Məqalələr

NEFT MƏDƏNLƏRİ

Bu axır zamanda neftin kasadlığı və mədənlər ilə mədənçilərin müşkül bir hala düşdüyü barəsində artıq söhbətlər olunur. Di gəl bir söhbət bu barədə nəzərə gələn vəqələr də bir növ şəhadət ediyorlar. Bu şahidlərin (yəni vəqəələrin surəti-zahirisi) həqiqətə yavuq olması, nə qədər şəkli və möhtacibəyan və istidlal isə də əvvəl gürönöşdə əsərbəxş bəyanda bulunmaları şəkkdən xali və danışıqsızdır.

Məsələ nədədir?..

Mədən zəhməti ilə sərmayə arasında olan əlaqədə qabaq ki, tarixinə nisbətən böyük bir irtica (dönüklük) görünür. Dünən baydaqi-zəfəri əllərində yüksək tutan fəhlələr bu gün sərnigüni-baydaq olaraq bir haləti-icz ilə üstlərinə edilən zərbə və həmlələri etirazsız və müqabiləsiz qəbul ediyorlar.

Fəhlə komisyonu xəbəri olmamış bir nəfər fəhhləni çıxarda bilməyən zavod idarəsi indi dəstə-dəstə, firqə-firqə olaraq bütün dərrakəli və bilikli pişrov fəhlələri rasçet edir də, bu xüsusda özünə müqabil etinaya layiq bir hiss və hərəkət görmüyor. Masterskoylar bağlanır, yüzlərcə fəhlələr işsiz olaraq küçələrə tökülür, zəhmət və məşəqqətlər üzrə hasilə gətirilən şəraiti-zəhmət və qaidələr biri-birini dalısınca olaraq təarüfsüz bu yolda birə-bir geri alınır. Nə qədər baxırsan hələ qəsbi-hüquqdur ki, gediyor. Ayrı vaxtda indiki şiddətlərin dörddə birinə qatlaşmayıb ümumi bir tətil ilə bütün mədənçiləri təhdid edən Bakı mazut qoşunu, bu tədbirlərin hamısını görür, dövrəsini alan işsizlərin heyrətli bir dərəcədə artan qədərini və ehtiyacını bilir də tən qəzayə verir, “heç bir şey olmaz” deyir.

“Heç bir şey olmaz!” – iştə Rusiyanı əhatə edən qara buludlar pərvəriş verdiyi bədbinlik!

Burasını məlum etməlidir ki, Avropa fəhlələrinin illər müddətincə, böyük zəhmətlər, mübarizələr, əziyyətlər, həmiyyətlər əvəzi olaraq hasil etdikləri şeyləri, tələbləri Rusiya fəhlələri 3-4 ilin ərzində almağa müvəffəq oldular. Avropanın hənuz bir çox böyük mövqelərində, mərkəzi ticarət və sinaətlərində belə olmayan “səkkiz saat iş günü” və qeyri bir çox fəhlə tələbləri Rusiyada mövcud oldu. Bunun səbəbi nə idi?

Rusiyada olan hərəkəti-hürriyyətpərvəranə də Rusiya füqərayi-kasibəsi müqəddimətül-ceyş olduğundan bir az müddətdə özünə siyasətcə böyük bir əhəmiyyət kəsb elədiyindən bu əzəmət və səlabəti-iqtisad cəhətinə də siyarət edib sərmayədarları “güzəştli” olmağa məcbur ediyordu. Möhkəm və layiqli dərəcədə üzviyyətlənmiş və dərrakəli bir firqəyə, dərəceyi-əql və ümrani sayəsində sahib olmadığından fəhlə dostları adı ilə adlanan bir çoxlarına sadədilanə inandığından, fəhlə sinfi irtica ilə elədiyi mübarizəsində tabavər olmayıb sındı. Təbii ki, bu sınıqlığı görən o “kazatnı”*[1] sərmayədarların əlinə fürsət keçdi.

