Məqalələr

AÇIQ TERROR

Kim olması məlum olmayan bir şəxs tərəfindən Nobel firmasının injineri cənab Maksimova atılan bir güllə böyük küy-kələklərə səbəb oldu. Bu bəhanə ilə Nobel firması iləridə etdiyi elamnaməsinə görə 200 nəfərə kimi fəhlələri qulluqdan ixrac edib. Canini verməyincə işə qəbul olunmayacaqlarında israr etdi. Firmanın iləridə elan etdiyi bu idi ki, hərgah bir nəfər zavod idarəsi adamlarına təcavüz və təərrüz edilsə, bircə kontor adamlarından güc olunsa, qatil canini fəhlələr tutub verməsələr işə düşən zavod bağlanacaq və bütün əməlləri rasçet olunacaqdır.

Vaxtında fəhlələr Nobel idarəsinin bu qism təhdidnaməsinə etiraz etdilər. Onlar etirazlarında dedilər ki, fəhlə üzviyyətinin dərrakəli fəhlə cəmiyyətinin mübarizə etdiyi, çalışdığı bir nəfər iki nəfər əleyhinə deyil, bütün bir sinif və üsul əleyhinə olduğundan onlar hər bir halda istər iqtisadi, istər siyasi olsun terror ilə iş görməyi təqbih*[1] ediyorlar. Onlar bilirlər ki, onları bu günkü fəlakətli və ağır məişətlərindən qurtaran bu qism yüngülağıllı vasitələr deyil, birlik, birlikdə öz ehtiyaclarını qanıb ittifaqən iş görməkdir.

Doğrudan da fəhlələrin axırıncı məqsədləri olan yeni bir üsuli-məişətə çatmaq, səadətlə ömür keçirib, gözəl gələcəyə nail olmaq üçün müəyyən bir yol, məlum bir vasitə vardır ki, o da ümum cəmaəti bir yerə yığıb, müttəhid edib, o hər bir güllədən, bombadan və tüfəngdən qorxuludur. Bu da ittihaddan ibarətdir.

“Ari, be ittihad cəhan mitəvan gereft”.*[2]

Yəqindir ki, Nobel firması özü də bunu bilir ki, fəhlə cəmiyyətinin ayrı-ayrı şarlatanlardan hərgiz xəbəri yoxdur. Və o nəfər ilə əlaqədar deyildir. Lakin bununla belə ildə Sovet syezdin büdcəsinə milyonlar artırıb, artıq xərclər edərək xahişlərincə qoydurduqları qradonaçalstvadan istəməkləri əvəzinə fəhlələrdən tələb ediyorlar ki, onlar bu qədər istifadə olunduqları azmış kimi, bir də onların bədən mühafizəliklərini edib, polisə xidmətini aparsınlar. Və bu qəsdilə də işlərin etdiyi övzaindən mənfəətdar olan Nobel firması yuxarıdakı elanı düşmüş olan Maksimov vəqəsindən naşı əmələ gətirir.

Fevralın 2-də Nobelin Balaxanı mədənindən kənarda, yolda injenerə güllə atılır, sui-qəsd olunur. Bunun əleyhində verdiyi elana vəfa edən zavod idarəsi bütün zavodu bağlayır. 200 nəfərə kimi fəhlələri küçəyə töküyor. O saət yumatbayıb fəhlə kommissiyonu yığışıb bütün fəhlələrləbərabər qətnamə çıxarırlar ki, onların bu cinayətdən hərgiz xəbərləri yoxdur. Və istəyirlər ki, idarə onları çölə tökməsin. Çünki fəhlələrin bu işdən xəbərləri yoxdur. Fəhlə soyuzu qəzetə vasitəsilə fəhlələrin mühafizəsinə qalxıb zavod idarəsindən tələb ediyor ki, o injenerə sui-qəsdin firma fəhlələri tərəfindən olduğunu isbat edəcəyi sənədlər və sübutlar göstərsin. Idarə isə bu tələblərə, bu məktublara, bu etirazlara baxmayaraq, heç bir məlumat vermək və sübut göstərmək istəməyib, ancaq təklif edir ki, fəhlələr müqəssiri versinlər və bu təklifində israr ediyor.

