəqqi”, № 60, 23 mart 1908

*[1] ötriş - Avstriya

*[2] ümənayi-əncüməni - əncümənin yüksək rütbəli adamları

*[3] müqim - oturan

*[4] ərradə - araba