İştə indi neft mədənlərində mədənçilər tərəfindən fəhlələrə nisbətən edilən hər nə təcavüzat və hüquqsuzluqlar varsa, hamısı haman “fürsəti” istifadə etməkdən ibarətdir.

Lakin burada bir ayrı məsələ də var ki, o da “neft kasadlığından” edilən şikayətlərə dairdir.

Mədənçilər elədikləri bu qədər təcavüzat və hüquqsuzluqları, fəryad etdikləri və hər terdə dedikləri və yazdıqları “neftdə kasadlıq vardır” - əsası ilə haqlı etmək istiyorlar. Onlar diyorlar ki, etdikləri bu tədbirlərin hamısını mədənlərin təmamiyyəti və həlakətə uğramadığı üçün ediyorlar. Mədənçilər guya ki, neftin qiyməti aşağı düşdüyündən onlar zərər çəkir və qabaqkı qaidə və şərtlər üzrə idarə etməli olsalar neft ticarəti həlakətə uğrayıb bütün mədənlər sınıq çıxar.

Mədənçilərin meydana buraxdıqları bu məsələ fəhlələr arasında və fəhlə qəzetlərində və həmçinin qeyri qəzetlərdə müzakirə olunmaqdadır. Kimisi diyor ki, Bakı neft mədənlərində heç bir kasadlıq yoxdur. Biləks mədənçilər daha da artıq mənfəət götürürlər. Ancaq fəhlələri bilümum almış olan bir bətalətdən və yorğunluqdan istifadə ediyorlar. Bəzisi diyor ki, xeyr, mədənçilər necə ki, diyorlar, kasadlıq çəkiyorlar və elədikləri təcavüzatda Bakı neft ticarətinin salamati naminə olaraq haqlıdırlar. Fəhlələrə isə bu xüsusda artıq səbr eləməkdən başqa bir çarə yoxdur. Bizim nöqteyi-nəzərimiz isə bunların hər ikisinə müxalif olub başqa bir dairədə dayanır ki, bunu da bilümum neft mədənlərinin işini və ticarətinin ozaini lazım olan bəzi edad və məlumat ilə əyan edəndən sonra nəticə olaraq bəyan etmək istəyiriz.

Bu xüsusda gələn dəfə.

Dünənki nömrəmizdə neft mədənlərini almış olan bir irticai-iqtisadiyyədən bəhs edib, hədd və dərəcəni, keçmiş və iləridə daha mühib bir surət almağı ilə təhdiddə olan işsizlik və rasçotlara fəhlələrin keçirdiyimiz dövri irticaya məxsusi bir bətalət ilə ümidsiz və köməksizlər kimi baxıb durmalarını təsvir etdikdən sonra vədə vermişdik ki, “neft mədənlərində kasadlıq varmı, yoxmu?” – məsələsini həll edib də bu dairədə öz nöqteyi-nəzərimizi bəyan edib, neft mədənlərinə gələcəkdə nə məslək tutmaq mənfəətli olacağını əyan edək.

Indiki zamanda neft mədənlərinin nə halda olduğunu bilmək üçün bu axırıncı illərdə onun başına gələn tarixini müxtəsər vəchlə olsa da lazım olan edadə üzərinə bilmək gərək.

1905-ci sənədən bəri neft mədənləri öz adi tərəqqisindən çıxıb qeyri-adi yollar ilə getməkdədir.

Həmin bu sənənin fevral və avqust aylarının erməni-müsəlman qitalları, sonradan baş verən zabastovkalar neftin çıxarılmasını 410 milyon puta kimi əskildirlər, bir halda ki, 1904-cü sənədə çıxarılan neftin miqdarı 615 milyon put idi.

1904-cü ilin dekabrında neftin qiyməti 14 qəpik, 1905-ci ilin iyununda isə 20 qəpik, avqustunda 23 qəpik, sentyabrında isə 36 qəpik yarım idi. Ancaq dekabrda 17 qəpiyə düşdü. Amma hər halda olsa da hesabi-övsət*[2] ilə neftin illik qiyməti 20,5 qəpik qərarında hesaba gəlirdi.