Bu vəqəə Bakı qanunsuzluqlarından, Rusiya hərcmərcindən bir nişanədir. Kim olduğu məlum olmayan bir nəfər ağılsız canidən ötrü 200 nəfər məsumlar aclığa məhkum ediliyorlar.

Əvət, sərmayədarlar naməlum şəxslər tərəfindən özlərinə olunan bir hücumu əllərində beğeri-həqq dəstavuz edib, fürsəti fövtə vermiyorlar. İki yüz insanı birdən-birə çıxarıb küçəyə, aclığa atmaqdan həya etmiyorlar.

Görünür ki, bu tədbir də fəhlələri tədhişdə saxlamaqdan ötrü təzə bir üsuldur. Daima aclıq qorxusu altında saxlanılan fəhlələrin arasına təbiidir ki, bu bir bulanlıq düşəcəkdir. Iştə bu bulanlıqda balıq tutmaq asan oluyor.

Fəqət bu dəfə məsələ yaxşılıqla qurtarmışdır. İnjenerə sui-qəsd edənlər polis tərəfindən tutulub, firma fəhləlrinə dəxli olmadıqları aşkar edilmiş və beşinci promısla fəhlələrinin protestləri fəhlə soyuzunun firma tərəfindən olunan haqsız və ixtiyarsız üsulu təqbih edən qətnamələrin və fəhlələrin israr və tələbinin əsəri ilə Nobel tzəədən bağlanmış promıslanı açıb, fəhlələrin bekar qalan günlərinin muzdunu da verməyi vəd etmişdir.

Yaxşı ki, canilər polis əlinə keçmiş və məsələ də bu yolla qət olunmuşdur. Əslində isə məsələnin əsas cəhəti xeyli haqsızlıq və bidət bir işdir. Tutaq ki, ikinci dəfə belə bir iş düşdü. Polis caniləri tutmağa müvəffəq ola bilmədi. Bu qism təsadüflər azmıdır?! O surətdə əcəba bütün promısla əmələləri cəzaya giriftar olub, aclığa məhkum olsunlarmı?

İştə fəhlələri həyəcana gətirənməsələ!

İştə bir bidət ki, Nobel firması qoymaq istəyir. Məsələnin bu cəhəti fəhlələri rahət qoymuyor. Əlbəttə qoymaz da. Fəhlələr gərək bu xüsusda yekdil və yekcəhət olub, bu qism binagüzarlıqlara protest etsinlər. Onlar gərək əfkari-ümumiyyeyi qane etdirsinlər ki, bu cürə bidətkaranəliklərə lənətxan olsunlar.

Doğrudan da bu iş olduqca mənfurdur, qəbahətlidir. Bir nəfər özü işi, sənəti, hüviyyəti məlum olmayan şarlatandan ötəri qüzlərlə cəmaəti cəzalandırmaq nə qədər inad!...

Böylə bir iş heç vəch və rəva olmuyub, hər bir mülahizə ilə baxılsa, fənadır, qəbihdir, etiraz və protest etməli bir işdir, qanunsuzluqdur, insanlığa toxunar. Qanun olan yerdə bu qism tədbirlər qanuna gülməkdir.

Bir nəfər caniyə qisas etmək üçün iki yüz nəfərə cani olmaq nə böyük istibdad! Haqsızlıq!

Fəqət nə edərsən ki, Rusiyanın haləti bilümum bizim Bakı məişəti isə bilxüsus bu qism haqsızlıq və hərc-mərcdən ibarət olmuş, qalmışdır da. Haqq və ixtiyar yaddan çıxıb, meydan güc ilə qalmışdır. Meydan güc ilə qaldığındandır ki, hər qism zəlil, xəfi və qara terrorları icab edən böylə açıq terrorlar meydana qoyulunur!!...

M.Ə.
“Tərəqqi”, № 37, 16 yanvar 1909

*[1] təqbih – pisləmə

*[2] Bəli, birlik ilə dünyanı tutmaq olar.