Məqalələr

KƏNDDƏ MÜSİBƏT

Iyirminci qərinənin hadisati-məqulanəsi*[1] arasında bir neçə biməna və bisəbəb vaqiələrin vüqü bulması hər bir sahibi-fikr və vicdani-huşdan qalacaq, əqlin itirəcək dərəcəyə yetirmişdir. Rusiya hərəkəti-hürriyyətpərvanəsi dövründə istibdad əleyhində dəliranə qital edənlərdən başqa müsibətamiz hürriyyətəfra vaqiələr cümləsidən bizim vətəni-əzizimiz olan Zaqafqaziya min illərcə qonşuluq edən iki millətin qanları ilə əlvan oldu. On bir aydır ki, biz bir-birimizi öldürməkdən, malını qarət, əmlakını təhriqdən*[2] usanmıyoruz. Heç bir tərəf öz qəbahətini qanmayıb kuhi-ətaşfəşan kimi, gah sakitləşib, gahi gürlayır, ədavəti şöləvər ediriz.

Oktyabrın 17-sindən sonra bu qırğınların təkrarına hərgiz inanmıyordunuz. Lakin Gəncə və Tiflis hadiseyi-ələməngizləri bizim fikrimizə müğayir olaraq müsibətlər üstünə tazədən ğəm və aləm artırdılar. Xarabaların, füqəraların ədədi dəxi də artdı; amma ədibi-təhrirlərimizdən birisi dediyi kimi bu vaqiələri qanuni-ətalət (inersiya) babından hesab edib bir nıv özümüzə təskini-qəlb verir idiz. Amma bu günlərdə yetişən xəbərlər ki, guya Qarabağda şuluqluq üz verib, bizi bu ümiddən dəxi salıyor. Indi hər kəs əhvalata nikbinlik deyil, ziştbinlik ilə baxırlar. Çoxları sülh və müsalimətdən qəti-ümid edib, aləmi-ədavət və qisasda cövlən ediyorlar. Çarəmiz nədir? Müsaliməti-haradan taparız? Şiqaq*[3] və nifaqı rədd edib vifaqə*[4] nə vəsil ilə müvəffəq olarız? Bu suallara hər kəs öz fəhm, fərasəti müvazinəsincə cavab verir. Bəndənizsə bu suallara bu tövr cavab verərim:

Ən əvvəl bu vaqeyi-müəssəfələrin*[5] nətayici iqtisadiyyə və siyasətlərinnəzərə alıban hər iki tərəfin qara cəmaəti arasında sülh və müsalimət mənfəətinə mitinqlər, ictimalar tərtib verməklə bərabər müşəvviqlər*[6] hazırlamalıdır ki, cəmaət arasına cidal və qitalın müzürr olduğunu məxluqə bildirsinlər.

Ikinci əlac isə bilafərq məzhəb və din ianə dəftərləri açıb hərəkati-vəhşiyanədən mütəzərrər olanlara maddən kömək etməkdir. Üçüncü əlac yazıçılar əlindədir. Yazıçılara lazımdır ki, nifaqa bir cüzi dəxi olsa xidmət edən məqalələrdən ibrazi-nifrət və narazılıq etsinlər. Bunu bilməlidir ki, erməni-müsəlman əlaqəsinə zərb-hərəkət verən idareyi-müstəbiddeyi maziyyə oldusa da, amma bu qədər davam edib uzanmasına hamana nifaqparast yazıçıların təqrirati-şəriranələri*[7] səbəb oldu. “Hərgah erməni məsələsi və panislamizm” kimi kitablar əvəzində, məhəbbət və qardaşlığa çağıran risalılır nəşr etsə idilər, bu qədər nahaq qanlar tökülməyib, bu qədər evlər, xanimanlar bərbad olub viran qalmaz idi. Bu qədər arvadlar dul, bu qədər uşaqlar yetim düşməz idi. Ey vatandaşlar! Bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət!

M.Ə.R-zadə
“İrşad”, № 15, 5 yanvar 1906

*[1] məqul – ağılkəsən

*[2] təhriq - yandırmaq

*[3] şiqaq – ikitərəflik, ixtilaf

*[4] vifaqə - razılıq

*[5] müəssəf – təəssüf doşuran

*[6] müşəvviq – təşviq edən

*[7] təqrirati-şəriranə - yaramaz izah etmə, çıxış