1906-ci ildə hasil olan neftin miqdarı 448 milyon put, 1907-ci ildə isə 475 milyon put olmuşdur.

1905-ci ildən buyana hasil olan neftin miqdarı bilmünasibə artmışsa da 1904-cü ildəkindən artıq bir dərəcədə əskik olmuşdur. Qiymətlər isə bu illərdə daha da artmışdır. 1905-ci ildə 20,5 qəpik, 1906-da 26,2 qəpik, 1907-də 28 qəpik.

Bu surətlə 1905-ci ildən tə bütün mövcibi-bəhsimiz olan dövri-irticayə kimi neftin qiyməti artha-artda idi. Hasil olan neftin miqdari-ümumisi nə qədər əskik olsa da, mədənçilərin halına təfavüt eləməyib qiymətin artması ilə təsəlliyab oluyorlardı. Qiymətin bu dərəcə bir tərəqqi ilə artmasını da bu illər ərzində neft mədənlərinə dəyən zərərlərdən bilməlidir.

Ticarət və sinaət vəziri Bakı mədənlərini söylədiyi bir təqriri-mücəssəm ilə tərif edib diyor ki: “Bakı elektrik düyməsi kimi bir şeydir ki, onun üzərinə basıldıqca bütün Rusiyaya zəngülə salıb sədalanır”.

İşətə vəzirin təsvir etdiyi bu elektrik düyməsi budur tamam üç ildən yuxarıdır ki, peydərpey neftin düyməsi basılır və 1905-ci ildən bəri neftin qiyməti müttəsil*[3] artırdı.

Lakin qeyri təbii olan bu əhval davam edə bilməzdi. Edə bilmədi də. Mədənçilər bir vaxt mültəfid oldular ki, üstündə oturduqları şaxı öz əlləri ilə kəsməkdədirlər. Yəni neftin qiymətini həddən artıq bir dərəcədə artırdıqlarından İçəri Rusiyada olan müştərilərdən əlləri çıxmağa üz qoydu. Fabrikalarında zavodlarında yanacaq olaraq neft işlədən sərmayədarlar daş-kömür işlətməyə məsləhət görüb nefti daş kömürə təviz etməyə başladılar. Dəmir yollarından bəziləri də bunlara təqlid etməyə üz qoydular. Neftin qiyməti Bakıda 1905, 1906 və 1907-ci illərinin qiyməti üzrə 25 qəpik, 26,2 qəpik, 28 qəpik olduqda, Pribaltiyski Krayda 52-55 qəpiyə çıxırdı ki, daş kömür ilə bunun arasında böyük təfavüt vardı. Pribaltik Krayın müştərisi 1905-ci ildə neftin hər bir putunda 4-5 qəpik itirir idi.

1906, 1907-ci illərdə isə daha 9-10 qəpik itirməyə başladı. Buna görə də ingilis kömürü hefti meydandan çıxartmağa başladı, neftin istemalı ihraz etdiyi mövqeindən düşdü.

Bu sayaqla 1904-cü sənədə işlənmişdi 20,7 milyon put neft, 1905-ci sənədə 8,3 milyon put, 1907-də 7,4 milyon put.

1904-cü ildə Pribaltik mahalına aparılan neftin 1907-ci ildə ancaq bir sülsü*[4] aparılmışdır.

Mərkəzi Rusiyada da həmçinin neftə antrasit və torf kimi yanacaq maddələri rəqib çıxıb, neftin bazarını sındırdı. Çünki neftin putu orada 45-46 qəpiyəolduğu halda, antrasitin hər putuna 36-37 qəpik öərc çıxırdı. Yəni, neftdən 9 qəpik ucuz. Torfla bu qaidə ilə Moskvada, ələlxüsus Orexovo-Suyev manufaktur zavodlarında qiyməti dərəcəsiz halda qalxan nefti təhdidə başladılar. Adətdən kənar olan bu qiymətin nətaicini vəxim görən mədənçilər, gələcəyi dəhşətli olan bu vəqəəni düşündülər. Bu 3 ilin ərzində mişarladıqları şaxın üstündə oturduqları bir şax olduğunu gördülər. Çarəsinə başladılar. Çarəsi nədir?

