Məqalələr

ÇİN MÜSƏLMANLARI

Bu günlərdə islamiyyətin pərtövü Əqsa Şərqdə*[1] işıqlanıb şəşə əndaz*[2] olmaqdadır. “İslam qılınc gücü ilə rövnəq tapıb” – detən həriflərin nəzəri-bədbinlərini İngiltərə məmalikində Abdullah Gilyomlara, Yaponiya ölkəsində Həsən Tyutinlərə cəlb edib Çin müsəlmanların görməyə ətf*[3] ediyoruz. Çin məmləkətinə əsakiri-islam vasitəsilə din aparıldığını heç bir tarix göstərmiyor. Lakin hal-hazırda Çin plkəsində 60-70 milyona baliğ əhli-islam olduğu qəzetlərin ən müsəvvət və ən doğru olan xəbərlərindəndir.

Bu məqalədə qeyri bir məsələlərlə məşğul olmayıb ancaq Çin müsəlmanlarının əhval və övzalarından şəmmə əxbar etmək niyyətindəyəm.

Tehranda nəşr olunan mötəbər “Ədəb” cəridəsində (Levant Herald) qəzetəsində nəqlən atidəki təfsilat yazılıbdır:

“Doktor (İyeruzalem) öz səyahətində Çin müsəlmanlarının əhval və övzasına bələd olub deyir ki, sabiq Yunan Çin müsəlmanlarının mərkəzi hökmündə olubdur ki, bəzi keçmiş asar bunu isbat ediyor. Bu gün orada çoxlu müsəlman kəndləri mövcuddur.

Doktor deyir ki, mən həm müqayisə xəyalı ilə həmin kəndlərin mühümlərinə varıb onları ziyarət elədim. Qeyri Çin məmləkətinin daxilini səyahət edən səyyahlar kimi mən də onların istiqamətlərini*[4] və hüsni-əxlaqlarını təsdiq edirəm. Hər halda çinlilərin məhəbbəti-milli və ülüvvi-hümmətlərini inkar etmək olmaz.

Budda məzhəblər və müsəlmanların arasında olan əxlaq və adətin ziddiliyini görüb, onların əxlaq və adətlərinin ovsafi-mütəmayizəsində müxtəsər bir mülahizə kafidir: Yunnan müsəlmanlarının çoxu ziraətə məşğul olub kəmali-şövq və vəcdi-diqqəti-tamamilə ömürlərini ziraət sənətinə həsr edib bu fənndə xeyli tərəqqi etmişlər. Müsəlmanlar çox mehriban olub mehmannəvaz və həlimdirlər. Bu kandləri seyr etdiyim halda müsəlman üləmaları tərəfindən hüsn qəbula nail oldum. Bu kəndlərdə müsəlmanların ətfal tərbiyəsinə olan himmətləri yenə nəzər-diqqətimi cəlb etdi və halon ki, onların buddaməzhəb qonşuları tamamən cəhalət dəryasına qərqdirlər. Bunun da əlavə əfyun (tiryək) işlətməklə öz xanimanlarını viran ediyorlar. Nəzafət və paklıq ki, müsəlmanların xanələrində gördüm məni heyrətə saldı və bərəks buddaların mənzillərində napaklıq və ədəmi-təharət hökmfərma idi. Məhəllikar və dəstikahları görüb müsəlmanların qənaət və nəzafətlərini rayuleyn*[5] gördüm, amma sair çinli əmələlər napak tanparvərlikləri ilə tez tanınırlar.

Müsəlmanlar təbiblərin nəsihətlərindən istifadə edib lazım gələn tədbirlərin həsihətlərindən istifadə edib lazım gələn tədbirlərin tədbiqində ehmal və təkasül etmiyorlar. Amma buddalar azarı maddeyi-mənəviyyə hesab edərək heç vaxt tədavü etməyə çalışmıyorlar və mütləq şəfanı buddadan istida ediyorlar. Lihaza*[6] onların vəfatı müsəlmanların vəfatının on müqabildir.

Xülasə, “Yunan” islamları arasında müntazam bir həyat cari olub, hüsni-əxlaq və istirahəti-ruh və fəziləti tam bərqərardır”.

Görünür ki, Çin müsəlmanları yalxu qonşuları buddaları deyil, hətta bizim ölkələrin müsəlmanlarından da təfəvvüq etmişlər. Yəqin onlar ruhi-islami əldən buraxmayıb bəzi alimnüma cahillər bəlasına giriftar olmamışlar.

Bu vaxta kimi bizə görə aləmi-qeybətdə qalmış çinli qardaşlarımızdan ibrət almalıyız, dəxi azarlayanda bəzi şəbədəbazlıara allanmayıb dinimiz buyurduğu kimi ətibbalara*[7] ricu etməliyiz.

Ey çinli qardaşlarımız! Məbada, məbada bu şəbədəbazları aranıza qoysanız ki, sizləri də bizlərin gününə salarlar.

M.Ə.R-zadə
“İrşad”, № 59, 3 mart 1906

*[1] Əqsa Şərq – Uzaq Şərq

*[2] şəşə əndaz – şüa saçmaq

*[3] ətf – hüsn, rəğbət

*[4] istiqamətlərini - vicdanlıqlarını

*[5] rayuleyn – gözlə görmək

*[6] lihaza – buna görə

*[7] ətibba – təbiblər