Məqalələr

TƏLƏBƏLƏR İXTİŞAŞI

Idarə edən məhafilin*[1] trezviləri, virdi-zəbanları olan “əvvəl əmniyyət, sonra islahat” əsas indi özünü göstəriyor.

Universitetlərə verilmiş olan imtiyazat və ixtiyarat geri alındı. Könüllü qız tələbələrin darülfünundan qovulmalarına hökm çıxdı. Rusiyanın neyyiri*[2]-ülumi olan professorlara ya “hürriyyəti-milliyyə” firqəsindən çıxmaq, ya da ki, darülfünun kürsüsündən imtina etmək qayeyi-təklifi olundu.

Təbii ki, bu “islahatı” darülfünün və digər məkatibi-aliyyə tələbələri xoşluq və ürək ilə qəbul etmədilər.

Odur ki, tələbələr arasında ğələyan başlanıb, bütün Rusiyada olan universitetlər tətil etdilər.

Maarif vəziri cənab Şvars məkatibi-aliyyə dərslərinin davam olunmasına dair hökm verdi və professorlar bu hökmü müzakirə edib də qət etmişlər ki, vəzir hökmünə baxmayaraq darül-fünunlar (universitetlər) bağlı qalsın. İstədikləri odur ki, onların imtiyazatına əl deyilməsin.

Bu yaxında açılacaq Duma görək ki, bu məsələ xüsusunda nə edəcək. Görək ki, 3 ay tətil ərzində vilayətdə olub əhali ehtiyac və xahişini, rəyül-eyn*[3] görüb bilən oktyabristlər hankı tərəfə meyl edəcəklər? Firqələrindən daha solda qalan 17 oktyabr manifestinə, yain ki, sərmənzili-məntiqiyyələri olan Pleve dövrünə?..

Burasını gələcək özü bildirər. Indi isə biz ancaq deyə bilərik ki, Rusiyanı almış ətalət bir qədər gücdən düşüyor.

Əvət İran və Osmanlı hərəkatı Rusiya hərəkati-kübrasının təsiri olduğundan, o təsirin əks sədasını eşitmək qanuni-təbiidir!

M.Əmin
“Tərəqqi”, № 71, 8 oktyabr 1908

*[1] məhafilin (məhfil) – yığıncaq yeri, məclis, dərnək

*[2] neyyir – işıqlı, parlaq

*[3] rəyül-eyn – öz gözü ilə görmək