Neftin qiymətini o dərəcədə açağı salmaq ki, İçəri Rusiyada daş kömür, torf və antrasit kimi məvaddi-ihraqiyyə*[5] ilə rəqabət etmək mümkün olsun.

67-ci nömrəmizdə dedik ki, mədənçilər əllərindən getməkdə olan bazari-mətai saxlamaq üçün məcbur oldular ki, neftin qiymətini aşağı salsınlar.

Neftin qiyməti aşağı salındı. Gərək öylə də olaydı. “Sovet syezd”in statistikası ilə (ehsası ilə) aşkar edilmişdir ki, torf, antrasit və ələlxüsus daş kömür kimi neftə rəqabət edən məvadd ilə mübarizə etmək və neftin İçəri Rusiyada itirməkdə olan müştərilərini geri qaytarmaq üçün lazımdır ki, neftin Bakı füruşi 20-21 qəpikdən yuxarı olmasın.

İndi gərək ki, 35-37 qəpikdən 20-21 qəpiyə tənəzzül edən qiymət mədənçiləri zərərlə işləməyə vadar ediyor, ya yox?..

Bunu bilməkdən ötrü lazım gəliyor ki, neftin mədənçilərin üstlərinə tamam olduğu qiyməti bilmək, bunu isə “Neftyanoye delo” və qeyri statistik məlumatdan anlaşıldığı üzrə 10 qəpikdən artıq güman etmək olmaz.

Hər vaxt və zamanı istərsəniz götürün nedtin putu olmayıb ki, 10 qəpikdən artıq mədənçilərə tamam olsun.

Burasını təhəqqüq edəndən sonra mədənçilər və “Sovet syezd”in “Neft mədənçiləri həlakəti” və “dəhşətli kasadlıq” barəsində çıxartdıqları dad-fəryad elədiklərinin bilmərrə nahaq olduğu aşkar olar. Neft mədənləri indiki qiymət əskiltisindən bilmərrə “həlakətə uğramaq dərəcə”də zərər görmüyorlar. Hərgah mədənçiləri qışqırdan bir “zərər” və səbəb varsa o da qabaqda qazandıqları və aldıqları hədsiz mənfəət prosentini adi bir surətə keçməsidir. Çünki yuxarıda göstərilən hesablar üzərinə neftin indiki qiyməti olan 20 və 21 qəpiklə belə mədənçilər 50 prosent və daha artıq mənfəət götürməkdədirlər.

Söz yox ki, bəzi xüsusi firmalar bu cərgədən kənardırlar. Həqiqətülhal zərər edən bir neçə mədənlər də var. Lakin onların səbəbini ayrıca, xüsusi şeylərdə və öz idarəsizliklərində aramalıdır. Bizim dediyimiz isə neft mədənlərinin bilümum hamısı barəsindədir. Zatən ümumən bir mədəniyyat və ya bir promışlennostun övzai-iqtisadisini təyin edəndə tək-tək idarələri götürmüyüb bərhəmrəftə*[6] hamı idarələri alarlarda, tədqiq edərlər: yoxsa zərər edən bir neçə idarələrə müqabil artıq-artıq mənfəətlər götürən firmaları da qaddan çıxarmamalıdır.

Mədənçilərin fəhlələrə nisbət büruzə verdikləri şiddət isə məlumdur. Keçmiş müsaidət günlərində fəhlələr işğal etdikləri bir mövqeyi-siyasidən nə dərəcədə istifadə edir idisələr mədənçilər də indi haman surətlə hazırdakı əhvali-ictimaiyyə və siyasiyyədən istifadə etməyi təxirə qoymuyorlar.

