Məqalələr

İRANA DAİR

TƏBRİZ ƏHVALATI

Xüsusi müxbirimizdən

Bir həftədir dava olmuyubdur, ancaq iki gecə bir neçə saət şiddətli atışma oldu da Dəvəçi məhləsinin adamları irəliləyə bilmədilər və geri oturdular. Və bu günlərdə məşrutəçilər nəhayət dərəcədə qüvvətləndilər. On min nəfərdən ziyadə millət tüfənglisi şəhərin tamam ətrafında səngərlərdə gecə-gündüz hazır və amadədirlər. Və şəhərin çox yerlərində toplar qoyublar. Hansı bir tərəfdən hökümət qoşunu hücumavər olursa, qabağını saxlasınlar.

“Ərk”in ətrafında tazə səngərlər qayırıb, milli sərbazlar mühafizə edirlər. Ləştihar etdiyinə görə “Ərk”də o qədər dava tədarükü vardır ki, illər ilə millət dava edərsə, tədarük qurtarmaz. Gün-gündən milli sərbazlarının ədədləri artmaqdadır.

Pişnamazlar, tüccarlar məşrutəçilərin tərəfinə keçiblər, minlərcə adamlar hər gün əncümən əyalətinə gedib, təbrik və əncüməni-əyalətidə millətpərəst ürəfalardan on iki nəfər vəkil intixab olunubdur, neçəsi köhnə vəkillərin fədakarlarındandır, şəhərin cəmi-ümuratı əncüməni-əyaləti də tərtib olunur. Və əncamə götürürlər və əlavə Təbrizdə tazə təyin olunmuş Eynüddövlə neçə gündür gəlibdir şəhərin iki-üç verstliyində sahibi-divan bağında mənzil edibdir və əyalət əhlindən atlı cəm edib, orada ordu qurubdur. Neçə dəfə şəhər vəkillərindən və əyanlarından və tüccarlarından hüzuruna istəyibdir, şəhəri nə yolda islah olmağın söhbət edibdir və şəhərə gəlməyə ona mane olmamağı tələb edibdir. Məşrutəçilərin tələbinə qarşı deyibdi: “Mən gəlmişəm şəhəri və ətrafı əmniyyət edim, məşrutə barəsində mən danışa bilmənəm!”. Dünən əhali hər məhlədən əncüməni-əyalətində cəm olduqdan sonra, vükəlalar tərəfindən Hacı Şeyx Əli Əsgər, Mühacir Qarabaği əhaliyə xəbər verdi ki, hakim tüccarları hüzuruna istəyibdir. Ancaq vükəlaların qərarı budur ki, bu gün 2 nəfər heyəti-millət tərəfindən Eynüddövlə hüzuruna qanuni-əsasidən neçə fəsl yazıb, aparsınlar və qanunların bir fəslinin məzmunu budur ki, hakimi-şəhər darüşşura təsdiqi ilə gərək olsun və hakimə təklif etsinlər. Əgər hakim müvafiq qanuni-məşrutə rəftar edəcəksə, əvvəl gərək Rahimxanı atlıları ilə və qeyri atlı və sərbazları şəhərdən kənar etsin. İslamiyyətdəki, irticaiyyun rəişlərini şəhərdən təbid*[1] etsin və özü də tək gəlmək istəsə, qəbul edərik, vallah, qeyri təriq ilə gəlmək istəsə, qəbul etməyib və şahı da tanımarıq. Və əhvali öz rizayətləri*[2] ilə “İclalülmülk” “cənab Şərifzadəni” heyət qərar verdilər. Bə hakim tərəfindən heyət gətirdiyi məktubu bu əün Samsunxan məscidində əhaliyə oxuduqda, əhali hakim tərəfindən bizə hiylələr olur! – deyə qərar qoydular və dübarə heyət göndərib, axırıncı sual-cavab olaraq öz tələblərinə qəti cavab istəsinlər və məsciddə olan üləmalar tüfənglər götürüb, Nəcəf üləmalarının fitvasına görə özlərinin istibdad əleyhinə cihad etməklərini hazır olduqlarını xəbər verdilər. Əhali, tüccarlar da bunlar ilə bərabər tüfəng götürməklərini xahiş etdilər. Və əlavə əncümən qərar etdi: gərək hakimin yanına əncüməni-əyalətindən və sərdari-milli Səttarxandan biizn getsə, mane olsunlar və əlavə iki gün bundan əqdəm bazarda olan hər iki tərəfin tüfənglərini bir-biri ilə görüşüb, öpüşüb bir-birlərinin səngərini gəzib, çay içirlər və qərar qoyurlar barışıq eləsinlər. Dəvəçi tüfəngçiləri məşrutəçilərə diyorlar: “islamiyyə” rəisləri bizləri yoldan çıxarıblar, şimdi biz istəyirik əncüməni-əyalətiyə gedib qardaşlarımız ilə barışıq və oradaca iyirmi nəfərə qədər tüfəngli öz tərəflərindən əncüməni-əyalətiyə göndərirlər və onların içində imam cümə nökəri Hacı Seyid Hüseyn də bərabər var imiş.

Və əlavə diyorlar sabah cəmi Dəvəçidə olan tüfəndlilər də əncümənə gəlib sülh edirik.

Bu işə məşrutəçilər əhəmiyyət vrməyib, Eynüddövlə tərəfindən olan hiylə hesab edib, əhaliyə bu barədə huşyar olmaq lüzumunu xəbər verdilər. Guya hakim hiylə ilə məşrutəçilərin içinə dəvəçiləri qarışdırıb, Ərkəə yol tapmaq istiyormuş.

Və əlavə dünən Rastə küçə məhləsində bir nəfər Hacı Cəlil nam Mərəndi məşhur fərş-füruş ki, sabiq əncüməni-əyaləti vükəlalarından idi, tüfəng ilə öldürüblər. Bu adam millətpərəst olmuyub, irticapərəstlər ilə əlaqəsi var imiş. Bəziləri də deyirlər ki, şəxsi ədavətə görə öldürüblər.

Bir həftə bundan əvvəl Əhrab məhləsinin naibi məşhur Kərbəlayi Məhəmməd Əlvat ki, irticaiyyun tərəfdarı idi və Əhrab məhləsinin mücahidlərinə mane olurdu, tüfəngləri alırdı və milli ianələrinin Əhrab məhləsində cəm olmağına mane olurdu.

O səbəbə haman məhləni əhli və qeyri məşrutəçiləri ilə Kərbəlayi Məhəmmədi və qardaşını və nökərini öldürdülər və evini yandırdılar.

M.Ə.
“Tərəqqi”, № 32, 19 avqust 1908

*[1] təbid – uzaqlaşdırma

*[2] riza - razılıq