Məqalələr

TƏŞƏKKÜR

Müdir əfəndi!

Təvəqqi edirəm ki, qəzetənizin bir güşəsində zeyldəki* təşəkkürümüzə yer verəsiniz.

“Nicat” maarıf cəmiyyəti adından, cəmiyyətin fəqirü-biciz mütəllimlərə mənzil vermək məqsədilə açdığı pansiyona ianə məsərrəti olmaq üzrə hümməti-cavanmərdanə bəzl həmiyyətməndanə də bulunub ayda 25 manat (ildə 300 manat) verən cənab Dadaş Məhəmmədov kantoruna təşəkkürati-səmimanalər edərək, əmin oluyoram ki, o cənabın bu timsali-xeyrətməndanəsi qeyri-ərbabi-səxavətlərimizdə dəxi bir hiss ianət oyadar.

“Nicat” maarif cəmiyyəti sədri:
Məhəmməd Əmin Rəsulzadə
“Tərəqqi”, № 56, 19 sentyabr 1908

* zeyldəki – burada aşağıdakıları deməkdir