Bu qədərəcən bəyanatdan sonra və mümkün dərəcə tedadi*[7]-edad*[8] bədində əvvəlki məqaləmizdə vədə verdiyimiz neft mədənlərinə dair nöqteyi-nəzərimizi bəyan edək:

Neft mədənləri – ümumən mədənçilər mənabeindən əxs olunan hesablar üzərinə olaraq hökm etmək olar ki, hərgiz həlakətə uğramıyor və həmçinin neft keçən sənələrə nisbətən hiss ediləcək bir dərəcədə qiymət tənazülünə məcbur olduğundan naşi “neft mədənlərinin irəlikindən daha artıq mənfəətdə olduğu”  barəsində irad olunan təsəvvüründə vahi*[9] və əsassız bir şey olduğuna fitva verilir.

Pəs neft mədənlərini bu günkü ğəlğəli bir hala salan nədir? – Neft mədənləri bir dövrü-təbəddüldədir. Irəliki haqsız, hesabsız, əsas və üsulsuz bir yolda həm sərmayədarlar və həm fəhlələr tərəfindən qayət tamahkaranə edilən surəti-idareyi-rəftari qeyri-adi olan cəddeyi-tərəqqisindən çıxıb adi əsası və üsulu bir halə düşmək üzrədir. Neft mədənləri ümum Avropa üsuli-iqtisadi üzrə məişət sürməyə yürüməkdədir. Bu qədər ğələyanlar, bu qədər binagüzarlıqlar, bu qədər küy-kələk və mərəkələr də hər bir dövrü təbəddülə müxtəss*[10]-xavassi-təbiilərdəndir.

Bu təbii bir təbəddülün qurbanı olaraq keçmişdə təməhkarlığı və üsulsuzluğu adıt edilmiş “və eninə-uzununa” baxmayıb “şələ bağlaməş” olan firmalar adətdən kənar bir haldan, adətli bir hala keşmək yolunda olan bu “təsfiyeyi iqtisad” nəhrində qərqə olmağa məhkumdurlar ki, gördüyümüz məğrurlar da bu qəbildəndirlər.

Müxtəsəri bu ki, neft mədənləri adi bir surətə keçməkdə olub, kəsadlıq, həlakət, fəlakət kimi müdhiş şeylər olmadığı kimi keçmişdə olan tamahkaranə mənfəətlərə qayıtdı da yoxdur.

Neft mədənləri adi bir surətə keçdikcə Avropa üsulu və tərzini qəbul etdikdə mədənlərdə işləyən zəhmətkeşlərin sərmayədaran ilə etdikləri mübarizə də gərək şəklini dəyişdirib Avropa üsul mübarizəsini qəbul eləsin.

Köhnə tamahkaranə mənfəətlərə bir də qayıtdı olmadığı kimi, köhnə üsuli-mübarizəyə təvəssül etmək də qeyri mümkündür. Bundan belə neft mədənlərində başqa bir məişət başlanır ki, bu məişətə də fəhlələr gərək özlərini hazırlasınlar.

Bundan sonra gələcəkdə olan zəhmət və sərmayə mübarizəsi böyük təcrübələr, biliklər, ittifaqlar istəyəcəkdir. Keçdi o vaxtlar ki, fəhlə qismi cüzi bir hərəkət və nümayişlə külli şeylərə və tələblərə müvəffəq olurdu. İndi başqa bir zaman gəldi. Başqa da bir üsul götürməlidir.

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 66, 67, 74;
1, 2 və 12 oktyabr 1908

*[1] казать – gözə görünməyən

*[2] hesabi-övsət – orta hesab

*[3] müttəsil – ara vermədən, daim

*[4] süls – üçdə biri

*[5] məvaddi-ihraqiyyə - yanacaq materialları

*[6] bərhəmrəftə - birlikdə

*[7] tedad – sayma, sadalama

*[8] edad - hazırlama

*[9] vahi – mənasız

*[10] müxtəss – məxsus