Məqalələr

MÜSƏLMANLAR ÜÇÜN GECƏ KURSLARI AÇILDI

Çoxdan bəri müsəlmanların gec də olsa maarif, elm qədrini bilən cavanları müştağında bulunduqları gecə kurslarına izn alınıb bu gün axşam saat 6-dan Şamaxı yolunda 6 klass şəhər məktəbinin mənzilində samiin* qəbul olunacaqdır. Necə ki, sabiqdə yazmışdıq kursalrın əvvəlinci və ikinci klasslarında həqqi-təlim 1 manat 50 qəpik olub, yuxarı klasslarında 2 manat olacaqdır. Hələlik daxil olduqda 3 ayın, yəni dekabr, yanvar, fevral aylarının həqqi-təlimləri alınacaqdır.

Dərslər yəqin ki, ayın 10-da həmin məktəbdə başlanacaqdır.

“Tərəqqi”, № 120, 7 dekabr 1908

* samiin – dinləyicilər